Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məmmədova Gülnarə Mətləb Soruşur Yazılma Tarixi:14.04.2015 21:17:13

Salam.SHXÇDX da işləmək ən böyük arzumdu.Bu haqqda bir nəçə dəfə erizəylə müraciət etmişəm ama her dəfə də deyirlər ki ixtisasım buna uyqun deyil.Axı men Unversitet mezunuyam, ixtisasca müəllimə olsamda hal hazırda ixtisasım üzrə işləmirəm.Azərsu da kargüzar işləyirəm.Bilmək istəyirəm menim bu arzuma çatmaqa şansım varmı.Meni arzuma çatdırın noolar xaiş edirəm.

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Ferid Qurbanov Soruşur Yazılma Tarixi:14.04.2015 19:36:19

Salam.Men yawadigim erazi aidiyyatina gore qeydiyyatda oldugum seferberlik ve heqiqi xidmete chagiriw idaresine erize ile muraciet ederek, mene herbi bilet verilmesini xahiw etmiwem. Mende olan herbi biletin evez edici arayiwini ve teleb olan senedleri erize ile birge verdim. Qanunla neche iw gunu erzinde menim erizemin telebi icra olunmalidir? Qabaqcadan minnetdaram.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinadsız saxlanması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması zamanı hərbi vəzifəlilərə 3 ay müddətinədək hərbi bilet əvəzi arayış verilir.
Aynur babayeva Soruşur Yazılma Tarixi:14.04.2015 17:48:55

Salam mənim oğlum turkiyede oxuyur. Bir ildi oxuyur. ? Aprel ayında ona priziv gəlib və hərbi xidmətə gonderirler. Bu nə deməkdi. Niye mənim oğlum oxuya oxuya gonderirler????? Gaxili gosunlar a ayın 20 əskər konderdiler. Mən türkiyədən institutundan arayış göndərməliyik Voyen komada. ?.....

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadını, adını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Asiman Adigozelli Soruşur Yazılma Tarixi:14.04.2015 11:02:26

Здравствуйте, я хотел узнать могу ли я сдать экзамены на Naxcivanskiy лицей если мне 22 года. И куда я должон обратится?

C. Naxçıvanski adına Hərbi Liseyə 15 sentyabr 2015-ci il tarixədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmayan ümumtəhsil məktəblərinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul olunurlar.
Qeyd etdiyini məsələ ilə əlaqədar əlavə məlumat almaq üçün Bakı şəhəri, Admiral Naximov küçəsi 1 ünvanında yerləşən C. Naxçıvanski adına Hərbi Liseyə müraciət etməyiniz tövsiyə olunur.
Sultanov Fuad Soruşur Yazılma Tarixi:14.04.2015 08:37:10

Salam.men sultanov fuad zülfüqar oglu.tevelludum 22.05.1997. men 2012 ci ilde 9 cu sinifi bitirib quba pese liseyine daxil olmusam.2015 ci il 30 iyunda liseyi qurtariram.ali mektebe sened vermek isteyirem, amma sqkdan oktyabra qeder mohlet verilmesi haqqinda arayiw isteyir.men xacmazda qetdiyyatdayam.seneq qebulu 30 aprelde qutarir.imtahan 14 iyuldadişmene mohlet verile bilermi? eyer verile bilerse hara muraciet ede bilerem?xacmaz komisarliga muraciet etdim amma mene dediki vere bilmeyeceyik.cox cox xaiw edirem tez cavab yazasiniz.

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və
2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan,
səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün
Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə
müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra,
"Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan
möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq
arayışla təmin edilirlər.
sadiq nuriyev Soruşur Yazılma Tarixi:14.04.2015 01:22:10

salam men Turkiyede 2 ci kurs telebeyem mesafeli tehsil aliram men isdeyirem ki SHXCDX ise qebul olum, bu mumkundurmu ? hansi senedleri teqdim etmeliyem ?

Bildiririk ki, təhsiliniz olmadığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Osmanov Aynur Vali Soruşur Yazılma Tarixi:13.04.2015 22:51:07

Salam.Manim saxsi isim Mudafia Nazirliyina gondarilmasi ucun muvafiq maktuba asasan Sizdan istanilmis lakin 10 gundan artiqdi ki icra olunmayib.Xahish ediram bu sanadin icratina komaklik gostarasiniz .

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sənədə əsasən, pensiya təyin olunması üçün şəxsi işinizin aidiyyəti üzrə göndərilməsi barədə Xidmətin Xətai rayon idarəsinə 13.04.2015-ci ildə 616 nömrəli göstəriş verilmişdir. 
aydın şahpələngov Soruşur Yazılma Tarixi:13.04.2015 22:48:43

oğlum 02.04.2014-də ali məktəbi bitirdikdən sonra DSX-nə hərbi qulluğa çağırılmışdır.onu evə nə vaxt gözlöyək?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
cavid ismayılzadaə Soruşur Yazılma Tarixi:13.04.2015 22:40:12

Salam menim çekim 120 kg boyum 185 sm dir men herbi xidmete yararliyam ? Kurdemir rayonunda qeydiyatdayam

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən hərbi xidmətə çağırış zamanı ilk dərə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar "ç" bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.
Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq laraq qərar qəbul ediləcəkdir.
elcin mahmudov Soruşur Yazılma Tarixi:13.04.2015 22:23:40

Salam belinde 5mm yirtiq olan cagirisci xidmete yararlidirmi?

Onurğanın xəstəliklərində funksiyaların cüzi dərəcədə pozulması müşayiət olunduqda (funksiyaların cüzi dərəcədə pozulması üçün bir nevromer zonasında həssaslığın  natamam itməsi ilə təzahür edən hərəki və hissi pozulmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı" hesab edilirlər.
Çağırışçı, qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897