Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Adil Meherremov Soruşur Yazılma Tarixi:22.05.2015 13:18:51

2015 ci il iyul ayinda herbi xitmete cagriw olacag ama mende xestelik var mede bagirsagda xora capiglari var ureyimde agrilar var men herbiye yararli hesab olunuram?

Mədənin xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Əlavə olaraq bildiririk ki,  
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ramil Semedov Soruşur Yazılma Tarixi:22.05.2015 13:01:31

1941-45 muharibesinden Semedov Musaxan Qara oglu haqqinda melumat almaq isteyirem.Harada doyuslerde olub.O vaxt Korgoz komissarligndan gedib itkin dusmesi haqqinda kagizi Elibayramli komidsarligina gonderilib.Xahis edirem komeklik gosteresiniz

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, Səmədov Musaxan Qara oğlunun təvəllüdü və nə vaxt xidmətə çağırılması barədə müraciətinizdə məlumat qeyd etmədiyiniz üçün barəsində ətraflı araşdırma aparmaq mümkün deyil.
Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Xidmətin Şirvan şəhər şöbəsinə müraciət etməlisiniz.
Nahid Adgözəlov Soruşur Yazılma Tarixi:22.05.2015 08:34:43

Salam . Mən sizə imtahan üçün sənədlərimi göndərmişdim . Düzdü sizdən mənə imtahana çağırılmağım haqda məktub gəlsədə imtahana çağırılmadım . buna səbəb nə oldu ?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.
Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
İnter Soruşur Yazılma Tarixi:22.05.2015 00:10:48

Salam mən kamisiyadan kecmisem mene mohlet veribler amma kecmemisden evvel cagiris vereqide vermisdiler.İndi mənə möhlət dusur yoxsa esgerliye getməliyəm?

Bildiririk ki, qeydiyyatda olduğu idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirilərək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilən çağırışçılar möhlət hüququ bitənədək hərbi xidmətə çağırışa cəlb edilmirlər.
Rufet Hesenov Soruşur Yazılma Tarixi:21.05.2015 23:21:38

Belinde 2ci derece onurga eyriliyi olanlar gedir esgerliye?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu  olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Bəhrəmli Bəhrəm Soruşur Yazılma Tarixi:21.05.2015 21:14:57

2015-ci il ,iyul çağırışçılarının xidmət yeri haqda məlumatlar nə zaman saytda yerləşdiriləcək ?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Soyad Soruşur Yazılma Tarixi:21.05.2015 20:25:43

Mən iyulun 6 -si əsgərliyə getməli idim.Amma xəstəliyimə görə mənə 6 ay möhlət veriblər ki mualicə olunum sonra əsgərliyə gedim.Sualim budur ki mən əgər 1 aya mualicə olunsam sagalsam əsgərliyə gedə bilərəm ? yoxsa sagalsamda gərək 6 ay tamam olsun gedim?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
İnsan Soruşur Yazılma Tarixi:21.05.2015 20:18:13

Salam.məndə urəyimdə sinus taxikardiyasi vardi məni kamisiyadan exo muayinesinden kecirməyə göndərdilər.Məndə rematizma qeyri fəal oldu.Mən əsgərliyə gedə bilərə?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  I qrafasına əsasən: "Revmatizm, qeyri-fəal faza" diaqnozu  təyin edilən çaırışçılar "Hərbi xidmətə yararlıdır" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Hemid Hesenov Soruşur Yazılma Tarixi:21.05.2015 18:12:03

Salam. Cagiris ucun tibbi muayineden kecib qeydiyyata dusdukden sonra hansi hallarda olkeden cixmaga icaze var? Eslen gurcustanliyam ve mayin axiri 3 gunluk getmeliyem. Bunun ucun voenkomatdan icaze almaq mumkundurmu?

Siz, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən  tibbi şəhadətləndirildikdən və öyrənildikdən  sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Məmmədli Təbriz Soruşur Yazılma Tarixi:21.05.2015 18:10:07

Salam mən Tovuz rayonu Hərbi Səfərbərlik idarəsindən 2 iyul 2015 tarixinə həqiqi hərbi xiddmətə çağrılmışam mən hansı hərbi hissədə xiddmət çəkəcəyimi necə öyrənə bilərəm

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897