Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Alim Asadov Soruşur Yazılma Tarixi:28.04.2015 21:21:18

Salam men Alim Asadov 12.05.1997 ci il.dogum yerim Baki seh. Men istiyirdim bilmek, men xerbiya godniy olaram, mende artiq ceki var, 1ci derece piylenme, boyu - 185 sm, ceki - 102 kq (17 kq artiq ceki)?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin tələblərinə əsasən hərbi xidmətə çağırış zamanı I dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar "Hərbi xidmətə yararlıdır. A-2" hesab edilirlər.
Hüseyn Mərdanov Soruşur Yazılma Tarixi:28.04.2015 19:30:18

Salam. Mən hərbi xidməti ön cəbhədə ( döyüş bölgəsində ) keçirmək istəyirəm. Bunun üçün nə etməliyəm. ilk olaraq hara müraciət etməliyəm.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
aysel Soruşur Yazılma Tarixi:28.04.2015 19:10:00

salam menim qardasimin 19 yasi var esger getmeyib liseyde oxudugu ucun ve 2015-ci il may ayinda hemin liseyi bitirecek. Bilmek isterdimki novbeti caagiris ne zamandi iyun ayi yoxsa iyul ayi ve qardasimin qulaginda esitme problemide var

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırışa sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı və möhlət hüququ olmayan çağırışçılar cəlb edilirlər. Sizin qardaşınızın qanunla müəyyən olunmuş möhlət hüququ 2015-ci ilin may ayında başa çatdıqdan sonra 2015-ci ilin iyul çağırışına cəlb olunacaqdır.
turan babaşlı Soruşur Yazılma Tarixi:28.04.2015 11:11:17

Salam mən hal hazırda tələbəyəm.lakin təhsilimi donduraraq hərbi xidmətə yollanmaq qərarı vermişəm.bununla bağlı nə etməliyəm.ən qısabhansı mütdətdə hərbi xitmətə yollana bilərəm.hansı sınədlərlə hara müraciət etməliyəm?yəni mənə elə variant deinki əlimdə sənədlərlə gedən kimk məni hərbi xidmətə aparsınlar gözlətməsinlər.təşəkkürlər

Bildiririk ki, heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmələyə müraciət etməyiniz tövsiyə olunur.
Nağızadə Sirac Ərəstun oğlu Soruşur Yazılma Tarixi:27.04.2015 23:06:20

Maqistraturaya qəbul olan bakalavrlar 2015-ci il iyul ayında hərbi xidmətə çağırılacaqlarmı?

Bildiririk ki, hal-hazırda qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Kamran Hesenov Soruşur Yazılma Tarixi:27.04.2015 16:22:08

Salam. Men Hesenov Kamran Esger oglu 02.07.1982 ci ilde Gurcustan respublikasinin Marneuli rayonunda anadan olmusam. 2003 cu ilde Odlar Yurdu universitetini bitirdikden sonra heqiqi Herbi xidmete cagirilmisam. 2003-2004 cu illerde DIN - nin Lenkeran seherinde DQ- da xidmet etmisem. Men zabit kimi herbiye qebul olunmaq ucun ne etmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Səbinə Xankişiyeva Soruşur Yazılma Tarixi:27.04.2015 16:15:02

Salam,mənim oğlumun boyu 182 sm çəkisi 45,5 kg-dir. Həmçinin onda döş qəfəsini deformasiyası vardır.Təhkim olnuma haqqında arayışında yazılıb müalicə olunmalı maddə 13ç. Bilmək istərdim belə olan halda oğlum hərbi xidmətə yararlı hesab olunur?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə olan halda stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlara bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa və fiziki iş qabiliyyəti saxlanmışsa, bədən çəkisi 45 kq və daha çox olan halda "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Rauf Nəbiyev Soruşur Yazılma Tarixi:27.04.2015 16:06:43

salam mən Nəbiyev Rauf Məsim oğlu Gəncə şəhərində yaşayıram 2001 ci ildə Gəncə şəhəri Kəpəz komisarlığından həqiqi hərbi xidmətə cağrılmışam 2003 cü ilədək N saylı hərb hissədən baş ıeytinant rütbəsi ilə ehtiyyata buraxılmısam indi isə hərbi xidmətə qayıdıb vətənə xidmət etmək isdəyirəm 36 yaşım varxahiş edirem mene cavab verin

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Əbülfət Məmmədov Soruşur Yazılma Tarixi:27.04.2015 14:58:23

Salam mən xətai rayon hərbi komisarliqda qeydiyyatdayam.Ehtiyatda olan zabitəm və sizin xidmətə işə qəbul olunmaq üçün bir neçə dəfə muraciət etmişəm.Test imtahanindan uğurla keçib fərdi söhbətdən uğurlu nəticə əldə edə bilmədim.Arzum Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətində çalışmaqdı.Bilmək istəyirəm mən yenidən muraciət edə bilərəm?

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Rəvan Məmmədvəliyev Soruşur Yazılma Tarixi:27.04.2015 14:20:29

Salam Mən Rəvan Məmmədvəliyev 26.04.1997 təvəllüdlü çağırışçıyam. Bilmək istərdim ki nə vaxt hərbi xidmətə çağırılacağam?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14890