Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ismayilova flora Soruşur Yazılma Tarixi:09.03.2015 09:25:01

Salam men ali tehsilliyem.eczaciyam yaşım 24 boyum 1.60 sm bilmek isterdim herbiye qebul olub leytenant rütbəsi ala bilerem?? Xahiş cavablandirasiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Reşad kerimov Soruşur Yazılma Tarixi:09.03.2015 01:08:07

Xidməti uyğunduzluqla ehtiyyata buraxılan zabit yenidən bağlaşma əsasında hərbi xidmətə qəbul oluna bilermi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Vuqar əliyev Soruşur Yazılma Tarixi:08.03.2015 23:07:45

Salam.men ehtiyatda olan zabit 2012 ci ilde isle bagli muraciet elemisedim.xidmət rəyisinin goturduyu musahibədən kecmisem.Sadece ailə vəziyyetimle bagli tibbi senedleri getirmemisem.bilmek istiyirem ki ise qebul ucun qaldigim yerden davam eliye bilerem?1987 ci il tevellidliyem

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Tofiqzadə Emil Soruşur Yazılma Tarixi:08.03.2015 21:36:06

Salam.Meni aprelin 2-i herbi xidmete yola duwurem.Berde rayon vainkamatina cagiriblar men bilmey isterdimki hansi herbi hissede qulluy edecem. dogum tarixi 28.11.1996 Atamin Adi Vuqar

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ülvi Məmmədli Soruşur Yazılma Tarixi:08.03.2015 21:04:44

Salam,men Azerbaycan Dovlet Aqrar Universitetinde oxuyuram,insallah iyulda xidmete gedecem,men zabit kimi yadaki,xidmetimi rutbe ile davam etdire bileremmi?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
yasar aliyev Soruşur Yazılma Tarixi:08.03.2015 17:13:07

salam.aprelin 4-de heqiqi herbi xidmete caqirilmiw vetendawin hara ve hansi herbi hissede xidmet kececeyin qabaqcadan bilmek olarmi?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Kərimov Bextiyar Soruşur Yazılma Tarixi:08.03.2015 14:09:55

Azərbaycan respublikası Mudafiə Nazirinin 2000-ci il 95 nömrəli əmr 13cu maddesinin 4 cu mehdudiyyeti nə deməkdir? Xahiş edirəm mənə yardımçı olasınız.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinə "Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları" aiddir.
Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
Elnur Nəcəfov Soruşur Yazılma Tarixi:08.03.2015 13:34:17

Salam. Əvvələcə Səfərbərlik xidmətinin bütün şəxsi heyyətini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizi Ağstafa rayonu Ədalət Nəbiyev küçəsi ev 32 ünvanında yaşayan Nəcəfov Elnur Elbrus oğlu narahat edir. Mən 2014cü il iyul 1-də Ağstafa rayon Səfərbərlik və hərbi xidmətə çağırış bölməsindən həqiqi hərbi xidmətə çağrılmışam. Həkim müayinəsi zamanı ayağımın altının düz olduğu ortaya çıxdı. Sonra Bakı şəhərində 2 dəfə ayrı ayrı xəstəxanada müayinə olundum. Həkimlər yararsız olduğuma qərar verdilər. Dedilər tam yararsız sayılırsan. Amma Ağstafa rayon Səfərbərlik bölməsi mənim hərbi biletimi vermir. Bilmirəm niyə. Düz 8 aydı ki gedib gəlməkdən lap təngə gəlmişəm. Xahiş edirəmki, bu işi siz araşdırasınız görək yarasız olduğum təqdirdə onlar niyə hərbi bileti verməkdə bu qədər çətinlik çəkir. Bəlkə siz onlara göstəriş versəniz hərbi bileti verərlər. Ümidim ancaq sizə qalib.

Bildiririk ki, Ağstafa rayon çağırış komissiyasının qərarı ilə Xəstəliklər
cədvəlinin I qrafasının 68-ci maddəsinin "c" bəndinə (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli
qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə") 
əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud
yararlı" hesab edilmisiniz.
Qəbul edilmiş qərar təsdiq edilməsi üçün şəxsi işinizlə birlikdə
22.12.2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmisiniz. Xidmətin
Mərkəzi Hərbi-Həkim Komissiyasının müvafiq qərarı ilə hərbi xidmətə
yararlılıq kateqoriyanız tıyin edildikdən sonra şəxsi işiniz aidiyyəti
üzrə Ağstafa rayon şöbəsinə geri qaytarılacaq və hərbi biletin götürülməsi
üçün Sizə məlumat veriləcəkdir.
emil Soruşur Yazılma Tarixi:08.03.2015 10:37:58

Saglamliga gore hansi hallarda. mohlet goturmek olar

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
elcan nagiyev Soruşur Yazılma Tarixi:08.03.2015 00:39:45

salam men aprele gedmeliyem xidmete ama mene hele paveska verilmeyib ayin necesine kimi vereceyler ?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897