Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rehim Meherremzade Soruşur Yazılma Tarixi:22.03.2015 11:27:54

Salam men esgerlikde oldugum muddetde ayağim sinib ve qospitalda emeliyyat olunmuşam. Hekim dedi ki sağalanda gönderecem xidmeti davam edessen. Ama bir muddet sonra dediki bize teze qerar çixib bedeninde demir olani yararsiz yazirlar. Menim de ayağima emeliyyatla demir qoyulub. Bilmek isteyirem indi yararsiz yazilandan sonra nece olacaq.? Ve sağalandan sonra herbi hekim komissiyasi meni yararli yazsa men yeniden herbi xidmete getmeliyem.? Birde eger getmeliyemse xidmet etdiyim muddetin qalanini gedecem yoxsa tezeden 1il.?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
KENAN MUSAYEV Soruşur Yazılma Tarixi:22.03.2015 09:30:26

salam men MUSAYEV KENAN SEFER oglu 1993 cu ilde ZAQATALA rayon A.ŞAGİ tala kendinde aaanadan olmuşam meni anadan gelme agiz nayhesinde arxada 4 dene diş bitmediyinen meni HERBİ xidmete aparmillar hal hazirdada 22 yaşim var ve men konulli HERBİ xidmete getmek isdeyirem xaiş edirem mene komeklik edesiz

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Odur ki, mövcud tibbi sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin Zaqatala rayon şöbəsinə şəxsən meraciət edin.
Tural Əzizov Soruşur Yazılma Tarixi:22.03.2015 09:09:19

Salam.Mən Əzizov Tural Saleh oğlu 11.03.2015 tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadır və Kadır hazırlığı idarəsinə hərbi xidmətə qəbul olunmaq üçün sənəd vermişəm.Bilmək istərdim məni imtahana çağıracaqlar?birdə imtahan təxminən hansı tarixlərdə keçriləcək?Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə  məlumat veriləcəkdir.
Celil huseynli Soruşur Yazılma Tarixi:21.03.2015 10:24:27

Salam menim cekim 46 boyum ise 1.66 di esgerliye gedirem yoxsa yox

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa və fiziki iş qabiliyyəti saxlanmışsa, bədən çəkisi 45 kq və daha çox olan halda "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Elvin Q'hr'manl; Soruşur Yazılma Tarixi:21.03.2015 05:19:45

Salam.Mən 2013-1014 cü ilədək zabit hərbi rütbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etmişəm.Lakin sonradan öz istəyilə Xidməti vaxtım başa çatdığına görə təxris edilmişəm.Bilmək istərdim yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etməyim mümkündürmü ?

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
sameddin hesenov Soruşur Yazılma Tarixi:21.03.2015 00:13:57

men aprelin 2sinde esger gedirem ve herbide qalmaq isteyirem men bilmek isteyirem men 1il 6ayimi biititrib sonra iwlemeliyem yoxsa getdiyimdeen 1nece ay sonra iwleye bilerem??

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Ramiz Huseynov Soruşur Yazılma Tarixi:20.03.2015 23:45:08

Salam men eseblerime gore hospitalda mualice aldim.Cavablarim musbet cixdi.Lakin helede hospitalda herbi kommisarliga cavablarimi gondermeyibler.Bilmek isdeyirem men aprel ayinda herbi xidmete gedecem yoxsa yox ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sahin Ferecov Soruşur Yazılma Tarixi:20.03.2015 21:34:05

Salam.Men ali tehsilimi xaricde..Kievde kiev Milli universitetinde bitirmisem...hal hazirda herbi xidmetdeyem.1 il xidemet kecmek uchun (xarici diplomun kecerlimolmasi uchun) hansi sendleri teqdim etmeliyem..ali teshsil senedini en gec ne vaxt teqdim etmek olar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki,müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Namiq, Babayev Soruşur Yazılma Tarixi:20.03.2015 21:18:19

Salam. Mudafiə Nazirliyindən xidməti uyğunsuzluğa görə təxris olunmuşam. SHXÇDX nə sənədlərimi qəbul ederler?

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Azər Aslanov Soruşur Yazılma Tarixi:20.03.2015 13:40:21

Mən zabit olmuşam xəstəliyimlə əlaqədar təxris omuşam.Şabran rayon Komisarligina sənədlərimi verdim fevral ayinin 17de MN gondermek.bu yaxinlarda getdim maraglanmaga mene dediler ki Komisarliq MN ayrilib ayrica xidmet olub.senedlerin qayidib.mene komisarliqdan dediler ki sened martin 13de raport yazib icaze alib gondererik bilmek isteyirem icaze ne vaxtda ceker bu icaze almaq.?

Bildiririk ki, aparılan araşdırmaya görə şəxsi işiniz Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən 02.04.2015-ci il tarixdə Müdafiə Nazirliyinə göndərilmişdir.
Cədvəldə sətir sayı :14890