Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səfixanov Hafiz Mərkəz oglu Soruşur Yazılma Tarixi:23.04.2015 12:20:41

Salam. Mən, Səfixanov Hafiz Mərkəz oğlu, 1965-ci ildə Füzuli şəhərində anadan olmuşam və Füzuli rayonunda daimi qeydiyyatdayam. 1992-1995-ci illər ərzində Daxili İşlər Nazirliyi sistemində çalışmışam. Hərbi biletimdə 1992-ci ildə Füzuli rayonundan hərbi qeydiyyatdan çıxarılmagım göstərilsə də bu müddətdə harada hərbi qeydiyyatda olduğum göstərilməyib. Sualım ondan ibarətdir ki, Daxili İşlər Nazirliyi sistemində çalışmışdığım zaman mən hansı ünvanda hərbi qeydiyyatda olmuşam. Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, vətəndaşlar hərbi qeydiyyatdan çıxarılaraq qulluq (xidmət) etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrində xüsusi qeydiyyata alınırlar.
Rehimli Isgender Soruşur Yazılma Tarixi:23.04.2015 02:28:34

Salam men bilmek isterdim EN qosun novu ne mena dawiyir EN ne demekdi?

Ədliyyə Nazirliyi
nusret sovdumaliyev Soruşur Yazılma Tarixi:22.04.2015 21:59:55

salam herbi xidmete cagiris xidmeti surundurmecilik edir bu ne derece dogrudur bu haqda melumat almaq isterdim

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Aqil Agayev Soruşur Yazılma Tarixi:22.04.2015 21:07:00

SALAM. MEN ALI TEHSILLIYEM 2002-2006 Mezunuyam..Herbi xidmetimi Milli orduda basha vurmusham 1 il 2006-2007.Herbi Xidmetde olarken xidmetimin son 3 ayi ucun muraciet etdim tibbi komissiyalardan kecdim zabit olmag ucun amma sonradan bize deyildiki TTM-de yerler dolub ve biz gede bilmerik.Bu hemde menim ushhaglig arzumuydu hetta 9 cu sinifde oxuyanda Naxcivanskiye erize vermishdim ancag Tibbi Komisiyadan kesildim sonradan emeliyyat olundum ve tam yararli hala geldim amma Herbi Akademiyaya daxil olmagcun yashim catmadi yeni 17 yashim tamam olmamishdi ona gorede men universitete qebul oldum Iqtisadiyyati bitirdim. Hetta esgerlikden gelenden sonrada Herbi komissarliga muraciet etdimki Zabit olmag isteyirem.Mene dedilerki uzun Ishdi gec basha geler get Bashqa ish tap.mende uzun iller bashqa ishlerde ishledim zaman zaman ugurlarda qazandim amma daxilimde hemishe o arzuynan yashadimki goresen ne vaxtsa bu arzuma cata bileremmi...Indi 29 yashim tamamdi ve bildiyime gore 30 yash tamam olana qederde Herbiye Zabit kimi oxumagcun 3 ayliq TTM kurslarina gotururler.Men nece bash vurum senedlerimi hara verim? Cox yerde deyirler yashin kecib son yash 27 di.Birce Milli Orduda son yash 30 yasha qederdi dediler amma daxil olmagin yolunu kimse soylemir.Mektub yaz deyirler.Sizden artiq derecede xahish edirem men neyniyim hara muraciet edim? Mektub yazib gondermishem Aprel ayinin 18 -inde amma ne olur ne olmaz sizden xahishim mene real yolunu deyin ki bu arzuma catim ...Hormetle Aqil Agayev.


Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. 
ceyhun Soruşur Yazılma Tarixi:22.04.2015 17:04:39

menim gözüm30 faizdir herbi xirmete yaralıyam?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Nicat Həsənov Soruşur Yazılma Tarixi:22.04.2015 16:47:31

Salam. Sizin qurumda hərbi xidmətə qəbul üçün hansı ali təhsil ixtisası lazımdır?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə "hüquqşunas" və "fiziki tərbiyə və çağırışaqədərki hazırlıq" ixtisasları üzrə ali təhsilli şəxslərin sənədləri qəbul edilir.
Aynur ibrahimova Soruşur Yazılma Tarixi:22.04.2015 16:17:42

Salam men bilmek isteyirdimki qadinlar herbi xidmete qebulunda hansi isleri icra edirler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Nəsrəddin Abbasov Əhməd oğlu Soruşur Yazılma Tarixi:22.04.2015 15:18:49

Mənim oğlum Abbasov Cəbrayıl Nəsrədddin oğlu 1994-cü il iyun ayının 20-də anadan olub.Onu Sabunçu hərbi komissarlığından çağırib tibbi komissiyadan keçiriblər və yararsız saylblar.Sonra yenidən çağırıb Respublika üzrə hərbi tibbi komissiyaya göndəriblər.Orada da onu fiziki qüsurlu olduğuna görə yararsız hesab ediblər.Deyiblər get ,çağıranda gəlib hərbi biletini alarsan.Artıq onun 20 yaşı tamam olur,hələ də hərbi bilet və ya onu əvəz edəcək bir sənəd verməyiblər.Mən onu müalicə etdirmək üçün xaricə aparmalıyam.Hərbi bileti olmadığına görə xarici pasport ala bilmirik.Xahiş edirəm onun hərbi bilet və ya onu əvəz edəcək bir sənəd almasınabu kömək edəsiniz. Əvvəlcədən minnətdaram

Məlum olmuşdur ki, Abbasov Cəbrayıl Nəsrəddin oğlu 23.04.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən hərbi qeydiyyat sənədləri ilə təmin edilmişdir.
Əhmədov Həmid Soruşur Yazılma Tarixi:22.04.2015 13:34:24

Salam.Mən Lənkəran şəhər Yeni Azərbaycan Partiyasında işləyirəm.Mənim oğlumun 03.05ş1997 ci ildə anadan olub.Onun 3(üç) yaşından ğözundə xəstəliyi (astiqma) var.O kecən il 2014 də orta məktəbi bitirib.oO sənədlərini FNazirliyinə təqdim etmişdir.Lakin Ğözündə problem olduğu ücün komissiyadan kecə bilmədi.Vəsənətləri Ali məktəbə daxil ola bilmədi.Bu il müəllimlərlə hazırlaşıb yenidə özünü sınamaq istəyir. Əmma arayış almaq prblemə cevirilib.Sizdən xahiş edirəm mənə yazasız necə edim və uşaqın gözündə olan problemlə əsgərik işi necə olacaq.Qabaqcadan təşəkkürliyimi bildirirəm.

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Gulnare Tagiyeva Soruşur Yazılma Tarixi:22.04.2015 01:38:05

Salam men tibb bacisi isleyirem heerbici islemek isteyirem 30 yasim varb2 usagim bu m6mkundurmu xahis ediremm cavablandirin

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Cədvəldə sətir sayı :14890