Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Soruşur Yazılma Tarixi:14.05.2015 14:30:11

Salam. Aortal qapaq catishmazligi diaqnozu ile hansi yararliliq kateqoriyasi verilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının tələblərinə əsasən: ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I-II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Fərid Hacıyev Soruşur Yazılma Tarixi:14.05.2015 14:08:14

Salam. Mən Azərbaycanda anadan olmuşam. Hal hazırda 16 yaşım var. 1 ildən çoxdurki Qaradağ rayonu Hərbi komisarlığından ağ bilet ala bilmirəm. Anamla atamın ayrı yaşaması səbəbi ilə anamın Azərbaycanda yaşamadığına görə hərbi komisarlığ ağ bilet verməydən imtina edir. Anamla mənim qeydiyyat ünvanım nenemin yaşadığı ünvanadır... yaşadığım yerdən arayış hərbi komisarlığa təqdim olunub.. ancaq onlar məndən nənəmin qəyyumluğu olmasını tələb edirlər....sizdən xahiş edirəmki mənim ağ bilət almağımda kömək edəsiniz.... əyər ağ bilət verilməsə Universitetə imtahana buraxılmayacam.....

Sizin atanız Hacıyev Azər Oruc oğlu Beyləqan rayon, Yeni-Mil qəsəbəsində pasport qeydiyyatında olduğu üçün Siz, həmin ünvana qeydiyyata alına bilərsiniz və qeydiyyata alındıqdan sonra SHXÇDX-nin Beyləqan rayon şöbəsinə müraciət etməlisiniz.
Memmedov Anar Soruşur Yazılma Tarixi:14.05.2015 13:58:00

Salam . Evvelceden cavablandirdiginiz ucun teshekkur edirem. Bilmek isteyirdim men hal hazirda universitetde tehsilimi davam etdirirem . Balonya sistemli tehsil oldugu ucun fenlerimin bir hissesi qalib ve men universiteti tam bitirmemishem . Bunun ucun de universitetden arayish alib muvafiq seferberliy idaresine teqdim etmishem. Men universiteti tam bitirib herbi xidmete yollanmaliyam ?

Bildiririk ki, Sizə təhsil müəssisəsindən verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Əlavə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. 
Elçin Abışov Soruşur Yazılma Tarixi:14.05.2015 13:12:20

Salam,mən Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunu bitirmişəm,hal hazirda xidmət müddətim başa çatib və ehtiyyatda olan leytenantam.Sualım bundan ibarətdir ki, Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidmətində zabit kimi çalışa bilərəm və nə vəzifəsində və bunun üçün nə etməliyəm.

Nəzərinizə  çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Resvin Soruşur Yazılma Tarixi:14.05.2015 11:59:16

Salam esgerin herbi hissede telefon isletmesi hansisa qanunda varmi?

Müraciətinizdə qeyd etdiyiniz məsələnin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığını nəzərə alaraq aidiyyəti üzrə hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elnur Mirzezade Soruşur Yazılma Tarixi:14.05.2015 09:46:50

Men Mirzezade Elnur 30.07.1997-cu ilde dogulmusam iyul-da esger gede bilerem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi  xidmətə çağırılırlar.
semsi Abbasov Soruşur Yazılma Tarixi:13.05.2015 21:52:20

men universitetin 5ci kursnda oxuyuram.eyani bolmesinde.Mohlet muddetim 2015 dekdir.lakin diplom almag ucun nezerde tutulmus krediti toplaya bilmedim.mene evalve mohlet verile bilermi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
sadiq aliyev Soruşur Yazılma Tarixi:13.05.2015 18:09:53

salam. men buu gun yoxlanisdan kecmisem gozumde bir balaca zeiflik var sag gozum 8.0 sol gozum ise 1.0 di hekimin yazibdi. indi men esgerliye getmeyimde bir problem cixmazki? bideki ali tehsilli olduqum ucun zabit kimi qalmaq isdiyrem orda onun ucun problem yaranmaz ki ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndiirlməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əlavə olaraq bildiririk ki, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nə əsasən ştat üzrə "zabit" hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
Seyidov Murad Soruşur Yazılma Tarixi:13.05.2015 17:55:00

Salam men 4 il bunan evvel herbi xidmete yararsiz hesab olunaraq herbi xidmeti cekmedim. Sebeb ise dilerimin normal olmamasidir yeni aciq dislerdir men ise herbi xidmete gonderilmek isdeyirem bu barede hara muraciyet edeceyimi bilmirem xais edirem mene komeklik gosderin

Sizin vaxtından təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
natiq Soruşur Yazılma Tarixi:13.05.2015 17:28:18

Salam.bakalavirlara mohlet verildiyini bilirem.men bilmek isderdim magisdirlara mohlet verilmir.iyulda esger gedecem ya yox.deqiq cavab vererdiz

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897