Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emin Heyderli Soruşur Yazılma Tarixi:02.04.2015 01:19:44

Salam.Men 2014cu il iyul ayinda cagiriş ucun hekim komissiyasindan kecmedim,problem cixdi.Bundan sonra men mueyyen olunmuş yerlerde hekim komissiyasindan yeniden yoxlanişa gonderildim,orada da eyni problem cixdi.İndi aprel 2015di ve men helede herbi bilet ala bilmirem.bu niye bu qeder gecike biler axi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Amid Əhmədzadə Soruşur Yazılma Tarixi:01.04.2015 22:15:39

Salam.Mən bu il Ali təhsilimi başa vururam,ancaq yenidən bu il TQDK bakalavr imtahanı vermək istəyirəm.Bunun üçün hərbi komissarlıqdan möhlət almalıyam.Hansı sənədləri təqdim etməliyəm?Mütləq qeydiyyatda olduğum rayonun komissarlığınamı müraciət etməliyəm və möhlət nə qədər olacaq?Zəhmət olmasa suallarıma cavab verərdiniz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Yaver Eliyev Soruşur Yazılma Tarixi:01.04.2015 20:12:35

sabah gedeceg olan esgerin hansi rayona dushduyunu nece oyrenmek olar? DQ-di lakin hansi cast.

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
Elmir Ekberov Soruşur Yazılma Tarixi:01.04.2015 19:45:53

Salam men muddetden artiq heqiqi herbi xidmetde surucu vezifesinde iwlemek isdeyirem lakin bunun ucun hara muraciet ediremse muracietime mehell bele qoyan yoxdur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Ramal Huseynov Soruşur Yazılma Tarixi:01.04.2015 19:12:58

Salam,menim dosdum Daxili Qosunlara dusub ali tehsillidi, orda kursnan Leytenant ola biler?

Qeyd etdiyiniz məsələ ilə bağlı dostunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Yadigar Hacıyev Soruşur Yazılma Tarixi:01.04.2015 15:56:28

Salam mən Heydər Əliyev Ali herbi Məktəbinə daxil olmaq istəyirəm . 18 yaşim var bu yaxinlarda həqiqi hərbi xidmətə gedərəm.Əsgərlikden icaze alib imtahana gələ bilerem ? Hərbi məktəbin yaş məhdudiyeti 19 yaşa qədərdir.Arzum hərbici olmagdir.Bu il axirinci şans verilə bilərmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Elbeyi Yusibov Soruşur Yazılma Tarixi:01.04.2015 15:37:47

Salam men Gence seherinde yasayiram 17 yasim var snaypere cox boyuk maragim oldugu ucun snayper kursuna getmek isteyirem ama ne unvani bilirem nede elaqe saxlamaq ucun bir nomre.

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
Gələcəkdə bu kursların respublikanın digər şəhər və rayonlarında da təşkil edilməsi planlaşdırılır.
Samir Necefov Soruşur Yazılma Tarixi:01.04.2015 14:58:33

Salam men ali tehsilliyem heqiqi herbi xidmetimi basa vurmusam hal-hazirda 31 yasim var. Muddetden artiq herbi xidmete getmek isteyirem. Bilmek isteyirem ki nece yasa kimi getmek olar muddetden artiq herbi xidmete ve ali tesilliler zabit kimi nece gede biler sagolun

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
 Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Səfərov Vahid Soruşur Yazılma Tarixi:01.04.2015 12:39:14

Men aprel cagirisinda gedmeliydim ama menim adim burda cixmadi men ne edim? Men bu aprel cagirisinda gedmeliyem yoxsa hansi cagirisda belke iyul cagirisina qaldim mene cavab verin men herbi xidmete gedmek isteyirem

Bildiririk ki, 2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
mamedov siyavush Soruşur Yazılma Tarixi:01.04.2015 00:16:38

salam men herbi bileti itirmisam ne etmaliyam

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Odur ki, hərbi qeydiyyatdda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və a bölməsinə şəxsən müraciət edin.
Cədvəldə sətir sayı :14897