Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Cavadov Soruşur Yazılma Tarixi:16.04.2015 18:22:54

11.07.1997-ci il tevvelludlu CAVADOV SAMIR SOLTANMURAD OGLU seferberlik ve herbi xidmete caqiris uzre dovlet xidmetinin GOYCAY rayon bolmesinde qeydiyyatdadir senedlerini TQdk nin qebul komisiyyasina teqdim etdikde komissiya herbi komisarliqdan arayis teleb edib.30 aprelde sened qebulu basa catir Mənim sag qolum pleksitdir .komosarliq bize arayis teqdim ede biler?sualimizs cavab vermeyinizi xais eirik

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və
2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan,
səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün
Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə
müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra,
"Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan
möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq
arayışla təmin edilirlər.
Nizami Ələkbərov Soruşur Yazılma Tarixi:16.04.2015 17:29:29

Salam. Mən 30.01.2015-ci il tarixdə SHXÇDX-ti rəisinin əmri ilə istefaya göndərilmişəm. Lakin 2 (iki) ay 16 (gün) keçməsinə baxmayaraq mənim şəxsi işimi Kadr və Kadr hazırlığı idarəsi SHXÇDX-nin Nərimanov idarəsinə göndərməmişdir ki, mən hərbi biletimi alım. Göstərilənləri nəzərə alıb göstəriş verməyinizi xahiş edirəm.

Nəzərinizə çatdırırıq ki, şəxsi işiniz qeydiyyata alınması və saxlanılması üçün 13.04.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsinə göndərilmişdir.
Taleh Musayev Soruşur Yazılma Tarixi:16.04.2015 16:06:26

Salam meh 2004-ci ilden 2010-cu ile qeder Xacmaz rayon herbi komissarliqinda muddetden artiq herbi xidmet kecmiwem Ve xidmet muddetim qurtardiqi ucun ehtiyata buraxilmiwam. Yeniden muddetden artiq herbi xidmete qebul olunmaqima komeklik gostermeyinizi xahiw edirem.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Elnur DEMIROV Soruşur Yazılma Tarixi:16.04.2015 14:59:11

Salam size sualim budur ki, men kollecde oxuyuram.Herbi xidmete gedende men nikadr leytenant kimi qalib işliye bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
vusal rehimov Soruşur Yazılma Tarixi:16.04.2015 14:43:49

Salam.men SHXÇDX nə işə qəbul üçün sizin aparata poçt vasitəsiylə yazılı məktub göndərmişdim.və haqqımda bütün məlumatları vernişdim.lakin hələdə mən çağırılmamışam.bilmək istərdim ki məni nə vaxt çağıracaqlar.?bu arada elektron ərizə ilə yox.məktub göndərmişdim.burda oxudum ki 17.04.2015 ci ildə imtahan keçiriləcək aparatda.zəhmət olmasa mənə ətraflı məlumat verəsiniz

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Bu barədə Sizə 04.03.20105-ci il tarixdə 657 nömrəli məktubla cavab verilmişdir.
Zeynalov Nesib Soruşur Yazılma Tarixi:16.04.2015 13:18:58

Salam...menim oglum Zeynalov Abbas 26.12.1995ci il tevellüddür ve hal hazirda herbi xidmetdedir herbi xidmetini iyul ayinda basa vuracaq biz herbi xidmetden herhansisa bir sened alib oglum ucun TQDK ya sened teqdim ede bileremmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı oğlunuzun xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.  
Abbasov Tebriz Soruşur Yazılma Tarixi:16.04.2015 11:48:38

Sala baqiwlayin bir sual vermek isterdim.men 2009cu ilin aprelinde esger gedmiwem.2009 oktyabr ayinda xestelikle elaqeder herbi xidmetden texris olunmuwam.5 il kecib artiq hec bir xesteliyum qalmayib.eyer kamisiyadan kecsem saqlam olduqumu tesdiqleseler yeniden herbi xidmete gede bilerem.?yoxsa artiq herbiden texris olunanlar yeniden herbi xidmete geri qaytarilmir?birdeki eyer esgerliye geri qayidsam xidmet muddetim ne qeder olacaq?2009cu ilde 18 ayliq xidmete caqirilmiwdim onun 7 ayini basha vurmuwdum

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud  qanunverivilikdə nəzərdə tutulmamışdır. 
reshad memmedov Soruşur Yazılma Tarixi:15.04.2015 21:40:52

Menim bir qohumum Ukrainada yashayir.oranin vetandashidi atasi anasi azerbaycanlidi.orda esgerlik vaxdi catib maraglanir ki gelib orda esger gede bileremmi.Qabaqcadan teshekkur edirem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici  dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığıan xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd edirik ki, Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.
Nagiyev Samir Soruşur Yazılma Tarixi:15.04.2015 14:58:14

Salam. Men Nagiyev Samir Nazim oglu Suraxani SHXCDX den herbi xidmete 2ci defe konullu daxil olmusam. Menim zabitin sexsi vesiqemi herbi komisarliqda itiribler. Men yeni vesiqemi.MN den almaq istedikde menden kohnenin olmama sebebi haqqinda arayis isteyirler. Onu men nece ve haradan alim. ?elaqe nomrem 070 818 99 09

Aparılan araşdırmaya görə, əvvəllər Sizə məxsus olan "zabitin şəxsi vəsiqəsi"  hazırda Xidmətin Suraxanı rayon idarəsində mövcud deyil.Bu barədə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən 22.12.2014-cü il tarixdə 2142 nömrəli məktubla xidmət etdiyiniz Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinə məlumat verilmişdir.
Aliyev Elsever Soruşur Yazılma Tarixi:14.04.2015 23:21:54

salam sualim o idiki 2015ci ilde texnikomlari bitiren telebelerin herbi xidmete cagiriwi ne vaxti ne zamandir ? sag olun

Bildiririk ki, 2015-ci ildə orta ixtisas təhsil müəssisəsini bitirən vətəndaşlar möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqlar.
Cədvəldə sətir sayı :14897