Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gozel Alekberova Soruşur Yazılma Tarixi:03.05.2015 10:00:39

Ise gubelu olmaq ucun size yazib sizden xaiw edirem.

Nəzərinizə çatdırırıq ki, özünüz haqqında (təvəllüd, ailə tərkibi, təhsil və təhsilə görə ixtisas, əmək fəaliyyəti) ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər.
Əli əliyev Soruşur Yazılma Tarixi:02.05.2015 21:39:21

Salam dsx də 15 gün xidmət etmiş ve xəstəliyinə görə dsx nə yarasız olub və geri göndərilib bilmək istəyirəm ki xidmətə gedə bilərəm ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Zaur Suleymanov Soruşur Yazılma Tarixi:02.05.2015 20:48:33

Herbi xidmete cagirilmamisdan qabag olke hududlarini hansi vaxt erzinde terk edb qayida bilerem ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Teymur resulov Soruşur Yazılma Tarixi:02.05.2015 17:44:32

Salam 2 ci dərəcəli düz ayagi olan ve psixoloji problemi olan ürəyində sinus ritmi olan və 180 boyu 60 kq olan xidmətə yararlı saylı bilər ? Zəhmət olmasa düzgün məlumat verəsiniz.

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Ali Rehimli Soruşur Yazılma Tarixi:02.05.2015 15:33:39

Salam ali mektebden cixarildigim halda mene verilen 6 ay mohletde ali mektebe yeniden imtahan vere bileremmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsasarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Əlavə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. 
Ibrahimov Cavad Soruşur Yazılma Tarixi:02.05.2015 03:17:31

Salam...mən univeristeti bu il bitirirəm ve iyul ayında əsgər gedəcəm...əsgərliyə leytnant kimi gətməy istiyirəm.bu haqda ətraflı məlumatı hansı rəsmi saytdan və ya qrumdan örgənə bilərəm??

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Resad Abdullayev Soruşur Yazılma Tarixi:01.05.2015 19:52:45

Salam men aprelin 17-si Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine ishe qebul olmaq ucun imtahan verdim neticelerini bilmek isteyirdim,zehmet olmasa melumat vererdiz

Nəzərinizə çatdırırıq ki, 17.04.2015-ci il tarixdə keçirilmiş mesabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Araz qasimov Soruşur Yazılma Tarixi:01.05.2015 17:14:58

Shxcdx terefinden olaraq meni bineqedi rayonu herbi kamissarliqdan cixartsinlar vehselam isdemirem qeydiyyatda olam.eyer shxcdx terefinden cixartmasa.men bas proqrorluga zeng edecem

Bildiririk ki, "Hərbi vəzidə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.2 maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.
Yaşayış yerini dəyişməyinizlə əlaqədar ərizə, hərbi bilet, mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd (yaşayış sahəsinin orderi və ya çıxarış) və DİN-nin aidiyyəti polis idarəsi (və ya şöbəsi) tərəfindən verilən ərizə-anket vərəqəsini Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsinə şəxsən təqdim etdiyiniz təqdirdə hərbi qeydiyyatdan çıxarılaraq olduğunuz yer üzrə hərbi qeydiyyata götürüləcəksiniz.
Telman Abbasov Soruşur Yazılma Tarixi:01.05.2015 17:03:44

Salam, men Telman Qabil oglu Abbasov 27.06.1993. tarixinde Abseron ray.Mehdiabad qesebesinde.dogulmuwam.Hal-hazirda Abseron rayonu qeydiyyatinda ve ele emin ray uzre de herbi komissarliginda qeydiyyatdayam.Moskva Dovlet Humanitar Akademiyasinin Dagistan filialinda Ekonomika faultesinde tehsil aliram.Bu il yani 2015ci ilde ali tehsili bitirib ve herbi xidmete yollanmaliyam.Bilmek isteyirem ki, herbi xidmete leytenant olarag yollanmag ucun hansi prosesleri kecmeliyem.Xais edirem, mumkun qeder etrafli melumat veresiniz.Evvelceden size tewekkurler.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Yeganə Əsgərova Soruşur Yazılma Tarixi:01.05.2015 16:13:04

Salam. Mənim oğlum bu il magistraturaya qəbul oldu.Ona magistraturanı qurtarmaq üçün möhlət veriləcəkmi? Və əsgərlik müddəti nə qədərdir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897