Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Leyla Ezizli Soruşur Yazılma Tarixi:11.05.2015 12:04:19

Salam, men 3kursda oxuyuram bilmek isteyirem ki, universiteti qutardıqdan sonra herbi xidmete gede bilerem? Yeni qızlarda gede biler könüllü olaraq?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Ruslan Ələsgərov Soruşur Yazılma Tarixi:10.05.2015 23:33:13

Mən 1982 ci ildə anadan olmuşam 2004 cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmoşəm 2004 2005 ci illərdə hərbi xidmətdə olmuşam orduda zabit kimi xidmət etmək istəyirəm bu mümükündürmü?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Mahmud Allahverdiyev Soruşur Yazılma Tarixi:10.05.2015 22:31:34

Salam.TTM oxumaq ucun hara muraciet elemeliyem?

Bildiririk ki, müraciətinizdə atanızın adı, təvəllüdünüz, hərbi qeydiyyatda olduğunuz yer, çağırışçı və ya hərbi vəzifəli olmağınız barədə məlumat qeyd etmədiyiniz üçün barənizdə ətraflı araşdırma aparmaq mümkün deyil.
orxan qənbərzadə Soruşur Yazılma Tarixi:10.05.2015 16:48:31

salam mən shxçdx nin lənkəran şöbəsinə işə qəbulla əlaqədar 01 dekabr 2014 cü ildə sənədlərimi vermişəm amma hələ xəbər yoxdur xaiş edirəm mümkunsə bu haqda məlumat verəsiniz

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Kamran Ibrahimov Soruşur Yazılma Tarixi:10.05.2015 16:21:00

ailenin tek ovladi, ustelik valideyinlerin nigahda olmamasi hali geyde alinarsa, ovlad ucun ne kimi guzeshtler var. Tesekkur edirem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Əsgər Əsgərov Soruşur Yazılma Tarixi:10.05.2015 13:46:23

1. Milli Məclis tərəfindən magistrlərə hərbi xidmətdən möhlət verilməsi haqqında qanunun birinci oxunuşda qəbulu hansı məna daşıyır və qanunun tam qəbulu təqribən nə vaxta nəzərdə tutulur ? 2. Ali təhsilli müddətli hərbi qulluqçuların zabit rütbəsi almaq üçün təlim kurslarından keçməsi FHN-də mümkündürmü ?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Qeyd edirik ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
talib quliyev Soruşur Yazılma Tarixi:10.05.2015 06:29:51

men konulu esger getmek isteyirem nece ede bilerem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1 maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Vusal Soruşur Yazılma Tarixi:10.05.2015 01:24:56

salam...menim 18 yasim iyul ayinin biri tamam olur ve herbiye caqirirlar... Men ise tehsil almaq isteyirem xaricde ve iyun ayi kantrakt baglanmalidir tehsil haqinda hemen olkeye gedmeliyem... herbiye spravka getirmek uchun bilmey isteyirdim 18 yasimin tamam olmaqina bir ay qalmis meni serhedi kechmeye icaze vererler?

Bildiririk ki, Siz, 2015-ci ilin iyul çağırışı ilə əlaqədar olaraq qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Elnare Kerimova Soruşur Yazılma Tarixi:10.05.2015 00:38:51

Salam. Menim oglumun diaframmasinda boyuk yirtiq ve medesinde qastrit var. Bilmek istiyirem herbi xidmete yararlidir?

Yırtıq olduqda "Xəstəliklər cədvəli"nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar.
Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Abdurahmanli Ahmad Soruşur Yazılma Tarixi:09.05.2015 19:47:59

Salam. Tahsilim ali,yasim 22,boyum184sm,cakim79kq , idmanci.Iyul ayinda harbi xidmata cagirilacagam .Cagirisda bu parametrlar nazara alinacaqmi .Xahis ediram buna qisa aydinliq verasiniz.Cox istardim daxili qosunlarda xidmat edim .sag olun.Minnatdaram qabaqcadan.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Cədvəldə sətir sayı :14897