Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehemmedeli Ceferli Soruşur Yazılma Tarixi:26.03.2015 20:46:22

Menim anam birinci qurup elildi atam ise işleyir ona göre men herbi xidmete gedecem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən başqa övladı olmayan I qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
rehimzade niyameddin Soruşur Yazılma Tarixi:26.03.2015 17:59:37

kunulu herbiye gedmek isteyirem bo mumkundurmu

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Mais Eşrefov Soruşur Yazılma Tarixi:26.03.2015 12:24:39

Salam.Men MAHX etmey istiyirem.bunun üçün hara müraciet etmeliyem ve hansı senedler lazımdı

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Buludov Cavad Soruşur Yazılma Tarixi:26.03.2015 09:10:21

salam.men bu il aprel ayinda herbi xidmete çağırılmisam.Gözüm menfi 4 dioptriyadir.Meni her hansi muhdiyyet gözlenenilmirmi?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Djabrailzade Elnur Soruşur Yazılma Tarixi:25.03.2015 23:35:58

Salam sualim beledi men Russiyada ali mekteb oxuyuram ,Azerbaycan tehsil nazirliyinnen qonderilmiwem 2010-cu ilde ,5 illikde mohlet huququna sahibem.Bu il ali mektebi kutariram ve aspiranturaya qirirem oxumaq isteyirem ki gelecekde oz dovletime bir xeyrim deysin.Eskerliye gelsem burdaki butun elmi iwderim batir.Bunlardan savayi atam rehmete gedib evde anam ve 4 yasli bacim var.Sizden soruncmaq istiyirem men burda qalsam ve 3 il aspirantura oxuyub sonra gelsem ne olar,sonra gelib elbett vetene borcumu verecem?Sagolun

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Fariz Esedov Soruşur Yazılma Tarixi:25.03.2015 17:48:00

Salam.Men iyul cagirsinda herbi xidmete gedecem. Bilmek isterdim ki, cagiris muddetine qeder hansisa xarci dovlete gede bilerem?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ibrahim Aqazade Soruşur Yazılma Tarixi:25.03.2015 13:36:17

men bu il herbi xidmete caqrildim 21 yasimdayam, boyum 177,cekim 79 ..isteyirem doyus bolgesinde olam,ermeniynnen uzbeuz..olari qirmaq ucun elebilki ellerim qasinir,.bu mumkundu ki menim isteyimle ora salinam?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
fuad s. Soruşur Yazılma Tarixi:25.03.2015 09:47:32

Salam.menim 18 yasim 22 mayda olur.instuta sened vermek isteyirem.. iyulda herbi xidmete aparacaqlar

Bildiririk ki, 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi  əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Huseynov Eyvaz Soruşur Yazılma Tarixi:24.03.2015 19:32:34

Salam. Men bu aprel cagriwciyam karete wkc azerbaycan cempionatinda birinci yere layiq gorulmuwem indi m1 qaydasiz doyuwle mewqulam boy. 175 Abyomda var hara duwmek imkani var

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Murad Qafarov Soruşur Yazılma Tarixi:24.03.2015 17:13:50

Mənim oğlum 2015-ci ilin aprelində əsgərliyə düşür. Ancaq o mayın 17-də unversdet imtahanı vermək istəyir. Mən bilmək istəyirəm ona hərbi kamisarlıqdan möhlət hüququ verilə bilər?

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəbini bitirib, həmin ildə də sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim etmiş, lakin heç bir təhsil müəssisinə qəbul olunmayan vətəndaşlara, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14890