Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təhmasib Həmidzadə Soruşur Yazılma Tarixi:31.03.2015 11:55:21

Bu il magistraturaya qəbul edilmiş hərbi çağırışçılara möhlət hüququ verilirmi?

Bildiririk ki, hal-hazırda mövcud qanunvercilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
nicat Soruşur Yazılma Tarixi:31.03.2015 02:59:13

salam...men saytdan yoxLADM DQ dusmsuem ama castn nomuresi verilmeyb hansi casta dusmsuem nece oyrenim?

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunların komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
ceyhun rzayev Soruşur Yazılma Tarixi:30.03.2015 23:30:21

men 3ay olarki xidmeti basa vurmusam bilmek isteyiremki hemin herbi hisseye maxe kimi nece qayida bilerem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçmələri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq orqana müraciət etməlisiniz.
Nebiyev Elvin Soruşur Yazılma Tarixi:30.03.2015 21:30:48

Salam. Men aprel ayının herbi cagırışcısıyam. Xidmet edeceyim qoşun növu Daxili Qoşunlardır. Ancaq hansı herbi hissede xidmet edeceyimi bilmirem. Nece oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
Eldar Babayev Soruşur Yazılma Tarixi:30.03.2015 20:18:51

Salam.. Mənim Qardaşım Bu İl Hərbi Xidmətə Gedəcək.. Elektron Xidmət Vasitəsilə Hansı Hərbi Hissəyə Düşdüyünə Baxmaq İstədik .Nəticə Dövlət Sərhət Xidməti Oldu.. İndi Bilmək İstəyirdik ki Dəqiq Olaraq DSX-nin Hansı Hərbi Hissəsinə Düşüb..Xahiş Edirik Bizə Bir Məlumat Verəsiniz.. Məsələn Digər Qoşun Növlərinə Düşənlərə Qəqiq Olaraq Yazılıb ancaq Qardaşımda sadəcə DSX yazılıb..Əvvəlcədən Təşəkkür.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Zaur Soruşur Yazılma Tarixi:30.03.2015 20:03:49

Bilmek isterdim ki, ailənin tək övladı döyuş bölgəsinə Beylaqana göndərilə bilə ya yox.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Aydın Kərimov Soruşur Yazılma Tarixi:30.03.2015 18:40:06

Salam. Oğlum 11 fevral 2015-ci il tarixdə təhsil aldığı Universitetinin 2-ci kursundan xaric edilmişdir(səhhətində yaranmış problemlərlə əlaqədar dərs buraxdığına görə). Hal-hazırda o oxuduğu Universitetə bərpa olmaq üçün Təhsil Nazirliyi və Rektora müraciət etmiş və hal-hazırda həmin məsələyə baxılır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Qanununun 21.2-ci maddəsinə əsasən, ali təhsil müəssisəsindən xaric olunmuş tələbə 6 ay müddətində həmin təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüququnu itirir və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılır. Sual: Əgər oğlum Universitetdən 11.02.2015-ci il tarixdə xaric olunubdursa, onun möhlət hüququ nə vaxta kimi saxlanılır? Hal-hazırda oğlumu həqiqi hərbi xidmətə apara bilələr yoxsa yox?. AR SHXÇDX-nin Sabunçu İdarəsində 30.03.2015-ci il tarixdə oğlum komissiyadan keçib və mənə bildirirlər ki, oğlunuz artıq möhlət hüququnu itirib və hal-hazırda hərbi xidmətə getməlidir.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətinə ali təhsil müəssisəsinə bərpa olunmadıqda şağırışa möhlət hüquqlarını titirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmar Dadasov Soruşur Yazılma Tarixi:30.03.2015 17:54:13

salam, muddetden artiq herbi xidnet eden herbi qulluqcularin muqavile bitdikden sonra texris olunarsa alacaqgi sigorta pulu neqederdir mumkunse cavab verin

Bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən  və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata vəı ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişləri verilir.
Elxan, Əliyev Soruşur Yazılma Tarixi:30.03.2015 13:12:02

Salam. Mən DSX-ds zabit qismində 5 il xidmət etmişəm. Hal hazırda ehtiyyatdayam. Öz arzumla təxris olunmuşam. Müqavilənin vaxtı bitmədiyinə görə xidməti uyğunsuzluq yazılıb.Sizin orqanda işə qəbul ola bilərəm? Qəbul ola bilərəmsə nece müraciət edim?

Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Celilov Ismet Soruşur Yazılma Tarixi:30.03.2015 11:44:01

Men Aprelin 2 si gedirem Ayin 2 si getmesem aprelin 20 de getsem nese olar AILEDE BIRAZ PROBLEM VAR ONA GORE .SHEKI RAYONU KOBER ZEYZID KENDI

Bildiririk ki, Siz, yalnız fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897