Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hesimbeyli Rizvan Soruşur Yazılma Tarixi:19.05.2015 21:16:54

Salam menden cagirish menteqesinden Forma 10 istiyibler bu nedi ve hardan ala bilerem?

Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən bitirmə müddəti göstərilməklə alınmış arayışı (Forma-10) Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdiyiniz təqdirdə, barənizdə rayon çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
tagiyev murad Soruşur Yazılma Tarixi:19.05.2015 18:40:17

Salam mən bu il ali təhsilimi başa vururam və hərbi xidmətə çağırış üçün həkim müayinələrindən keçdim və həkimlərdən şikayətim var mənim sol qolumda gözlə çətinliklə görüləbiləcək dərəcədə nazik ciziq var 5yaşımda yıxılanda olub bu iz nəyə görə mən biləkləri doğranmış psixlərlə eyni 2nömrəlidə 2gün yatmalıyam.Mən imtina edəcəm xəstəxanaya göndərişdən bunun axırı necə olacaq

Xüsusi qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərində yanıq ləkələri və ya kəsikləri olan çağırışçılar "mənəvi-psixoloji durumun" müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müyinəyə cəlb edilirlər.
Sənan İsayev Soruşur Yazılma Tarixi:19.05.2015 17:16:00

ölkədaxili sülhməramlı taborda xidmət etmək üçün nə etməliyəm? və ya çağırış müddətində hansısa orqana müraciət etmək lazımdırmı?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bagirov Rauf Soruşur Yazılma Tarixi:19.05.2015 11:43:14

menim 28 yasim var eskerlikde olmamisam sehetimle elaqedar .Hal hazirda sehetimde hec bir problem yoxdur meni esker aparalarsa men xidmetimi zabit kimi davam eleye bilerem.Ali tehsilim var. ADAU-ni bitirmisem

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Qeyd etdiyiniz digər məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ramiz Talibov Soruşur Yazılma Tarixi:19.05.2015 10:43:41

Salam, mənim sol qolumda iş şəraitimlə əlaqədar bəzi yanıq ləkələri var. Amma bunlar qətiyyən kəsik izləri deyil. Buna görə 2 gün psixiatriya xəstəxanasında qalmağım nə dərəcədə qanunidir ?

Xüsusi qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərində yanıq ləkələri və ya kəsikləri olan çağırışçılar "mənəvi-psixoloji durumun" müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müyinəyə cəlb edilirlər.
Əlövsət Əlövsətov Soruşur Yazılma Tarixi:19.05.2015 09:52:34

Salam Mən Moskva dövlət universitetinetini bitirmişəm. hal hazırda hərbi xidmətdəyəm. Mən hansı sənədləri və hara təqdim etməliyəm ki, 1 il hərbi xidmət keçim.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Tural Süleymanov Soruşur Yazılma Tarixi:18.05.2015 19:30:34

salam. xahiş edirəm ətraflı və aydın cavab verəsiniz uzun illər öncə.mənim qohumum 7 ay hərbi xidmətdə olub.Sonra xəstələndiyi üçün hərbi uçotdan çıxardılıb.indi.əgər o sağlamlıq haqqında arayış gətirsə o hərbi xidmətə yola düşə bilərmi.? Hərbi komissarlıq belə bir şeyin mümkun olmadığını deyir( deyirki hərbi uçotdan çıxardılmış şəxslərin hərbi xidmətə qaytarılmır).o hərbi xidmətə getsə qulluq etdiyi ayların davamınımı edəcək.?Umumiyyətlə belə şəxslərin hərbi xidmətə getməsi realdımı.?kimə müraciət edilməlidır.?

Bildiririk ki, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilən çağırışçılar təkrar tibbi şəhadətləndirilməyə cəlb edilmirlər.
Şükürov Xoşbəxt Soruşur Yazılma Tarixi:18.05.2015 19:14:04

ölkədən xaricdə magistraturaya daxil olan tələbəyə hərbi cağirış möhləti verilirmi

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Kerim ismayilov Soruşur Yazılma Tarixi:18.05.2015 16:35:39

Salam menim 26yawim var aileliyem on cebhede mudetden artiq herbici kimi xidmetetmey isdyirem meni maraxlandiran bir iki sual var bunucun hansisa kursu kecmey lazimdi? Hara muraciyet etmeliyem? Xidmetetdyim herbi hiseni ozum secmey imkani var? Herbi xidmetde olmuwam orduya tam yararliyam .

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Həsən Muradov Soruşur Yazılma Tarixi:18.05.2015 13:12:24

Salam. Mənim atam itkindir anam isə vəfat edib. 18yasim var .oktyabr da esgerıiye aparacaqlar. Mənim üçün nə kimi güzəşt lər var.birdə mənim belimdə əyrilik var .məni əsgərliyə aparacaqlar.

Bildiririk ki, mövcud qanunvericilikdə valideynlərini itirmiş çağırışçılara hər hansı güzəştin edilməsi nəzərdə tutulmamışdır.
Siz, həqiqi hərbi xidmətə cəlb olunarkən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyasında tibbi şəhadətləndirildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897