Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kenan Ahmedov Soruşur Yazılma Tarixi:04.05.2015 23:01:18

Salam men Xaricde tehsil alıram. Yaxın zamanda universiteti bitirecem lakin menim gözlerimde prablem var. Bununla bağlı tibbi melumatları tapa bilmedim xaiş edirem bununla baqlı bilgi verin.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Nicat Babayev Soruşur Yazılma Tarixi:04.05.2015 21:40:47

men 26.06.1997 iyul cagiriscisiyam 01.08.2013 heri komisyasindan kecmishem ve herbi xidmete yarrasiz oldugum bildirilib ..bronxial astma ....ve onu demek isteyirdimki men herbi xidmetden payiza qeder mohlet huququ ala bileremi ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
resad eliyev Soruşur Yazılma Tarixi:04.05.2015 15:45:24

artiq derecede xais biraz aciq yazin anlamaq olmur mene deqid deyin men xidmete uygunsuzluqla ehtiyata buraxilmisam. yeniden milii orduda isleye bilerem. ve bunun ucun neler etmeliyem?

Xidmətin saytına daxil olan təkrar müraciətinizlə əlaqədar bir daha bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiq  hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri müvafiq orqanlar tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
AĞALI AYXAN FİRAT OĞLU Soruşur Yazılma Tarixi:04.05.2015 13:41:43

Salam,mən Bakı şəhərində doğulmuşam.2013-cü ildə BDU-nun hüquq fakültəsini bitirmişəm.2013-cü ilin iyul ayından 2015-ci il aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşam.930 saylı hərbi hissədə hərbi hissə komandirinin hüquq məsələri üzrə köməkçisi olmuşam.Hal-hazırda ehtiyatda olan ədliyyə leytenantıyam.SHXDÇX-nə işə düzəlmək üçün nə etməliyəm?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ixtisasınıza uyğun vakant vəzifələr olmadığına üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
murad isazade Soruşur Yazılma Tarixi:04.05.2015 12:06:46

Salam,Herbi biletin uzerindeki shekili deyishmek mumkundurmu? Eger mumkunse shekilimi deyismek isteyerdim

Bildiririk ki, hərbi biletdəki fotoşəkil etinadsız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda tələb olunan sənədlər (ərizə, şəxsiyyət vəsiqəsi və 3x4 ölçülü 2 ədə fotoşəkil) əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmərin yerli idarə, şöbə və bölmələri tərəfindən dəyişdirilir (və ya yenilənir).
Hərbi biletdə edilən hər hansı bir düzəlişvə ya əlavələr isə hərbi biletin "Xüsusi qeydlər" bölməsində yazılır və Xidmətin yerli idarə, şöbə və ya bölmə rəisləri tərəfindən imzalanaraq möhürlənir.
Isgəndərov Şahin Şakir Soruşur Yazılma Tarixi:04.05.2015 12:02:34

Salam.Men 02.02.1995 ci iləm meni 19.04.2013 cu il QAZAX herbi kamsarliginda 35b madesini qoydular. Tekrar muayine vaxti 19.04.2016 da di bilmek isteyirem 35b maddəsiyle əsgərliye düşürəm.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 35 "b" maddəsi tədbiq edilən çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Abdullayev Farman Soruşur Yazılma Tarixi:04.05.2015 11:52:06

Salam.menim mayin 8 18 yasim olur.ve bilmek isterdim men nevaxt esgerliye gedecem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
vusal elekberzade Soruşur Yazılma Tarixi:04.05.2015 02:27:51

salam menim dostum evin tek ogludu bacilari ailelidi kocubler.atasi vefat edib ozude evlidi bir usaqi var anasi islemir nede pensiya almir eve aile vezyetleri pisdi evi dostum saxlAyir.bunu esger apara bileler yoxsa yox? xahis edirem dolgun cvb yazasiniz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Elnur Verdiyev Soruşur Yazılma Tarixi:03.05.2015 22:42:08

Salam. Men SHXÇDX-ya işə qəbul üçün imtahan vermişəm. Nəticəni bilmək üçün hara müraciət edə bilərəm?

Nəzərinizə çatdırırıq ki, 17.04.2015-ci il tarixdə keçirilmiş mesabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Elnur Soruşur Yazılma Tarixi:03.05.2015 21:44:45

Salam. Bagiwlayin narahat edirem size bir sualim var. Men bu il universiteti qutariram. iyulda esgerliye gedecem. nikadr leytanant kimi getmek isteyirem. bunun ucun men evvelceden vayankumata melumat vermeliyemmi?. birde bilmek isteyirem ki 1 il 9ay qutardiqdan sonra meni orda ozum istemesem saxlatdira bilerlermi?. bunu ona gore soruwuram ki esgerlikden gelen bezi taniwlarim deyirki muddet qutarandan sonra gucle saxlatdirirlar ya da gec buraxirlar. xahiw edirem bu meseler barede dolgun melumat veresiniz. evvelceden tewekkur...sagolun.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14890