Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:28.03.2015 21:09:53

Salam gizirlər kursuna qəbul çağrışı hansı tarixdə başlayır? Diqqətinizə görə təşəkür edirəm.

Bildiririk ki, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələri tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmıt) etmək istədiyiniz müvafiq orqana müraciət etməlisiniz.

Qələndər Soruşur Yazılma Tarixi:28.03.2015 20:14:47

Salam. Mənim qardaşım əsgərdir. Atam rəhmətə gedib. Anam və mən yaşayırıq. Əgər mən ali məktəbə daxil ola bilməsəm, qardaşım əsgərliyi bitirməmiş mən də gedəcəm və anam tək qalacaq? Yoxsa, mən qardaşım gələnəcən möhnət ala bilərəm?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun  19.1.1 maddəsinə əsasən başqa övadı olmayan I qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda Sizə, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə heç  bir müddəa nəzərdə tutulmamışdır.
Elgun Xasayli Soruşur Yazılma Tarixi:28.03.2015 18:42:12

salam men herbi xitmetde olmamisam,konullu herbi xidmete getmek istiyirem bunun ucun men ne etmeliyem?herbi biletimin vaxti 2016 ci ilde bitir,mumkundurmu verilen vaxtdan tez gedim?xahis edirem mene bir yol gosterin

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 6.3-cü maddəsinə əsasən, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların saölam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
elcan nagiyev Soruşur Yazılma Tarixi:28.03.2015 13:13:00

salam men bu il aprelde herbi xidmete getmeliyem ancaq mene paveska verilmeyib bilmirem ayin necesi gedecem bununla bagli melumati kimden oyrenmey olar

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Gondolova Ülkər Soruşur Yazılma Tarixi:28.03.2015 09:17:29

Salam.Mən Gondolova Ülkər Nəsrəddin qızı.Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirmişəm hal hazırda müəllimə işləyirəm.Bacım Gondolova Xatirə Nəsrəddin qızı Gəncə Dövlət Universitetinin coğrafiya fakultəsini bitirib və hal hazırda işsizdir.Bilmək istərdik ki biz SHXÇDX-nin Bakı şəhərində yerləşən idarələrində müfəttiş kimi işləmək üçün müsabiqədə iştirak etmək müraciətimizə müsbət cavab ala bilərikmi?

Bildiririk ki, ixtisaslarınız Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin və bacınız Gobdolova Xatirə Nəsrəddin qızının işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Şəhriyar Mirzəyev Soruşur Yazılma Tarixi:28.03.2015 01:06:50

salam menim 24 yaşim var Ali tehsilliyem herbi xidmətdə 2013-2014 cü illərdə olmuşam könüllü olaraq ön cəbhədə xidmət etmək istiyirəm çbu münkündürmü?münkünse hara müraciət etməliyəm?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Hüseyn Memmedov Soruşur Yazılma Tarixi:27.03.2015 23:57:29

Salam Menim aprelin 29 zu 18 yawm olur paveskadada APREL ayın 29 zu caqrıblar indi men 29 zu gedecem yoxsa iyulda gedecem bunu bilmek isdeyirem 18 yawm olan günü aparacaqlar?

18 yaşı 29 apreldə tamam olan vətəndaşlar aprel ayının 29-dan sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Vüqar Musayev Soruşur Yazılma Tarixi:27.03.2015 23:28:24

Salam Men orta tehsilimi (kollec) denizcilik üzre oxumuşam. elave üzgüçülükle ve MMA-la. meşğul olmuşam boyum 176sm-dir. Meni Aprelde herbi xidmete çağırıblar menim herbi deniz qüvvelerine düşme şansım varmı ve bura düşmek üçün kime müraciet ede bilerem xahiş edirem cavap yazın

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Vüsal Yolçuyev Soruşur Yazılma Tarixi:27.03.2015 22:27:18

SHXÇDX-də tam orta təhsilini hansı işlə və rütbəylə təmin olunur? ali təhsili hansı işlə və rütbəylə təmin olunur?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə yolu ilə təhsilinə, ixtisasına və rürbəsinə uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər.
Samir Hesenov Soruşur Yazılma Tarixi:27.03.2015 15:49:51

Salam men 01.01.1997-ci ilde anadan olmusam herbiye 01.01.2015de getmeli idim lakin pesede oxuduguma gore saxladilar indi prakdikaya cixmisiq bilmek istiyirem aprelde gedecem yoxsa iyulda?

Siz, oxuduğunuz təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897