Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sevda Ehmedova Soruşur Yazılma Tarixi:23.05.2015 21:41:29

Salam, menim oglumu iyul ayinin 1-ne herbi xidmete cagiriblar.Lakin usaqliqdan travmali oldugu ucun urek getmesi var.Hekime aparmisiq atipik tutmalar(eplepsiya) diaqnozu ile mualice yazib.Herbi komisiyadan kecerken xesteliyi haqda deyib,ancaq inanmayiblar.Bilmek isteyirem ki, bele xesteliyi olan herbi xidmete yararli sayilir? Ve yaxud mualice olundugu muddetde mohlet verile biler?

Tək-tək və nadir epileptik tutmaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Övladınız, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Vugar Jafarov Soruşur Yazılma Tarixi:23.05.2015 21:14:01

Salam, men Efqanistanda ve ya Iraqda sulhmeramli kimi xidmet etmek ucun ne etmeliyem.

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
elman mammadov Soruşur Yazılma Tarixi:23.05.2015 21:03:23

salam.men dayim oglunun herbi xidmet yerini niye oyrene bilmirem?butun xanalari doldururam.axirda yazirki sekildeki reqemleri duz daxil etmediniz?yoxsa menim herf yazmagada savadim catmadi,?eger helem elan olunmuyubsa niye yazmirki helem elan olunmuyub cagiriscilarin herbi xidmet yerleri?saolun

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
kamil Soruşur Yazılma Tarixi:23.05.2015 20:31:09

salam dəyişikliyə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər. Bu hansi şəxslərə aiddir? mənə mohlet verilmisdi və bu il yeniden 3 ildən sonra yenə cagirilmisam.bu ilden etibarən hər il cagirilmaliyam yoxsa necə? dinc dovru ucun yararsiz muharibe dovru ucun mehdud yararli olmusam

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Refiyev Perviz Soruşur Yazılma Tarixi:23.05.2015 19:12:57

Men 2013 oktyabr 2015 aprel aylarinda herbi xidmetde olmusam indi hal hazirda men herbi hissye gizir kimi qayitmaq istyrem rabite ixtisasinda olmusam yenede he min ixtisasa uygun olaraq oxuya bilerem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Eli Quliyev Soruşur Yazılma Tarixi:23.05.2015 18:55:58

Herbi xidmet dövründe istifade olunmamiş mezuniyyet pulunun alinmasi üçün ne etmeliyem.

Bildiririk ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Qərarlarına əsasən həyata keçirilir.
Odur ki, xidmət keçdiyiniz müvafiq dövlət orqanının nəzdində fəaliyyət göstərən istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanması komissiyasına ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Firuze Seferova Soruşur Yazılma Tarixi:23.05.2015 18:15:01

Salam oglum iyul cagriwinda gedecek ama xesteliyi var medesinde xaiw edirem yararli ve ya yararsiz oldugunu deyerdiz.

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Rafail İsayev Soruşur Yazılma Tarixi:23.05.2015 18:00:12

Salam indiden tesekur edirem sualıma cavab verdıynıze gore menim bir qullaxim tam esıtmır ve birde ureyım zeıfdi mualıce alıram menı herbi hisseye gonderecekler ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tahirov Tahir Soruşur Yazılma Tarixi:23.05.2015 15:59:14

Salam. Men 2015 ci il iyul ayinda herbi xidmete yollanmaliyam. Lakin müvafiq orqandan mene cagiriw vereqesi gelmir ve çagirmirlar. Sebebini bilmek isterdim. Evvelceden tewekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Seadet Soruşur Yazılma Tarixi:23.05.2015 15:36:29

Salam xanimlarin heqiqi herbi xidmete qebulu nece yasa kimi olur?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən təsdiq edilmiş hərbi uçot ixtisasə olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşlarıözlrəinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 

Cədvəldə sətir sayı :14897