Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseynov Ulvi Soruşur Yazılma Tarixi:15.03.2015 15:15:39

salam men 02.06.1996 tevellludluyem. 9 illik bazadan kollece daxil olmusham eyani tehsil aliram.05.07.2015 tarixinde kolleci bitirirem.Ali tehsil almaq isdeyirem.Aprelin 1den 30dek olan erize qebulunde istirak etmek isdeyirem.Bu meqsedle herbi komissarliqdan mohlet huququ ala bilerem mi? Qebul imtahani iyulun 25-dir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
musfiq qasimov Soruşur Yazılma Tarixi:15.03.2015 13:01:39

salam zehmet olmasa bilmek isterdim atasi gozden elil 2 ci qrup evin tek usagi baci qardasi yox dusduyu N sayli herbi hissede qalib herbi qullugunu orada davam etdire biler.xahis edirem sualima cavab veresin narahat etdiyim ucun.qabaqcadan uzur isteyirem.cox sagolun

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olduğunuz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Kerimova Gulnar Soruşur Yazılma Tarixi:15.03.2015 00:28:50

1986 ci ilde anadan olmuşam .tibb tehsilim var.herbiçi tibb işçisi işlemek isteyirem.7 il işleyirem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə müraciət etməlisiniz.
Agahuseyn Babayev Soruşur Yazılma Tarixi:14.03.2015 20:16:08

Salam!!Səfərbərlik xidmətinə (isə) və ya hərbi xidmətə necə qəbul olmaq olar??

Həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. Ərizə ilə müraciət  etdikdən sonra namizədliyinizə baxıla bilər.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiriirk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi hərbi xidmətə qəbul eidlmiş vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Rehimov Anar Soruşur Yazılma Tarixi:14.03.2015 19:55:39

salam..men yanvar ayinda herbi xidmete getmeliydim ..3 il evvel ag ciyerimde plevrid oldugu ucun saxladilar..bundan bir nece hefte evvel meni qospitala apardilar ve yeniden kamissiyaya saldilar..menimde hec bir wikayetim yoxdu oz bedenimnen.bilmey isteyirem aprel ayinda gede bilecem ya yox..ammaki xahiw edirem mene ozuvuz melumat veresiniz cunki 2 gundu vainkamata gedirem duz emmeli cavab demirler mene

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Anar Həşimov Soruşur Yazılma Tarixi:14.03.2015 17:33:35

Salam mən mövcud vakasiyala baxa bilərəm?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məluma xarakteri daşıdığı üçün açıqlanılmır.
Novruz Cebiyev Soruşur Yazılma Tarixi:14.03.2015 17:19:32

Aile uzvum 4 neferden ibaretdir ücü ikinci qrup elildir 4-cusu herbi xidmete cagiriscidi herbide una elilliyimize gore hansi guzest ve imtiyazlar samil olunmalidir?

Bildiririk ki, sualınızın cavablandırılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Mesimli Emin Soruşur Yazılma Tarixi:14.03.2015 13:36:24

Salam. Xarici dovletde sulhmeramli esger kimi istirak etmek ucun hansi senedler lazimdi?? Men inistutu bitirirem bu bizim ucun samil olunmasi mumkundurmu? Hansi dovletler gonderilir ve her hansi maasla temin olunurlar ya yox?? Tesekkur edirem!!!

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Zaur Quliyev Soruşur Yazılma Tarixi:14.03.2015 12:33:49

Salam menim belimde 8mm onurga yirtigi var bu halda men heqiqi herbi xidmete cagirilmaliyam yoxsa 3illik mohlet huququ verilecek?

Onurğanın xəstəliklərində funksiyaların cüzi dərəcədə pozulmasımüşayiət olunduqda (funksiyaların cüzi dərəcədə pozulması üçün bir nevromer zonasında həssaslığın natamam itməsi ilə təzahür edən hərəki və hissi pozulmalar, ətrafların ayrı-ayrı əzələlərinin gücünün zəifləməsi səciyyəvidir) çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Mujqan Soruşur Yazılma Tarixi:14.03.2015 01:33:33

Hemorroy diaqnozlu xəstə hərbi xidmətə yararlıdırmı? Ümumiyyətlə xəstədə bu problem aşkar olunduqda, komissarlıqda nə kimi tədbir görülür yəni, xəstə müalicəyə göndərilir yoxsa müəyyən müddətlik möhlət verilir, ya məhdud yararlı hesab olunur?

Babasil xəstəliyi üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi və ya konservativ müalicə təklif edilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan ümtina edildikdə, ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 46-cı maddəsinin "a" , "b", "c" bəndi üzrə keçirilir.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamasl haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın saölamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14890