Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
vuqar axundov Soruşur Yazılma Tarixi:01.03.2015 17:49:30

men 2008 heqiqi herbi xidmetde olmusam bilmek istiyirem xidmete ne vaxt cagirila bilerem . esidmisem ki azerbaycanda herbi xidmete 2-defe cagiris olur 18 yasda birde 27 yasinda bu duzdur,xayis edirem cavablayin

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaslnın 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Əlavə olaraq bildiririk ki, bu Qanunun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışıara çağırılırlar.
Namiq Babayev Soruşur Yazılma Tarixi:28.02.2015 22:46:58

Salam. Xidməti uyğunsuzluğun hüquqi mənasını açıq yazardız da zəhmət olmasa. Bu maddə ilə çıxanlar başqa silahlı birləşmələrdə yenidən həqiqi hərbi xidmətə qəbul oluna bilərmi?

Bildiririk ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən Siz hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.  
Ağayev Ağası Soruşur Yazılma Tarixi:28.02.2015 21:42:40

Salam. Mənim hərbi biletimdə adımda hərf səhvi var və doğum tarixim düzgün göstərilməyib. Qanunla hərbi bilet düzəldilməlidir, yoxsa dəyişdirilməlidir? Əgər düzəldiləcək və ya dəyişdiriləcəksə hara müraciət etməliyəm? Dəyişdiriləcəksə neçə gün müddətində verilir?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet korlandığı və ya itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Edilən düzəlişlər və ya əlavələr isə hərbi biletin "Xüsusi qeydlər" bölməsində yazılır və Xidmətin yerli idarə, şöbə və ya bölmə rəisləri tərəfindən imzalanaraq möhürlənir.
Odur ki, hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Qedirli Elcin Soruşur Yazılma Tarixi:28.02.2015 00:27:37

Salam kolleci qurtaranlarda 1 il 6 ay cekir herbi xidmeti yoxsa 1 il 3 ay?xaiw cvblandirardiz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan bütün çağırışçılar 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
memmedov murad Soruşur Yazılma Tarixi:27.02.2015 22:17:13

salam seki rayonunda kesfiyyatci kursu varmi

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Şəki şəhər filialında hal-hazırda kəşfiyyatçı ixtisası üzrə hazırlıq kursları fəaliyyət göstərmir. Buna baxmayaraq, Cəmiyyətin Şəki şəhər filialında rabitəçi və sürücü ixtisasları üzrə, Balakən rayon 1 nömrəli filialında isə paraşütçü ixtisası üzrə çağırışçıların hazırlığı təşkil edilmişdir.
Tural Əzizov Soruşur Yazılma Tarixi:27.02.2015 21:02:25

Salam mən,Əzizov Tural Saleh oğlu fevral ayının 25-i 2015-ci il tarixdə sizin elektron poçtunuza xidmətə qəbul olunmağımla bağlı müraciət etmişdim.Bilmək istəyirəm mənim müraciətimə baxılıbmı?

Nəzərinizə çatdırırıq ki, Xidmətin elektron ünvanına göndərdiyiniz məktub hal-hazırda icraatdadır. Qnunvericilikdə nəzərdə tutulmuş icra müddətinə uyğun olaraq müracitiniz cavablandırılacaqdır.
Eziz Ibrahimov Soruşur Yazılma Tarixi:27.02.2015 20:26:52

Salam, men sizden herbi xidmet haqqinda melumat almaq isteyirem! Menim 14 yasim var amma men herbi xidmetde istirak etmek isteyirem, bu mumkundurmu? Menim boyum - 1 metir 78 santimetirdir, menim fiziki veziyyetim yerindedir, ibdidai tehsile mexsusam, sagolun.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1 maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Araz qasimov Soruşur Yazılma Tarixi:27.02.2015 17:26:56

Bineqedi rayonu herbi kamissarliqdan tezeden komissiyadan kecmek isdeyirem sebeb saxta madde qoyulub guya ruhi xestelik olub ele bir sey yoxdur usaq vaxtinda sudurqa olub qutaribdi hammisini eden herbi kamissarligin hekimleri birde 2 sayli psixiatrik xestexana bas hekim qoyubdu

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Samir abilov Soruşur Yazılma Tarixi:27.02.2015 14:58:37

salam mende xayamda qirja var men herbi xidmete gede bileremmi?

Yırtıq olduqda "Xəstəliklər cədvəli"nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə  təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar.
izzet celilov Soruşur Yazılma Tarixi:27.02.2015 00:40:46

Salam men qabaqcadan bile bilerem? harda herbi xidmetde olacam?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897