Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yuifov Elvin Soruşur Yazılma Tarixi:12.05.2015 22:07:46

Salam.Mən evin tək övladıyam Atam rəhmətə gedib.Məndən sonra Anamın heç bir varisi olmadığına görə bilmək istərdimki belə ailələrə nece güzəşt olunur yəni,axra cəbhəyə düşmək kimi güzəşti nəzərdə tuturam,və iyul ayında əsgər gedirəm.Zəhmət olmasa sualıma cavab verin

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Ceyhun Novruzov Soruşur Yazılma Tarixi:12.05.2015 18:14:41

Salam. Mən 4-cü kurs tələbəsiyəm və universiteti kəsildiyimə görə bu il bitirə bilmirəm və universitet mənə bitirmədiyimə dair arayış təqdim edir hərbi komisarlıq üçün. Bilmək istəyirəmki bu arayışla mənə möhlət hüququ veriləcək?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən  təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Ceyhun Novruzov Soruşur Yazılma Tarixi:12.05.2015 18:10:38

Salam. Mən öyrənmək istərdim ki, 2015-ci ilin yay çağırışında Magistrlara möhlət hüququ veriləcək?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Heyder Soruşur Yazılma Tarixi:12.05.2015 15:33:56

salam men Memmedov Nicat Asif oglu Yasamal rayonu qeydiyatdayam men yanvar ayinda Xezer universitetini bitirirem ve oktyabr ayinda esger gedecem zabit kimi gede bilerem men? zabitliyi ne vaxt oxumaq olur ancaq iyunl ayinda? ya oktyabr yanvar aprel prizivida gedib zabit kimi oxuya biler?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Sahil Ağakişiyev Soruşur Yazılma Tarixi:12.05.2015 09:41:48

Salam.Men ali tehsilliyem,Nıkadr leytınant kimi xidmetl kecmek isteyirem.Zehmet olmasa bu barede melumat veresiz

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cobanzade Terlan Soruşur Yazılma Tarixi:12.05.2015 01:33:26

Salam men qarabag muharibesinde olen Sehidlerimizin siyahisina baxmaq isteyirem ancaq gosterilmir burda

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytının "Veteranlar və Şəhidlər" bölümündə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan şəxslərin siyahisi qeyd edilmişdir.
Ruslan Soruşur Yazılma Tarixi:11.05.2015 23:48:19

salam. Men Azerbaycanda dogulmusham. 2 yashimda kocmushuk Rusiyaya. mektebi, institutu, esgerliyi orda bitirmishem. rutbem kicik cavush. Azerbaycan Respublikasinin vetendashligini qebul etsem, men Azerbaycanda heqiqi herbi xidmetine getmeliyem? yoxsa Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 23 esasen azad edilirem? cavabiniza gore teshekkurler.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
natiq Soruşur Yazılma Tarixi:11.05.2015 19:38:40

Salam.men bu il magisdira qebul olmusam.bilmek isderdim iyulda meni esger aparacaqlar.deqiq cavab vererdiz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Asif Soruşur Yazılma Tarixi:11.05.2015 16:58:47

Salam ali tehsilliler nikadr ancaq iyunda gedenlere aitdi ya oktyabrda gedenlerde oxuya biler ?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən  yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Uğur Muradov Soruşur Yazılma Tarixi:11.05.2015 13:55:05

Salam. Mən iyul ayında hərbi xidmətə gedəcəyəm, hansı hərbi hissəyə. hara düşdüyüm nə zaman bəlli olur? və hardan öyrənə bilərəm?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897