Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Əliyev Soruşur Yazılma Tarixi:09.04.2015 22:43:27

Salam. Mənim hər iki ayağım yastı ayaqlıdır. Döş qəfəsimdə xəncərvari deformasiyaya uğramışdır. Ayaqlarımın dərəcələri də 158 və 146 dır. Bilmək istərdim ki bu kriteriyada olan şəxs hərbi xidmətə yararlı hesab olunur ya yox ? Sualımın dəqiq cavabını sizlərdən xahiş edirəm...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Timur Novruzov Soruşur Yazılma Tarixi:09.04.2015 21:24:41

Salam, men ali tehsili xaricde bitirib, mart ayinda vetene qayitdim. Siyahilarda oz adimi tapmadim. 1) Novbeti siyahi ne vaxt cixacaq? 2) Zabit kimi qulluq etmek isteyirem, ne etmek lazimdir? 3) Cagiris barede , unvanima gundem gonderilecek, yoxsa www.seferberlik.gov.az - dan melumat almaq lazim ? Sagolun.

1. 2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatd aolduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız. 
2. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız  həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
3. Qeyd edirik ki, çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
semed ilhamov Soruşur Yazılma Tarixi:09.04.2015 20:31:26

cagiris zamani kecirilmis yoxlama zamani verilmis A4 ne demekdir

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonraa həkim-mütəxəssis  "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
namiq eliyev Soruşur Yazılma Tarixi:09.04.2015 19:34:22

Salam.Xahis edirem SHXCDX imtahanin ne vaxt olacagi haqda melumat vererdiz.

Sualınızı cavablandırmaq üçün barənizdə ətraflı məlumat verməyiniz tövsiyə olunur.
Anar Mamedov Soruşur Yazılma Tarixi:09.04.2015 02:07:44

Salam men bilmək istərdim ki men 15 aprel 18 yaşım olur mən xususi təyinatlı məktəblərə imtahan verə bilərəm. ? Tqdk möhlət hərbidən verməliyəm. ? Mən bildiyimə görə mənim hugugum var hərbi məktəblərə imtahan verməyə.

Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
18 yaşı 15 apreldə tamam olmuş vətəndaşlar aprel ayının 15-dən sonra müddəli həqiqi hərbi xidmətə cəlb olunurlar.
askerov asker Soruşur Yazılma Tarixi:09.04.2015 01:20:40

Salam men 15 aprel 1997 ildə doğulmuşam və 15 aprel hərbi xidmətə k edirəm. Mən Ali hərbi məktəbə 17 mayda imtahan verə bilərəm. Və gebul olsam Ali hərbi məktəbdə oxuya bilərəm . Eskerlikden azad olub.?

18 yaşı 15 apreldə tamam olmuş vətəndaşlar aprel ayının 15-dən sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Röya Hacıyeva Soruşur Yazılma Tarixi:08.04.2015 13:26:14

salam.seferberlik idarelerinde ise qebul ucun sened vermek isteyirem.sizde ise qebul ucun ne etmeliyem,hara muraciet etmeliyem?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Raşad Xudiyev Soruşur Yazılma Tarixi:07.04.2015 19:52:27

salam axwaminiz xeyir zehmet olmasa bu maddeni mene aciqca yaza bilersiz zehmet olmasa indiden cox sagolun.xesdelikler cedvelinin 1 qrafasinin 2-a ., maddesine esasen (ARNK-nin) 29.02.2008-ci il tarixli 59 nomreli qerari ile herbi ucotdan cixarilmaqla herbi xidmete yararszi hesab edilib. bu maddedi zehmet olmasa maddeni yazarszi cox sagolun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 2-ci maddəsinin "a" bəndinə "Tənəffüs orqanlarının vərəmi (ağciyər, bronxların, döşqəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi): aktiv, mikobakteriyalarının ifrazı ilə və (və ya) ağciyər toxumasının dağılması ilə" aiddir.
ZAur Agayev Soruşur Yazılma Tarixi:07.04.2015 19:31:11

Salam mən bu il Ali tehsilimi bitirirem. Milli Aviasiya Akademiyasinin telebesiyem men hara muraciet etmeliyemki Herbi Hava qosunlarinda xidmet edim.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cavid Kərimov Soruşur Yazılma Tarixi:07.04.2015 19:28:20

Salam mənim 2015ci il martın 22də 18 yaşım tamam olduğu üçün Ağdam Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış idarəsi tərəfindən hərbi xidmətə çağırıldım.Lakin həkim müayinəsindən keçən zaman anadan gəlmə olaraq sol böyrəyimin olmadığı üzə çıxdı.Mən bununla yazıb sizdən hərbi xidmətə yararlı olub olmadığım haqqında məlumat verməyinizi xahiş edirəm....

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən  bir böyrəyi olan çağırıçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Cədvəldə sətir sayı :14897