Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ilkin ferhadov Soruşur Yazılma Tarixi:01.04.2015 00:00:00

salam men Dsx ye düsmüsem amma bilmirem hansi herbi hisseye düsmüsm ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
ulvi nesrullayev Soruşur Yazılma Tarixi:31.03.2015 23:28:21

Men kecen il mektebi bitirmiwem bu ilin aprel ayinin 10 unda yawim tamam olur pavecka gelib ayin birine bu gun getdim baxdim adim cixmiyib cagiriwcilar arasinda men indi bilmek isdiyirem bu ay erzinde aparacaalar meni ya yox ?

Bildiririk ki, 2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
MUSAYEV KENAN Soruşur Yazılma Tarixi:31.03.2015 23:10:55

salam men musayev kenan sefer oglu 1993 cu ilde zaqatala rayonun aasagi tala kendinden anadan olmusam men 4dene diwim olmadiginan meni herbi xidmete aparmilar ve men konullu olaraq getmek isdeyirem xais edirem meni getmeyim barede komeklik edesiz

Siz, 05.06.2014-cü il tarixdə 260 saylı gğndərişlə Xidmətin Zaqatala rayon şöbəsinin hərbi-həkim komissiyası tərəfindən tibbi müayinə olunmaq üçün  Bakı şəhəri Klinik Tibb Mərkəzinə göndərilmisiniz.
Klinik Tibb Mərkəzinin 12.06.2014-cü il tarixli 837 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən (Diaqnoz: çənələrin birincili və ikincili hissəvi adentiyas) "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
2017-ci ilin iyul çağırışında Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
vugar agabalayev Soruşur Yazılma Tarixi:31.03.2015 22:05:37

salam....meni esker aparmirlar illiy asrocka veribler ama tam saglamam hara muraciet elye bilerem??? ureyim parttiyir gedmey isteyirem

Bildiriirk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı  "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Sizə verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduğunuz  idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Elsevər Qənbərov Soruşur Yazılma Tarixi:31.03.2015 22:01:20

Salam. İş qəbul üçün sayta daxil olub şəxsi kabinet vasitəsilə elektron qaydada sənədləri göndərmək istəyirəm, amma cəhdlərim uğursuz alınır. 1.Ərizəni göndərirəm 2.Anketi doldururam və yadda saxlayıram. Yadda saxla düyməsini sıxdıqdan sonra şəxsi kabinetdən avtomatik olaraq çıxır Anket bölməsinin sol aşağı tərəfində , məlumatı görünür. 3.Şəxsi kabinetə təkrar daxil olub tərcümeyi-halı yazıram və yadda saxla düyməsini sıxıram 4.Lazım olan sənədləri yükləyib müraciəti göndər düyməsini sıxıram, amma göndərmə uğursuz alınır. "Müraciəti göndərmək üçün cari Elektron Xidmətin tələbləri tam ödənməyib." məlumatı ekrana çıxır. Xahiş edirəm sənədlərin elektron qaydada göndərilməsi barədə mənə köməklik edəsiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı 31.03.2015-ci il tarixdə Xidmətin saytının elektron xidmətlər bölümünə texniki baxış keçirilmiş və heç bir nasazlıq aşkar olunmamışdır.
Vüsal Yolçuyev Soruşur Yazılma Tarixi:31.03.2015 20:28:14

SALAM MEN YOLÇUYEV VÜSAL HİCRAN OĞLU 2008-2010 CU İLDƏ N SAYLI HƏRBİ HİSSƏDƏ XİDMƏT KEÇMİŞƏM İNDİ GİZİR KİMİ İŞLƏMƏK İSTƏYİRƏM BUNUN ÜÇÜN HARA VƏ KİMƏ MÜRACİƏT ETMƏLİYƏM.QİYABİ OLARAQDA ALİ TƏHSİL ALIRAM XAİŞ EDİRƏM MƏNƏ KÖMƏKLİK EDƏSİNİZ TƏŞƏKÜRLƏR.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
yaver gulmeliyev Soruşur Yazılma Tarixi:31.03.2015 20:18:30

salam.. mene vaynkamatdan demisdiler ki, aprel prizivisen. hele ki , paveska gelmiyib yazmisdilar ag ciyer instutuna. getdim yoxladim ter temiz cxdi. dediler ozumuz gondereciyik vaynkamata. heleki bir ses sorax yoxdu xahiw cavablandirasiz. indiden tesekkurler...

Müayinənin nəticəsi ("Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı") Xidmətin Abşeron rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Vusal Pirmemmedli Soruşur Yazılma Tarixi:31.03.2015 17:22:47

Salam . Menim hele esger getmeyime 3 ay var meni vaykamatdan caqirmisdilar ve ora getdim aticiliq kursuna 1ay yollayacaqlarini soylediler razilasdim hekim ise qolumda capiq olduqunu dedi amma qolumda capiq yox ciziq izleri var sadece qara xet yeni coxda bilinmir isleyen zaman olub ve meni kursa yollamadilar , Qanuna esasen duzgundurmu ?

Bildiririk ki, ünvanlanmış müraciətdə təvəllüdünüz  və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsi göstərilmədiyi üçün barənizdə ətraflı məlumatın alınması mümkünsüzdür.
Bununla yanaşı, diqqətinizə çatdırırıq ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına fiziki göstəricilərinə və mənəvi-psixoloji durumuna görə müəyyən edilmiş tələblərə cavab verən, nöbvəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin tələblərinə uyğun olaraq qolunuzda mövcud olan cızıqların (kəsiklərin) meydana gəlməsinin sağlamlıq vəziyyətinizlə əlaqədar olub-olmamasının müəyyən edilməsi üçün müvafiq qaydada aiiyyəti səhiyyə müəssisəsində tibbi müayinədən keçməniz zəruridir.
Fərəcov Şamxal Soruşur Yazılma Tarixi:31.03.2015 16:36:34

Salam. Mən Fərəcov Şamxal Qamxar Oğlu Ağdam RHK Elektron bölmədə yoxladım adımı FHN yazıldı lakin hansı şəhər hansı çast olduğu yazılmadı. Onu hardan öyrənə Bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Celil Soruşur Yazılma Tarixi:31.03.2015 16:28:58

Salam menim boyum 166 cekim ise 46 di gede bilerem esgerliye???

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 87-ci maddəsinin I qrafasının  tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45-kq-dan az olmayan çağışçılar hərbi xidmətə yaralı hesab edilirlər. 
Cədvəldə sətir sayı :14897