Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həsənov Şahmar Soruşur Yazılma Tarixi:13.05.2015 17:14:05

Salam mən bilmək istəyirəm ki 2015 ci il may və ya sonraki aylarda TTM də gizirlik kursu planlaşdirilib ?planda varsa mümkünsə tarixin bilmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Seyid Soruşur Yazılma Tarixi:13.05.2015 16:41:53

Salam.Mən ali təhsilliyəm.1 il yarım bundan öncə hərbi xidmətimi başa vurmuşam.DSX-da xidmət etmişəm. Məlumat almaq istərdim ki,mən hərbi xidmətə işə qəbul edilə bilərəmmi və hara müraciət etməliyəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Amid Ahmadzade Soruşur Yazılma Tarixi:13.05.2015 15:24:16

Salam.Men bu il ali mektebi bitirirem.Oguz rayonunda qeydiyyatdayam ve mene 2015ci ilin Iyul ayinin 1-ne kimi heqiqi herbi xidmetden mohlet veribler.Bilmek isteyirdim ki,men Iyul ayinda herbi xidmete gede bilecem?

Bildiririk ki, Sizə verilmiş möhlət hüququ bitdikdə 2015-ci ilin iyul ayının 1-dən sonra qeydiyyatda olduğunuz Xidmətin Oğuz rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Xetai Bayramov Soruşur Yazılma Tarixi:13.05.2015 13:23:21

Salam.nikadr leytnat üçün TTM -e plan yerleri her çagiris üçün ayrilir?yoxsa illik?eger iyulda yoxdursa qebul,men xidmet müddetinde okyabr üçün qebul açilsa gede bileremmi oxumaga?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız  həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Nihad Ibrahimli Soruşur Yazılma Tarixi:13.05.2015 12:37:20

Salam, burada nikadr barede verilen butun suallara cavab olaraq yalniz hekim ixtisaslilarin ehtiyat zabit kursunda tehsil almasi mumkundur yazmisiniz. Zehmet olmasa qisa bir melumat vere bilersiniz,bes hekim ixtisasi olmayib ali tehsilin bitirdikden sonra nece zabit kimi qulluq edir etrafimizdakilar? Teshekkurler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Rüstəmli Fəxri Soruşur Yazılma Tarixi:13.05.2015 11:38:07

Herbi hissesinde esger cekmis ve haupvaxta Yatan adam Herbi xitmetde qalib işləyə bilərmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Eldəniz Məmmədov Soruşur Yazılma Tarixi:13.05.2015 11:10:16

Salam.Mən Xüsusi Təyinatlı Qüvvələr sıralarına daxil olmağ istəyirəm.Bununla bağlı mənə köməklik göstərə blərsinizmi?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
HEMID Soruşur Yazılma Tarixi:13.05.2015 07:25:10

salam men hemid sualim mende deri xesyeligi var.herbi xidmete yollayarlar?

Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 62-63-cü maddələrinin I qrafasının tələblərinə  əsasən dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əbülfətzadə Famil Soruşur Yazılma Tarixi:13.05.2015 02:43:43

Salam mən gizir işdəmək isdəyirəm hamsi sənədlər və hara muraciət etmək lazimdi

Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Balaw Ferzizade Soruşur Yazılma Tarixi:12.05.2015 22:19:49

Salam. Bilmek isteyirem dermoid kistadan emliiyyat olubmagim herbi xidmete getmeyime mane ola biler yoxsa yox? Diger sualim ise herbi xidmettde oldugum Muddetde leytennat ve ya basqa eutbede hemde orda islemek ucun ne teleb olunur? Ve hara muracief etmeliyem?

1. Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı"  sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
2. 
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14897