Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Celil huseynli Soruşur Yazılma Tarixi:21.03.2015 10:24:27

Salam menim cekim 46 boyum ise 1.66 di esgerliye gedirem yoxsa yox

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa və fiziki iş qabiliyyəti saxlanmışsa, bədən çəkisi 45 kq və daha çox olan halda "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Elvin Q'hr'manl; Soruşur Yazılma Tarixi:21.03.2015 05:19:45

Salam.Mən 2013-1014 cü ilədək zabit hərbi rütbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etmişəm.Lakin sonradan öz istəyilə Xidməti vaxtım başa çatdığına görə təxris edilmişəm.Bilmək istərdim yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etməyim mümkündürmü ?

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
sameddin hesenov Soruşur Yazılma Tarixi:21.03.2015 00:13:57

men aprelin 2sinde esger gedirem ve herbide qalmaq isteyirem men bilmek isteyirem men 1il 6ayimi biititrib sonra iwlemeliyem yoxsa getdiyimdeen 1nece ay sonra iwleye bilerem??

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Ramiz Huseynov Soruşur Yazılma Tarixi:20.03.2015 23:45:08

Salam men eseblerime gore hospitalda mualice aldim.Cavablarim musbet cixdi.Lakin helede hospitalda herbi kommisarliga cavablarimi gondermeyibler.Bilmek isdeyirem men aprel ayinda herbi xidmete gedecem yoxsa yox ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sahin Ferecov Soruşur Yazılma Tarixi:20.03.2015 21:34:05

Salam.Men ali tehsilimi xaricde..Kievde kiev Milli universitetinde bitirmisem...hal hazirda herbi xidmetdeyem.1 il xidemet kecmek uchun (xarici diplomun kecerlimolmasi uchun) hansi sendleri teqdim etmeliyem..ali teshsil senedini en gec ne vaxt teqdim etmek olar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki,müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Namiq, Babayev Soruşur Yazılma Tarixi:20.03.2015 21:18:19

Salam. Mudafiə Nazirliyindən xidməti uyğunsuzluğa görə təxris olunmuşam. SHXÇDX nə sənədlərimi qəbul ederler?

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Azər Aslanov Soruşur Yazılma Tarixi:20.03.2015 13:40:21

Mən zabit olmuşam xəstəliyimlə əlaqədar təxris omuşam.Şabran rayon Komisarligina sənədlərimi verdim fevral ayinin 17de MN gondermek.bu yaxinlarda getdim maraglanmaga mene dediler ki Komisarliq MN ayrilib ayrica xidmet olub.senedlerin qayidib.mene komisarliqdan dediler ki sened martin 13de raport yazib icaze alib gondererik bilmek isteyirem icaze ne vaxtda ceker bu icaze almaq.?

Bildiririk ki, aparılan araşdırmaya görə şəxsi işiniz Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən 02.04.2015-ci il tarixdə Müdafiə Nazirliyinə göndərilmişdir.
Nebiyev Cahangir Soruşur Yazılma Tarixi:20.03.2015 00:04:02

Salam .men magistrda oxuyuram .ve herbi xidmete getmek istiyirem.lakin mene esgerlik dusmur.bagirsagimdan emeliyyat olunmusam.men istiyirem ki iyulda herbi xidmete gedim.bunun ucun ne etmeliyem .xaiw eliyirem kimek eliyin

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Qarayev Nəriman Soruşur Yazılma Tarixi:19.03.2015 23:22:33

salam,men ali təhsilliyəm və ixtisasca ekoloqam.SHXÇDX-də işləyə bilərəmmi?əgər işləyə bilərəmsə qeydiyyatda olduğum rayonda işləyə bilərəmmi?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Talib Quliyev Soruşur Yazılma Tarixi:19.03.2015 22:07:01

Men Quliyev Talib Men Baki Seheri Bineqedi Rp men 1 il 17d Madessi ile Yungul ifade olun mus nervroz ve yungul kesikler var idi menim haqda bir mellumat verdiz ki men bu il esger gedirem ya yox zehmet olmasa Quliyev Talib 06.12.1995

Məlum olmuşdur ki, Siz Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasının 
05.03.2014-cü il tarixli qərarına əsasən səhhətinizlə əlaqədar "12 ay
müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmisiniz.
Möhlət müddəti bitdikdən sonra, Sizə Bakı şəhəri 2 saylı Klinik
Psixiatriya Xəstəxanasına müayinəyə göndəriş verilmişdir.
Dövlət Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən "Sağlamlıq vəziyyətinin
müayinə edilməsi aktı" Binəqədi rayon idarəsinə təqdim edildikdən sonra,
Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış
komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin
29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim
ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə
əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897