Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Nesirli Soruşur Yazılma Tarixi:11.03.2015 20:06:53

salammenim hele herbi xidmete gedmeyime 2-3 il var men ne ede bilerem ki serhed qosnlarina deil deniz qosunnarina dusum ?

Bildiririk ki, Siz, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşınız tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Nuruyev Vidadi Soruşur Yazılma Tarixi:11.03.2015 14:20:38

salam men 19 yawim var 6 ay mohlet huqu almiwdim o itdi indi birde mohlet veribler men bu il ali tehsil muesselerini sened vere bilerem SHXCDX mene mohlet huqunu verecek? mene duwurmu?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elman Mustafatev Soruşur Yazılma Tarixi:11.03.2015 11:03:47

Salam 1998 Tevelludem Aprelin 10 da anadan olmusam Menim Herbiyye cox maraqim var amma menim hele 2 ilim var getmeye herbiye nece ede bilerem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sizin 10.04.2016-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin aprel çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Emiraslan Agayev Soruşur Yazılma Tarixi:11.03.2015 01:50:07

Salam. bir shey maraqlidir, qanunda necedir, martda hekim komissiyasina cagirilmadan, umumiyyetle, hekim komissiyasindan kecmeyen muveqqeti yararsiz shexs aprelde birbasha herbi xidmete yollanila biler? 17. D bendi ile hazirda muveqqeti yararsiz olan shexse aiddir bu.

Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.
Gulsum Agayeva Soruşur Yazılma Tarixi:11.03.2015 00:28:45

Salam qardasimin mayin 10u 18yasi tamam olur sorusmaq istiyirdim ki o kollece imtahan vere biler?? Eger versə ve qebul olsa eyani ve ya qiyabi oxusa yenede herbi xidmetwecagirilacaq yoxsa nece?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
kamil abdulov Soruşur Yazılma Tarixi:10.03.2015 22:56:34

Esgerliye getmey ücün gözlerin görme faizi ne qeder olmalidir?saq gözmün görmesi 100 faiz sol gözmün ise 50 faizdir meni esgerliye aparacaqlar?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş edilən qərarın təsdiq edilməsi üçün Sİz razəlaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Quluzadə Elxan Soruşur Yazılma Tarixi:10.03.2015 21:30:52

Salam.Men bilmek isdeyirem ki diwde cuzi problem oldugu ucun herbi xidmete yararsiz hesab edilirmi?Yararsiz hesab edilirse sebeb nedir axi bu boyuk problem deyil.men buna gore esgerliye yararsiz hesab edilmiwem .konullu orduda xidmet ede bileremmi?eger esgerliye gede bilmesem diwime gore iwe qebul zamani mene problem olacaqmi?

Çağırışçının həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyasınınn və ya akkomodasiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
İşə düzəlmək işə götürən dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Rəhimli Vüqar Soruşur Yazılma Tarixi:10.03.2015 18:54:42

Salam. 26.01.1992 təvəllüdlü Rəhimli Vüqar Aslan oğlu (Füzuli rayonu hərbi kommisarlığı) 6ay öncə müayinədən keçdim çəkimə görə yararsız hesab edilə biləcəyim deyildi mənə. 1 . 83 boy 117 kq çəki Müayinəni bakı sağlamlıq mərkəzi aparmışdı.Sonra məni yenidən müayinəyə çağırdılar.İndi isə yararlı olaraq qeydiyyata alınmışam.Sizdən boy və çəkinin yararlılıq snormativini öyrənmək istəyirəm.

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturlarla təyin
edilən bədən çəkisinin indeksinindən (BÇİ) istifadə olunur:
BÇİ=bədən çəkisi (kq)/boy ölçüsünün (m) kvadratı
Bədən çəkisinin indeksi (BÇİ) 18-25 yaşlı şəxslər üçün
normada - 19,5-22,9;
zəif qidalanmada - 19,4-29,9;
yüksək qidalanmada - 23,0-27,4;
I dərəcəli piylənmədə - 27,5-29,9;
II dərəcəli piylənmədə - 30,0-34,9;
III dərəcəli piylənmədə - 35,0-39,9;
IV dərəcəli piylənmədə - 40,0 və çox sayılır.
Nemət Məmmədhəsənov Soruşur Yazılma Tarixi:10.03.2015 17:25:54

Salam.Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisinin adı,soyadı,rütbəsini zəhmət olmasa göndərərdiz.

Müraciətinizin səbəbini izah etmədiyinizə görə sualınızın cavablandırılması mümkün olmamışdır.
Amil Qocayev Soruşur Yazılma Tarixi:10.03.2015 16:35:57

men N sayli herbi hiseede qulug etmek ucun senetlerimi vermisdim ama bu gun herbi hekim komisiyasinda qolumda masin avariyasindan qalmis capig izi var.men on xetde muddetden artiq xitmet etmek isteyirem .bununla bagli hara muraciet ede bilerem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar;
Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələr tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890