Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Nağıyev Soruşur Yazılma Tarixi:13.04.2015 19:30:19

Salam Mən kecən ilin məzunuyam 1997 təvəllud 21 iyun. Kecən il inistuta iş verdim kəsildim bu ildə hazrliga getdim ki yeiodeən iş verim inistuta ama məndən möhlət arayışı istədilər vaynkamata gonderdilər getdim vaynkamat mənə arayış vermir deirler ki sen gələk yararsiz olasan sənə sənəd verə bilək ama mən yararsiz deiləm oxumaq isdəyirəm

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Elmin Memmedov Soruşur Yazılma Tarixi:13.04.2015 12:09:34

Salam.Men orta tehsilliyem 2015-ci ilin iyul ayinda heqiqi herbi xidmete gedecem.Sizden sorusmaq isdeyirem ki,heqiqi herbi xidmetde olan zaman Xususi Teyinatli qosunlara qebul olmaqim mumkundurmu?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
mamed mamedov Soruşur Yazılma Tarixi:13.04.2015 12:04:35

Salam. Mən yol gez adına dusmusem və dalağı mi itirmişəm. Mənim dalağı yoxdu. Sağ kozumde pis korun mən hərbi hidmete yararsız sayılıram. ? KÖNÜLLÜ HERBI XİDMƏTƏ KEÇƏ BILIREM. ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 83-cü maddəsinin "b" bəndinin I qrafasına əsasən dalağı olmayan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Çağırışçıarın göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindın asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Araz qasimov Soruşur Yazılma Tarixi:13.04.2015 02:25:25

Bineqedi rayonuherbi kamissarliqdan qeydiyyatdan cixmaq isdeyirem nece erize erize yazim .men basqa qeydiyyatdayam 27 sayli xestexana ona gorede herbi kamissarliqdan imtina edirem saxta diyaqnoz qoyulub

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim edilərkən  yol verilir, bu şərtlə ki çağırışçı:
- yaşayış yerini dəyişmiş olsun;
- təhsil müəssisələrinə qəbul edilmiş olsun.
ibrahimov Soruşur Yazılma Tarixi:13.04.2015 01:49:52

salam men bu ay herbi xidmede getmeliyem ancaq adim siyahida yoxdu dedilerki senin senedlerin bakiya gec getdiyi ucun ayin 10nan sora bilinecek . artiq ayin 13udur. ve men bilmek isteyirem hara duwduyum tam deqiqliyinnen ne vaxt bilinecek..

2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
İsmayilov Natiq Soruşur Yazılma Tarixi:12.04.2015 21:51:49

Salam men 3 gun sonra esgerliye getcem 1 ay evvel qrip xesteliyine tutulmusdum mualice aldim indi yaxsiyam ama arada bogazim qiciqlanir gunde 1 ya 2 defe oskururem hekim dedi 1 nece gune oda otub kececek bu oskurek menim herbi xidmete getmeyime mane ola biler ve yaxud vaxti uzata biler cavabinizi gozleyirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Remzi Mamedov Soruşur Yazılma Tarixi:12.04.2015 19:26:32

Salam men 1998 ci ilde C.Naxcivanski adina herbi litseye daxil olmusam. 2000 ci ilde orani bitirib kecmis BABKM indiki H. Eliyev adina Ali Herbi Mektebe daxil olmusam. 2004 cu ilde orani muveffeqiyyetle bitirib SQ-in TTM-de bir il dinleyici kursunu bitirib sertifikat aldiqdan sonra on cebhede yerlesen N sayli herbi hisselerde xidmetimi davam etdirmisem. 2008 ci il oktyabr ayinin 30-da Azerbaycan Respublikasinin CM- nin 331.2, 331.3, 341.2 -ci maddeleri ile 3 il 5 ay muddetinde azadliqdan mehrum olunmusam. 2012-ci il mart ayinin 30- da cezami tam olaraq cezami tam olaraq cekib qurtarmisam. Azerbaycan Respublikasinin qanunvericiliyine esasen az agir cinayetlerde cezanin bitme vaxtindan 3 il kecdikde mehkumluq odenilmis sayilir. Men ASAN xidmetden arayis almisam orada mehkumlugum odenilmis hesab olunur. Azerbaycan Respublikasinin Nazirler kabinetinin qerarina esaen az agir cinayet toretmis sexsler yeniden herbi xidmete cagrila biler. Hal hazirda Semkir rayonu Seferbeylik ve herbi xidmete cagiris sobesinde ehtiyatda olan bas leytenant kimi qeydiyatdayam. Men yeniden xidmetimi davam etdirmek ucun muraciet ede bileremmi. 05.01.1984-cu ilde anadan olmusam.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Seyran Cəərçiyev Soruşur Yazılma Tarixi:12.04.2015 17:56:16

Salam. Çağırışçı istədiyi hər hansı hərbi hissəyə daxil ola bilər? Bununla bağlı qanunvericilikdə nə müəyyən olunmuşdur?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Nicat Əmiraslanov Soruşur Yazılma Tarixi:11.04.2015 18:41:41

Salam.Çox xaiş edirəm ki mənim sualımı cavablandırarız.Mən Əmiraslanov Nicat Zakir oğlu 2015 ci ilin Yanvar ayinda heqiqi hərbi xidməti bitirmisəm. SHXÇDX-ninə Cənab General Palkovnik isə qəbula gorə məktubla muraciyət etmişəm.Əlavə məlumat almamışam.Şəxsiyətin seriyası AZE 09580333 hərbi biletin seriyası SX 0113313

Bildiririk ki, təhsiliniz Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Bu barədə Sizə 25.02.2015-ci il tarixdə 556 nömrəli məktubla cavab verilmişdir.
Şamil Qayqiyev Soruşur Yazılma Tarixi:11.04.2015 18:29:20

Salam.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul imtaanları nə vaxt keçiriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar keçiriləcək müsabiqədə iştirak etmək  üçün 17.04.2015-ci il tarixdə saat 14:00-da Xidmətin Aparatına gəlməyiniz təklif olunur.
Cədvəldə sətir sayı :14897