Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Omer muradli Soruşur Yazılma Tarixi:16.05.2015 19:46:12

Burda yazılıb ki, həkim ixtisası olanlar ehtiyatda zabit proqramını keçə bilərlər.Başqaları keçə bilməz?(yalnız yazılmayıb ona görə)dəqiq csvab lazımdlr Bir də ki Maxe qəbulu nə vaxt başlayacaq

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:  
- Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla)
habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Sabir Abdullayev Soruşur Yazılma Tarixi:16.05.2015 17:04:27

Salam menim iyunda 18 yasim tamam olur ama iyulda tqdk-in imtahanlari var hal hazirda 11-de oxuyuram mohlet verilir buna gore?

Bildiririk ki, 2015-ci ildə tam orta məktəbi bitirən və TQDK-ya sənəd təqdim edən kişi cinsli vətəndaşlara bu ilin qəbul imtahanlarında iştirak etmək hüququ verilir.
Bayram Memmedov Soruşur Yazılma Tarixi:16.05.2015 14:36:13

Salam. Men ali tehsilliyem Iqtisad Universitine qurtariram BIM fakultesini . Isteyirem 1 il 9 ay xidmet eliyim . Bilmek isterdim deqiq maawlari neqederdi hansi rayonlarda neqeder maaw veriller. Deyillenlere gore kopuslarda Beylaqan, Berde, Semkirde, orda maaw 1000 azn bawlayir . Yazardiz zehmet olmasa hansi rayonlarda ne maaw veriller zehmet olmasa .

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur
natiq eliyev Soruşur Yazılma Tarixi:16.05.2015 11:03:16

4cu kursu bu il bitirirem. May ayi tibbi muayineden kecmeyi teleb edirler. Men iyun ayinin sonunda kecsem bir problem olarmi? Misal ucun deyilir ki dedikleri vaxtda kecmesem sonradan muayinelere ozum odenis etmeliyem. Bele bir hal ola bilermi ve muayineden kecmek ucun son tarix ne vaxtdir?

Bildiririk ki, 2015-ci ilin iyul çağırışına cəlb edilmiş çağırışçıların Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölmələrində tibbi şəhadətləndirilməsi və öyrənilməsi 30.05.2015-ci il tarixədək nəzərdə tutulmuşdur.
Anar Mamedov Soruşur Yazılma Tarixi:16.05.2015 10:24:23

Salam men apreldə əskər keçmişəm və xəstəliklə sdx yazıb yararlı deyiləm milli orduya yararlyam. Mən hərbi komisadan keçməliyik ayağım düzdü sapojkide şişir. Ürəyimdə sinus ritmi var, başım xəstədi. Ona görə sdx yararsız edib çıxardı hospitalda yatım. Indi voyenkomat arayış vermir ki men səfərbərliyi komisasindan keçim. Möhlət kağızını vermir ki mən sənəd verim texnikum. Mən nə edim? Hərbi prokkaturaya şikayət edim. Arzu Rəhimov un gebulu nə vaxtı. ?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
mehemmedli mehemmed Soruşur Yazılma Tarixi:15.05.2015 23:38:47

Salam ilk erizemde yazdigim kimi adim mehemmedli mehemmed tevekkul oglu 21 yasim var esgere getmek istiremm ozum sumqayit vayinkimatina geddim ama nedense ses sorag gelmedi xais ediremm bir komeklik gosteresiniZ

Məlum olmuşdur ki, Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Siz, əlavə müayinəyə ehtiyac olduğu üçün, aidiyyəti üzrə dövlət tibb müəssisəsinə göndərilmisiniz.
Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" Xidmətin Sumqayıt şəhər idarəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
elxan elisefali Soruşur Yazılma Tarixi:15.05.2015 18:42:00

salam men ali tehsilliyem.atam kecen il rehmete gedib.oyrenmek isteyirdimki ermenilerle serhed zonalarina dusmemek kimi guzestler varmi?

Bildiririk ki, mövcud qanunvericilikdə valideynlərini itirmiş çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
nurlan alxasov Soruşur Yazılma Tarixi:15.05.2015 18:30:05

zehmet olmasa deye bilersizmi seferberlik idaresinin deqiq unvanin

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşir.
Əlaqə nömrəsi: 493-06-52
Şirvanov Elmətdin Soruşur Yazılma Tarixi:15.05.2015 18:25:36

Mən ADNA-nin 3-cü kurs tələbəsiyəm. Mənə bildirilib ki 4-cü kursa kəsrlə kecmək olmaz. İmtahandan kəsildiyimə görə universiteti bitirməmiş əsgər getməliyəmmi? Belə bir qanun varmı? Əgər getməliyəmsə müddət 1 il olacaq yoxsa 1 il 6 ay?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə akademik borcunuz olduğu üçün təhsilə görə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, ali təhsil müəssisələrində tam təhsilini bitirməmiş çağırışçılar 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
Ceyhun İmanov Soruşur Yazılma Tarixi:15.05.2015 18:05:38

Mənim oglumun onurga sütununda iki yerdə,6 və 8 mm ölçudə yırtiq var. Bu xəstəliyə görə oglum hərbi xidmətdən azad ola bilərmi? Onu da qeyd edim ki, bir il müddərində aparılmış müalicə hec bir nəticə verməmişdir. Əvvəlcədən təşəkkür edirəm.

Onurğanın xəstəliklərində funksiyaların cüzi dərəcədə pozulması müşayiət olunduqda (funksiyaların cüzi dərəcədə pozulması üçün bir nevromer zonasında həssaslığın natamam itməsi ilə təzahür edən hərəki və hissi pozulmalar, ətrafların ayrı-ayrı əzələlərinin gücünün zəifləməsi səciyyəvidir) çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin müvafiq bəndinin  I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897