Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bəhruz Soruşur Yazılma Tarixi:03.04.2015 15:54:40

Salam, Nazirlər Kabinetinin 08.05.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi uçot vərəqəsi"ndə "2.9.Ümumi (komanda №-si)" hissəsindəki məlumatlar hansı qaydada və sənəd əsasında doldurulmalıdır. Həmin hissədə - hərbi hissəyə təhkim edilib-edilməməsi dedikdə nə başa düşülür. Eyni zamanda kimlər hərbi vəzifəli sayılır. Mümkünsə açıqlayıcı məlumat verəsiniz (qanundakı standart cümlələr xaricində). Verəcəyiniz cavaba görə əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. Bu Qanunun 2.0.10-cu maddəsinə əsasən, hərbi vəzifəlilər - ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır.
"Çağırışçıların və hərbi vəzifəlilərin hərbiuçotunun aparılması Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli 76 nömrəli Qərarına "1 nömrəli əlavə"nin  2.9-cu bəndi, hərbi biletin "VI. Səfərbərlik sərəncamının verilməsi və alınması haqqında qeydlər" bəndinə əsasən doldurulur.
Azər Ə. Babayev Soruşur Yazılma Tarixi:03.04.2015 03:01:11

Hörmətli AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hörmətli AR Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Bilmək istərdik ki, 09 may 2015-ci il tarixdə 18 yaşı tamam olacaq abituryent (müvafiq qanunvericiliyə əsasən hərbi xidmətə 01 iyul 2015-ci il tarixdə şağırılmalıdır) 17 may 2015-ci il tarixdə təkrar qəbul imtahanında iştirak etmək üçün AR SHXŞDX-dan arayış almalıdır ya yox. MƏSƏLƏNİN VACİBLİYİNİ NƏZƏRƏ ALARAQ MÜRACİƏTİMİZİ TEZ BİR ZAMANDA CAVABLANDIRMAĞINIZI SİZDƏN XAHİŞ EDİRİK. Öncədən öz minnətdarlığımızı bildiririk.

Bildiririk ki, Siz, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənədlərinizi təqdim etdikdə, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olması barədə sənəd tələb ediləcəkdir. Möhlət hüququna malik olduğunuz  halda, qəbul imtahanlarında  iştirak edə biləcəksiniz. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
elnur humbetli Soruşur Yazılma Tarixi:03.04.2015 02:59:03

Salam menim yasim 21.Boyum 1.59.Çəkim 45 ya 46 arasi dəyişir.1 dəfə mohlət almişam.Yoxlanişlar zamani tam saglam çixmişam.Çəkim yenə az olsa möhlət veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə  olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa və fiziki iş qabiliyyəti saxlanmışsa, bədən çəkisi 45 kq və daha çox olan halda "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Babayev Ramil Soruşur Yazılma Tarixi:03.04.2015 02:15:14

salam 2 sualim var 1)menim gozum zeifdi eynek taxiram asteqmatizmdi bir gozum -2,5 diger gozum -5 di bilmek isteyirem men esger gwde bilecemmi? 2)men kollec bitirirem yol hereketinin trwkili ixtisasini artiq 20 uawim var bilmek isterdim men esgerlikden sonra maxe kimi qalib iwleye bileeremmi?

1.  Hər hansı gözün meridianlardan birinə 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngğrməsi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının 34-cü maddəsinin "ç" bəndinin tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır A-3" hesab edilirlər.
2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, m
üddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla). habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Oqtay Hüseynov Soruşur Yazılma Tarixi:03.04.2015 01:14:57

Salam mənim oğlum 9 illik təhsil bazasından peşə məktəbinə daxil olmuşdur. Bununla yanaşı hazırlıqlara getmiş və bu il ali məktəbə sənəd vermək niyyətindədir. Oğlumun 18 yaşı 2015-ci ilin mart ayında tamam olduğundan TQDK sənəd qəbulu komissiyası ali məktəbə sənəd vermək üçün möhlət hüququ tələb edir. Məsələdə burasındadır ki, mənim oğlum tam orta təhsil haqqında attestatı bu il peşə məktəbindən alacaq. Biz möhlət hüququnun verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi idarəsinə müraciət edərək bizə aprel ayı ərzində həyata keçrilən sənəd qəbulunda ali məktəblərə sənəd vermək üçün möhlət hüququnun verilməsini xahiş etdik. İdarədən bizə bildirdilər ki,sizin oğlunuzun 18 yaşı tamam olduğundan biz bu möhlət hüququnu verə bilmərik. Onu da qeyd edim ki, oğlum tibbi komissiyanın rəyinə əsasən m1 3 C hesab edilmişdir (sayılmışdır). Yuxarıda bəhs etdiyim məsələləri nəzərə alıb oğluma sənəd qəbulu üçün möhlət hüququnun alınmasında mənə məsləhət vermənizi sizlərdən xahiş edirəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Bildiririk ki, oğlunuz sağlamlığına, ailə vəziyyətinə görə və digər əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığı halda qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi qaydada müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəkdir.
Hüseyn Mərdanov Soruşur Yazılma Tarixi:02.04.2015 20:52:16

Salam. Mən bu il ali məktəbi bitirib hərbi xidmətə letinan olaraq getmək istəyirəm. Bunun üçün ilk olaraq hansı dövlət orqanına müraciət etməliyəm və hansı normativlərdən keçməliyəm.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən yalnız  həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
ilham baxsiyev Soruşur Yazılma Tarixi:02.04.2015 20:37:10

itirilmis herbi bilet hansi muddete verilir ve bunun cerimesi varmi

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məzuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Odur ki, hərbi qeydiyyatdda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və a bölməsinə şəxsən müraciət edin.
Fərəcov Şamxal Soruşur Yazılma Tarixi:02.04.2015 20:16:08

Salam. Hərbi Xidmətə Yola Düşdükdən Sonra Deyillər ki 3 ay sonra Düşdüyün Yerdən Yenidən Bölülər. Bu Bölgü zamanı Qoşun Növü də dəyişir? Yəni indi Mən FHN ə düşmüşəm 3 aydan sonra Bölgü olduqda Hərbi Hissəmlə bərabər Qoşun növüm də dəyişəcək yoxsa Təkcə Qulluq etdiyim ünvan dəyişəck?

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Tural memmedov Soruşur Yazılma Tarixi:02.04.2015 15:18:21

Salam,bu ilin Iyun ayi Diplom aliramsa,caxirish hansi aya dusecek,ve diplomu herbi xodmetde ola ola verilerse,1 il xidmet kecerli olacaq?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bitirdikləri ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini yaxud təhsil haqqında arayışı xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Sabina Abdullayeva Soruşur Yazılma Tarixi:02.04.2015 01:41:16

Salam. Men 1985-ci ilde Baki seherinde anadan olmusam. Ali tehsilliyem. Belediye uzvuyem. Herbide calismagim mumkunmudur? Esitdiyime gore ali tehsilli olanlara leytinant verilir bu dogrudur? Qebul ucun hara muraciet etmeliyem. Tesekkur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbbə verilir.
Əlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897