Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamil Aliyev Soruşur Yazılma Tarixi:18.05.2015 06:29:20

Eger herbi komissarliq sendelri herbi prokurorluga gonderibse onlar ise axtarisha vermeyiblerse serhedi kechende mene eproblem ola bilermi? Hal-hazirda oxuyuram

Sizin ünvanladığınız suala cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
qasimov sultan Soruşur Yazılma Tarixi:18.05.2015 01:23:33

Qasimov sultan mende 3 problem var ureyim zeyif.ag ciyerim ve birde burnum siniqdi buna baxmayaraq nerimanov rayonu herbi kamissarliq mene cagris kagizi verilib ayin 1 ne bu ne derecede dogrudu buda bizim savadli hekimlerimiz

Bildiririk ki, sualınızın cavablandırılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Fuad Mammadov Soruşur Yazılma Tarixi:18.05.2015 00:15:01

Salam. Men tam ali tehsilliyem. Yasim 23, boy 179, ceki 98. idmanci beden qurulusunda. herbi hisselere bolunende hansi qaydalara esasen bolunur? mtn-in herbi hissesinde xidmet kecmek isterdim.

 Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Samir Eliyev Soruşur Yazılma Tarixi:17.05.2015 21:41:32

Salam, menim chekim coxdir (120kg) boyum (173cm) ve ginekomastiya (sud vezisi boyumesi) var. men hansi halda herbiye yararliyammi? yararsisazmsa, hansi reqemlere gore yararsiz sayiliram? cheki boya gore yoxsa ginekomastiyaya gore? teshekkurler

Boyunuz 173 sm, bədən çəkiniz 120 kq olduğu halda, Siz hərbi xidmətə yararsızsınız. Həqiqi hərbi xidmət keçmək üçün Siz, 15 kq arıqlamalısınız.
Mustafayev Samir Soruşur Yazılma Tarixi:17.05.2015 14:58:34

Salam Mən liseyi bu il bitirdim və iyulda əsgərliyə gedəcəyim haqda məlumat hansı ayda mənə gəlməlidir?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Kamran İsgəndərli Soruşur Yazılma Tarixi:17.05.2015 13:58:43

Salam, mənim akademik borcum qaldığına görə təhsilimi sentyabr ayında bitirəcəm, mənə 3 ay möhlət verilə bilər mi ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə akademik borcunuz olduğu üçün təhsilə görə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Kənan Həsənov Soruşur Yazılma Tarixi:17.05.2015 13:55:04

Salam.Mən kollecdə təhsil alıram.Bu il kolleci bitirirəm.6-cı ayın 30-na qədər mənə möhlət verilib.Bu vaxta qədər heçbir həkim qəbulunda olmamışam.Bir dəfə 2011-ci ildə olmuşam,vayenkomat-da.Hərbiyə yararlı olduğum bildirilib və həkimdə təsdiqləyib.İndi isə məndə problemlər çıxıb.Ürək döyüntülərim həddindən artıq tez-tez olur.Gəzəndədə tez tənginəfəs oluram.Həkim qəbulunda olan zamanda həkim bunu təsdiqlədi.Qolumda hərfdə yazılıb.Əsəblərimdə biraz yerində deyil.Əsas sualım ürəklə bağlıdır.Bu halda mənim əsgərliyə getməyim düzgündürmü?

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Çağırışçılarda döymə (tatuj) xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Elşen Rehimov Soruşur Yazılma Tarixi:17.05.2015 00:36:32

Salam men öyrenmek isteyirem ki aileli olan biri 2 uşaq atası olduğu halda herbi xidmete celb olunurlarmı? Ve ya möhlet verilirmi?olunmurlarsa yararlı herbi bilet verilirmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Muzakir Mikayilov Soruşur Yazılma Tarixi:17.05.2015 00:07:54

bilmek isdeyirem men isi i herbi feldserliye verecem imtahanlar hacan olacaq

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Pünhan Əliyev Soruşur Yazılma Tarixi:16.05.2015 20:23:19

saLam Men 1996 cı ilde Ucar rayonunda anadan olmuşam 2014 cu il May ayinda Tibbi komisiyadan kecdim lakin Məktəbə gec getdiyimə görə 10 cu sinifde oxuyurdum Məktəbdən rayiş verdim mənə 1 il möhlət verildi. Bu il məktəbi bitirirəm Məni May ayinin 18 i Tibbi komisiyadan kecmek ucun Ucar rayon hərbi komisarligina cagiriblar Bilmek istiyiremki men universitete sened vere bilerem ? yoxsa iyulun 1 i aparacaqlar ?

Bildiririk ki, 2015-ci ildə tam orta məktəbi bitirən və TQDK-ya sənəd təqdim edən kişi cinsli vətəndaşlara bu ilin qəbul imtahanlarında iştirak etmək hüququ verilir.
Cədvəldə sətir sayı :14897