Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azay kazimov Soruşur Yazılma Tarixi:07.03.2015 23:54:05

Salam men 1997 07 29 teveluduyem bilmek isdiyirem herbi xidmete iyul ayinda yoxsa oktyabir ayinda gedecem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaslnın 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sizin 29.07.2015-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2015-ci ilin iyul çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Dadayev Sarabuddin Soruşur Yazılma Tarixi:07.03.2015 21:00:22

03.07.1997 men nece oyrene bilerem herbi xidmetde harda olacam

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
cavid Abbaszade Soruşur Yazılma Tarixi:07.03.2015 14:10:34

salam men 28.031997 ci ilde anadan olmusam hara duseceyim barede mene deye bilersiz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Orxan Ruhullayev Soruşur Yazılma Tarixi:07.03.2015 00:09:57

Salam.06.07.1997-de anadan olmusam.bu il may ayinin 17-de ali tehsil muessiselerine qebul imtahani verecem.menden mohlet haqqinda arayis isteyirler.men onu nece ala bilerem?

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dən 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən  sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Rahid Canaliyev Soruşur Yazılma Tarixi:06.03.2015 20:35:47

Snayper Kursu Nece YASDAN Yuxari Oyredilir

Qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Bu ixtisas üzrə ödənişli kurslar təşkil edilmir.
Ramin Velizade Soruşur Yazılma Tarixi:06.03.2015 12:25:14

Doktorluq derecesi uzre oxuyan shexlere herbi bilet teqdim olunmasi barede melumat vermeyinizi sizden xaish edirem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1 maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər.
Bu Qanunun 28.6 maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin  kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşından 40 yaşınadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
ayten veliyeva Soruşur Yazılma Tarixi:06.03.2015 11:51:23

Salam menim yoldawim herbicidi dawkesende teze gelen kamandir onlari axwamlar eve buraxmir bizde burada kiraye qaliriq onlar axwam eve buraxilmiyacaqsa onlarin ailelirnem kim maraqlanaqcaq?korpe uwaqimiz var bes o atasini nece gorecek o xestelendikde hekime kim aparacaq teze aile qurmuwuq ne atasvar ne anasi ki yene onlarin yaninda qalardim.Bu duzgundu

Bildiririk ki, qeyd etdiyiniz müraciətlə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Qedirov Allahverdi Soruşur Yazılma Tarixi:06.03.2015 04:13:34

Salam men qazax rayonunda acotdayam men bakida pewe meketbinde oxuyuram menim 26,10,1996 18 yawim.tamam olub indi men pewe mektebni qutarmiwam meni aparacaqlar he yoxsa yox

Bildiririk ki, Sizə verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin  çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin  tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Ramil Əhmədov Soruşur Yazılma Tarixi:05.03.2015 18:16:44

Salam: 1998-2000 ilin fevralına qədər hərbi xidmətdə olmuşam. Ağ ciyərdə problem oldugu üçün məni hərbi xidməti bitirməyimə bir ay qalmış ehtiyyata buraxdılar. İndi isə səhhətim çox yaxşıdır. Heç bir problemim yoxdur. Hərbi xidmətə qayıtmaq istəyirdim. Bilmək istəyirəm mən hərbi xidmətə gizirlik məktəbin oxuyub gizir kimi xidmət edə bilərəm? 05.08.1980

Nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı"dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Nagiyev Novruz Soruşur Yazılma Tarixi:05.03.2015 12:44:25

Salam. Men Nagiyev Novruz Resul oglu 18.03.1997 -ci ilde Xacmaz rayonunda anadan olmusam 02.04.2015 -ci ilde heqiqi herbi xidmete cagirilmisam .02.03.2015 -ci il tarixinde ise Baki seherine Spartak sdadyonuna kamisyaya cagirilmisam bilmey isderdim ki men Baki seherinde xidmet ede bilerem ya yox?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14897