Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
resad yunusov Soruşur Yazılma Tarixi:18.04.2015 05:20:51

salam men aprel ayinin 13-cu herbi xidmete getmeliydim ama caqirmadiar ne ede bilerem.

2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Emrah Hüseynov Soruşur Yazılma Tarixi:18.04.2015 02:02:02

Salam men bu il ali tehsilimi başa vuracam,özüm Naxçıvan MR da qeydiyyatdayam.Herbi xidmete zabit kimi getmek isteyirem.bunun üçün ne etmeliyem.bir de ki Naxçıvan qeydiyyatı olduğum halda Bakı ve etrafı rayonlarda xidmet etmeyim mümkündürmü? Teşekkürler

Bildiririk ki, Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin yerli idarə və ya şöbəsində qeydiyyatda olduğunuz üçün qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinə müraciət etməyiniz tövsiyə olunur.
Əlavə olaraq qeyd edirik ki,  Naxçıvan MR qeydiyyatda olan çağıprış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Hikmet Yusifov Soruşur Yazılma Tarixi:18.04.2015 01:35:46

Bagışlayın narahat etdiyim uçun bele bir sualım olacaq men 18.03.1998 dogulmuşam keçen il vayankumata yoxlanışa getdim ilk defe ama bu il turkiyede oldugum uçun hele gede bilmemişem Turkiyeye Köçmuşuk mart ayında getmeli idim amma gede bilmedim. Nese problem çıxar getmediyim uçun?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nazirov Soruşur Yazılma Tarixi:17.04.2015 23:31:08

Salam. 02.08.1996 ci il tevellud.bu il kolleci bitirirem.gorme qabiliyyetimin zeif olmasi herbi xidmete cagirisda nezere alinir yoxsa ferq qoyulmur? Yararsiz olmasini istemirem amma nezere alinmasini isteyerdim.xahis edirem cavablandirin.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Hüseynov Rüstəm Soruşur Yazılma Tarixi:17.04.2015 21:57:26

Salam . Mənim 19 yaşım var, bu il peşə liseyini bitirirəm. İyul Ayında hərbi xidmətə getməliyəm . Ancaq mənim atam 1-ci qrup əlil olduguna görə mənə əsgərlikdən möhlət verdilər. Bilmək istəyirəmki mən bu möhlətlə FHN akademiyasına sənəd verə bilərəmmi? Əgər verə bilmərəmsə bəs başqa ali məktəbə qəbul ola bilərəmmi? Əvvəlcədən təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elxan Əliyev Soruşur Yazılma Tarixi:17.04.2015 20:40:34

Salam bir silahlı birləşmədən təxris olunursan. Sonradan digər silahlı birləşmədə hırbi xidmətə qəbul olunarkən şəxsi iş əvvəlkini o qurumdan istiyiller yoxsa yenisi o quruma uyğun tərtib olunur? Xaiş edirəm ətraflı cavablandırın.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Xidmətin yerli idarə, şöbə və ya bölmələrində mövcud olan və bağlaşma əsasında təkrar həqiqi hərbi xidmətə könüllü daxil olan hərbi vəzifəlilərin şəxsi işləri sorğu əsasında aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri müvafiq orqana göndərilir.
Samir Necefov Soruşur Yazılma Tarixi:17.04.2015 15:40:16

Men TTM -de kurs kecdikden sonra emr ne vaxta kimi cixir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ələkbər İbrahimov Soruşur Yazılma Tarixi:17.04.2015 11:11:04

Salam. Atam Böyük Vətən Müharibəsi iştirakçısıdır. 9may qələbə günü münasibətilə verilən müavinəti almaq üçün hara müraciət etməliyəm və hansı sənədlər təqdim olunmalıdır.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar atanızın qeydiyyatda olduöu yer üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti yerli mərkəzinə müraciət etməlisiniz.
Neriman Abbasli Soruşur Yazılma Tarixi:17.04.2015 00:01:59

salam.men 2014.10.21tarixinde meni bineqedi royon herbi komisarligi qospitala gonderdi.(olmpik starin yanindaki)ordan cixandan sonra menim sexsiyyet vesiqem onlardadi ve mene verilmir.voykomat mene deyir ki senin senedlerin qospitaldadi qospitalda deyir ki burda yoxdu.men ne etmeliyem indi?

Məlum olmuşdur ki, Siz, 23.10.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 23 "c" maddəsinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Binəqədi rayon idarəsinə müraciət etməlisiniz.
Fəzail Həsənov Soruşur Yazılma Tarixi:16.04.2015 20:17:49

Salam. Mən Masallı rayon hərbi komissarlığında hərbi çağırışçıyam. Hər iki ayağım yastı ayaqlıdır. Dərəcələrim 160 və 148 dir. Ayaqlarım tez tərləyib, həmdə ki şişir. Ayaqlarımda damar tutulmasına tez rast gəlinir. Dizlərimdən aşağı ayaqlarım key kimi olur, qan dövranım aşağıdır. Döş qəfəsim deformasiyaya uğramışdır. Aktiv fiziki hərəkət zamanı təngnəfəs oluram , gözlərim qaralır , bədənim əsir. Qan azlığım mövcuddur. Başıma qan zəif dövr edir və başımda oksigen çatışmazlığı var. Gözlərimdə oynaqdır. Bilmək istərdim ki bu problemləri olan şəxs hərbi xidmətə yararlı hesab olunur ya yox ?

Məlum olmuşdur ki, Siz, 20015-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Masallı rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən "Hərbi xidmətə yararlıdır.A-3"  hesab edilmisiniz.
Siz, 24.04.2015-ci il tarixdə sərəncamla təyin olunduğunuz N saylı hərbi hissəyə təhvil verilmisiniz.
Əlavə olaraq bildiririk ki, Siz, səhhətinizlə bağlı xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897