Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ənvər Balayev Soruşur Yazılma Tarixi:09.05.2015 16:39:02

Mən Balayev Ənvər Kərim oglu 31.12.1968 ci ildə Lənkəran rayonun Haftoni qəsəbəsində anadan olmusam.1992-2000 ci ilədək Azərbaycan Silahli Quvvələrində xidmət etmisəm.Hal-hazirda Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatdayam.rutbəm mayor.2005 ci ildə səxsi isim Azərbaycan Respubliasinin Hərbi Kamissarliginəxsiəda olub.Pensiya vəsiqəsini ordan veriblər.İndi səx si isimi tapabilmirəm.Əvvəlcədən təsəkkur edirəm.

Bildiririk ki, şəxsi işiniz pensiya təminatı ilə əlaqədar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İDarəsindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmət keçdiyinizə görə, Müdafiə Nazirliyində fəaliyyət göstərən istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanmasına rəsmi (ərizə ilə) müraciət etməyiniz tövsiyə olunur.
Yusifova Pervin Soruşur Yazılma Tarixi:09.05.2015 09:15:10

Salam.Men oyren mek isterdim ki,Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet xidmetinde qadinlarin ise qebulu ne vaxtdan baslanilir,yani vakant yerler varmi??Sonra boy ve ceki mehdudiyyeti varmi??Onceden tesekkurler..

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Yusifli Soruşur Yazılma Tarixi:09.05.2015 08:58:48

Salam..Bagisliyin yeniden narahat edirem sizi..Seferberlik ve Herbi xidmete cagiris uzre dovlet xidmetinde qadinlarin ise qebulu ne vaxtdan baslanilir??onu qeyd edim ki mart ayinin evvelinde muraciet etmisdim erizemle Seferberliye,qadinlarin ise qebulu uzre vakant yerlerin olmadigi bildirildi..bes ne vaxt olacax???

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
ELVIN YUSIFOV Soruşur Yazılma Tarixi:08.05.2015 23:05:59

salam menim oglum yegane varisimdir heyat yoldasim 10 ildir rehmete gedib bilmek isterdim tek ovladli anaya ne kimi guzeshtler oluna biler ve hara muraciet edim iyulun 1 de esger getmelidir

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
seferov sefer Soruşur Yazılma Tarixi:08.05.2015 21:07:26

salam menim atam rehmete gedib.esitdiyime gore valideynlerden biri vefat ederse esgerin doguldugu yerde,yaxudda fhn veya daxili qosunlarda xidmet kecmek haqqi var . bilmek isteyirem bu dogrudurmu ?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Elman İsgəndərli Soruşur Yazılma Tarixi:08.05.2015 19:46:42

Salam. Doğrudurmu ki, çağlrışçı valideynlərinin anadan olduğu bölgəyə xidmətə göndərilmir?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
eliyev cavid Soruşur Yazılma Tarixi:08.05.2015 15:45:55

selam menim ayagim qisadir esgerliye aparacaqlarmi ?

Qıçın 2-5 mm-ə qədər qısalması müşahidə olunan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər. 
agamirze miriyev Soruşur Yazılma Tarixi:08.05.2015 15:24:51

Salam . 180 boya 60 kq hərbi xidmətə yararlı sayılır? zəhmət olmasa düzgün məlumat veresiniz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. 
dilqem Soruşur Yazılma Tarixi:08.05.2015 14:14:56

salam serhed xiddmetinde and icme ne vaxti zehmet olmasa yazrdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Yusifli Pervin Soruşur Yazılma Tarixi:08.05.2015 10:02:49

Salam.DSX-de qadinlarin ishe qebulu ne vaxtdan bashlanilir???Bir de boy ve ceki mehdudiyyeti varmi???

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897