Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Babayev Ramil Soruşur Yazılma Tarixi:11.04.2015 13:15:14

salam 1)men killecde oxuyuram kagizda iyulun 12 sine qeder mohlet verilib mene indi men hacan getmeliyem esger? 2)herbi hekimden ne zaman kecmeliyem ve men hal.hazirda bakida oxuyiram amma haciqabul rayonun qeydiyyatam hekimden orda ya bakida kececem?

1. Sizin 12.07.2015-ci il tarixdə möhlət hüququnuz bitdikdən sonra  2015-ci ilin iyul çağırışına ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.

2. Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2015-ci il tarixə kimi başa çatdırılır.
Siz, göstərilən tarixdə Xidmətin Hacıqabul rayon şöbəsinə gələrək tibbi şəhadətləndirilməli və öyrənilməlisiniz.

Burhan Qurbanov Soruşur Yazılma Tarixi:11.04.2015 12:41:19

Salam.Mən bakalavr təhsilimi başa vurmaq üzrəyəm ama gözlərimdə ciddi problem var bu barədə səfərbərlik və hərbi çağırış üzrə dövlət xidmətinə hansı arayışı təqdim etməliyəm,?Ya da nə etməliyəm ki möhlət verilsin ?

Çağırışçıarın göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindın asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
aslanov rəcəb Soruşur Yazılma Tarixi:11.04.2015 11:46:55

salam. men seferberlik və hərbi xidmətə cagırış üzrə dövlət xidmətində xidmətə qəbul olmaq istəyirəm .ucar rayonu qeydiyatidayam ama bakıda yasayirm.burda işə qəbul ola bilərəm,bu elektron erizə anket herbi bilet ve diplomun suretini gonderecem.amma iş burda olsa yaxşıdı

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Xəzər Abışov Soruşur Yazılma Tarixi:11.04.2015 10:10:59

Salam. Mənim oğlum Abışzadə Hüseyn Xəzər oğlu 25.07.1998-ci il təvəllüdlüdür. SHXÇDX-nin Sabirabad rayon idarəsində qeydiyyatdadır. 1. Bilmək istəyirəm ki, o vaxtından əvvəl könüllü olaraq hərbi xidmət keçə bilərmi? 2. Tam orta məktəbi bitirib və idmanla məşğul olur. Hansısa hərbi cəmiyyət və təşkilta necə üzv ola bilər. (dərslərini zəif oxuyub) Əvvəlcədən təşəkkür edirəm.

1. "Hərbi vəzifə və hərb xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2. Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən , 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar müəyyən edilmiş təhsil müəssisələrində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.
Elyaqa Nezerov Soruşur Yazılma Tarixi:10.04.2015 21:29:46

27.07.1997-ci il tevvelludlu NEzerov Ibrahim seferberlik ve herbi xidmete caqiris uzre dovlet xidmetinin Yardimli rayon bolmesinde qeydiyyatdadir senedlerini TQdk nin qebul komisiyyasina teqdim etdikde komissiya herbi komisarliqdan arayis teleb edib.30 aprelde sened qebulu basa catir .komosarliq bize arayis teqdim ede biler?sualimizs cavab vermeyinizi xais eirik

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Elekber Qasimov Soruşur Yazılma Tarixi:10.04.2015 18:53:38

Salam.Sizden xahis edirem sualimi cavablandirasiz.Xususi Teyinatli quvvelere nece daxil ola bilerem?Heqiqi Herbi Xidmet zamani ora daxil olmaq olar?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Mahmudov Mehman Soruşur Yazılma Tarixi:10.04.2015 09:59:22

Salam.Men Mahmudov Mehman Mebud oglu.1994 ci il 130 sayli herbi hissede herbi xidmete basladim.sonra 843 sayli herbi hissede xidmetde oldum.1994-1998ci illerde muharibe döyüşlərində istirak etmisem..... veteran statusunu qanzanmisam. menim cetinliyim verilen qirmizi rengli veteran vesiqesinin goy rengli vesiqeye kecire bilbilmemeyimdedi.yerli orqana muraciet etmisem defelerle.oorsan size muraciet etməliyəm cavabini almışam. Xahis edirem mene komeklik gosteresiniz

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.
Odur ki, Sizə "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün sənədlərinizin müvafiq komissiyaya göndərilməsinə köməklikgöstərilməsi ilə bağlı hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DÖvlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.
Belə ki, 1994-1998-ci illərdə xidmət keçdiyiniz hərbi hissə üzrə əmrdən çıxarışların verilməsi barədə Müdafiə NAzirliyinin Mərkəzi Arxivinə sorğu  edilməli və tələb olunan sənədləriniz toplandığı təqdirdə, "müharibə veteranı" vəsiqəsi verilməsinə baxılması üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndəriləcək.
Eltac Shirinov Soruşur Yazılma Tarixi:10.04.2015 03:12:25

Salam.Men 2015 iyul ayi esger gedecem 21 yasim var.. Turk herbi quvvelerinde xidmet etmek istiyirem bu mumkundur?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
EMIN EMRAHOV Soruşur Yazılma Tarixi:10.04.2015 01:24:09

SALAM MEN E.EMIN EVEZ OGLU MUDEDEN ARTIQ HERBI XIDMETLE BAGLI 2 AYDI SENET VERMISEM SEMKIR KORPUSNA CAVAB YOXDU GEDIB SEBEBNI SORUCURAM QEBUL DAYANIB DEYILER AMMA 2 CI 5 CI GUNU KAMSARLIQDA QONSU KENDIN VE HEM KENDLILERMIN CAGRISLARI OLUR BU NE TER OLUR ESLINDE BILIREM PUL VRENERIN EMRI GELIR MENIM KIMSINE CATANDA XIDMETE QEBUL DAYANIB DEYILER BU NE DERECEDE DUZGUNDU

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Tarlan Hacimeherremov Soruşur Yazılma Tarixi:10.04.2015 01:05:32

herbi bileti itiren zaman hansi senedler teleb olunur.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinadsız saxlanması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və ərizə, DİN-nin yerli orqanından hərbi biletin itirilməsi və tapılmaması barədə arayış) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları  yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanması və təkrar (yeni) hərbi biletin verilməsinə əsasverən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Odur ki, hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət edin. 
Cədvəldə sətir sayı :14897