Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Məlikli Soruşur Yazılma Tarixi:07.05.2015 17:59:32

Salam, mən xaricdə təhsil alıram və bu il iyulda hərbi xidmətə getmək istəyirəm, diplomu ise iyulun ortaları ala biləcəyəm. Hərbi xidmətə getdikdən sonra diplomu təqdim etmək mümkündürmü (1 illik xidmət məqsədilə) ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bitirdikləri ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini yaxud təhsil haqqında arayışı xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Reşad Soruşur Yazılma Tarixi:07.05.2015 15:02:04

Salam baxışdıyın mən gizir olmaq istiyirəm bununcun hara gedim yaşım iyunda 18olur xayiş edirəm mənə köməy edin

Müraciətinizdən məlum olmuşdur ki, 18 yaşınız 2015-ci ilin iyun ayında tamam olur və Siz hazırda çağırışçısınız.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Bildiririk ki, bu Qanunun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.

Qulu Soruşur Yazılma Tarixi:07.05.2015 11:10:38

Salam. Menim gozum -5, ve men oyrenmek isterdim ki, men herbi xidmete yararliyam ya yox?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Anar Mamedov Soruşur Yazılma Tarixi:07.05.2015 01:08:53

Salam dsx aprelde esker oldum xestelikle gospitala dusdum. Ve eskerlikden Xeste olduğum ucun cixdim. Dsx yazib ki dsx yararli deyilem milli orduya yararlyam. Ve priziv kutar di meni dokument voyenkomat a konderdiler. Indi yay priziv olanda esker kedecem milli orduya. Men tez den esker gede bilerem yay priziv in da. ?

Bildiririk ki, Siz, təkrar tibbi şəhadətləndirildikdən sonra 2015-ci ilin iyul çağırışına həqiqi hərbi xidmətə cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Ferid Ebdurrrehimov Soruşur Yazılma Tarixi:06.05.2015 22:11:29

salam SHXCDX in 17.04.2015 tarixinde olan imtahanlarin neticesini nece orgene bilerem.

Nəzərinizə çatdırırıq ki, 17.04.2015-ci il tarixdə keçirilmiş müsabiqınin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Bayramov Xetai Soruşur Yazılma Tarixi:06.05.2015 21:03:02

Salam.Men bu il ali mektebi qurtariram(Regionsünasliq ixtisasi) ve nikadr leytnat kimi xidmet etmek isteyirem.Sertlerle tanis olmaq isteyirem.qebul qaydalari,imtahan,normativler haqqinda melumat almaq isteyirem.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Neman Bayramov Soruşur Yazılma Tarixi:06.05.2015 20:28:47

SALAM ALEYKUM.Mənə hərbi xidmətə yarasız olduğum üçün NEGODNU herbi bilet verilib. 2015-ci ilmart ayının 13-də Herbi yoxlanışdan keçdim.Bu günə kimi Vayenkomatdan heç bir xeber yoxdu.Herbi biletimdə vayenkomatdadi.Mənə Hal hazırda Herbi biletim lazımdı.Mən necə biletimi əldə edim? İndiyə kimi biletimi saxlamağa qanunvericiliklə hansı maddə də icazə verilirmi? Xahiş edirəm cavablandırardınız.

Bildiririk ki, müraciətinizdə atanızın adı, təvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz yer barədə məlumat qeyd etmədiyiniz üçün barənizdə ətraflı araşdırma aparmaq  mümkün deyil.
CELILZADE RECIB Soruşur Yazılma Tarixi:06.05.2015 17:14:03

salam men herbide iwlwmek isteyirem bu menim arzum olub men iyulda esger gedeceyem menim arzumu ureyimde quymayin azerbaycanin istenilen bulgesinde xidmet elemeye haziram xayiw meni herbiye iwe guturun eleqe tel 0515722896

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Memmedov Hesenağa Soruşur Yazılma Tarixi:06.05.2015 13:23:22

Salam. On iki barmaq bağırsaq xorası xesteliyi keçirmiş ve hekim mesleheti ile ömürlük pehriz saxlaması lazım olan şexs herbi xidmete yararlıdırmı? Bu xestelik de irsi xestelikdi. Hemin şexsin valideyinlerinden atada ve atanın valideyinlerinden anada (nenede) da olub. Zehmet olmasa cavablandırardınız.

Onikibarmaq bağırsağın xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Əhmədov Bəymirzə Soruşur Yazılma Tarixi:05.05.2015 23:56:48

Salam işə qəbulla marağlanmağ istərdim.elektron erize qəbul edilir?Edilirsə hansı ünvana göndermeliyəm?əgər olmursa elektron ərizə hara müraciət etmək olar?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Cədvəldə sətir sayı :14897