Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elgun xelilov Soruşur Yazılma Tarixi:26.05.2015 20:15:59

salam.menim sualim ondan ibaretdirki.men xesteliyme gore herbi xidmete getmeyimi saxlatdirdim.butun tibbi komiisyalardan kecdim.ve en sonda bas idarenin xestaxansindada tesdiqlediler.bilmek isteyiremki men herbi bileti ne zaman ala bilerem?1 ildi hele hec bir cvb veriomir.herbi komisarligdan

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.  
Huseyn Merdanov Soruşur Yazılma Tarixi:26.05.2015 18:41:21

Salam. menim qrup yoldasim bu il herbi xidmete cagrilir. Ancaq onun qolunda yaniq oldugu ucun hekim herbi xidmete yararsiz hesab edir. Onu da qeyd edim ki, fiziki hereketinde hec bir qusur yoxdur. Bilmek isteyirem Konullu olaraq herbi xidmete getse onun herbi bileti niqodnu olacaq yoxsa qodnu.

Bildiririk ki, yalnız rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.
Babək Məmmədli Soruşur Yazılma Tarixi:26.05.2015 17:14:41

Salam. Mən Məmmədli Babək Rövşən oğlu 2014-cü il Iyul ayında hərbi xidmətə çağırılmışam. 2014 cu il May ayında Oğuz rayonunda yoxlanılmış həmin ay Neyrocerrahiyeye göndərilmiş sonra Oktyabr ayında Bakı şəhərində herbi komissiyada yoxlanisda olmuşam. Ve mene heç bir xəbər verilməyib. Zəhmət olmazsa mənə bu barədə məlumat veresiniz.

Məlum olmuşdur ki, Siz, 20.10.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-HƏkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasına əsasən 6 (altı) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz.
Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Lena Memmedova Soruşur Yazılma Tarixi:26.05.2015 15:33:37

Salam.Qardasim 17 Yasindadir. Iyulun 15 i 18 Olacaq.Turkiyede 2 illik kollec oxuyur.BU GUn HErbi Komisarliqdan Zeng Edib Arayis Istediler...INdi 2 illik oxuyur deye esker gedecekmi?Sentyabr Ayindan Etibaren 4 illik Universitet Oxumaga Baslayacq..Yeni Sentyabrda arayis Vererse Getmeyeck Elemi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Qardaşınız kolleci bitirdikdən sonra ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir.
Emil Nuriyev Soruşur Yazılma Tarixi:26.05.2015 14:23:04

Salam. 2014-ci ilin iyul ayında 1 illik hərbi xidmətə göndərilmiş əsgərlər evlərinə nə vaxtdan etibarən buraxılacaqlar?

Bildiririk ki, 2014-cü ilin iyul ayında bir il müddətinə həqiqi hərbi xidmətə göndərilən (ali təhsilli) vətəndaşlar 2015-ci ilin iyul ayında ehtiyata buraxılacaqlar.
Zaur Misirli Soruşur Yazılma Tarixi:26.05.2015 13:29:42

Salam. Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmetinde ise qebul ucun hansi ixtisas olamlidir? Men ali tehsilliyem ixtisasim Iqtisadiyyatin huquqi tenzimlenmesidir. Bu ixtisas uygun gelirmi?

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Əlavə olaraq bildiririk ki, hal-hazırda A
zərbaycan Respublikasl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə "fiziki tərbiyyə və çağırışaqədər hazırlıq" ixtisasları üzrə ali təhsilli şəxslərin sənədləri qəbul edilir.
ilkin Soruşur Yazılma Tarixi:26.05.2015 12:36:00

salam men sizin xidmete qebul olunmaq isdeyirem. Bildiyime gore sizin xidmete imtahan vastesile qebul olmaq mumkundir. Zehmet olmasa mene bu barede lazimi bilgileri vere bilersiz.?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verildikdən sonra namizədliyinizə baxıla bilər.
Vətəndaşların Azərbaycan Respublikasnın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Test imtahanlarında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
abdullayev metleb Soruşur Yazılma Tarixi:26.05.2015 11:11:58

Men herbi xidmeti harda kecireceymi oyrenmek isteyirem ama herseyi yaziram kod sozunun ustunde axtar yazilib men neyleyim

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Tebriz Abbasov Soruşur Yazılma Tarixi:26.05.2015 09:37:20

salam.men size tekrar hekim komisiyasi hakda muraciet elemiwdim.men sizin idarrye bir aydan coxdu erize ilr muraciet elemiwem iwe baxan yoxdu xaish edirem bir tedbir goresiniz.Muracietim ise odurki men Aq Ciyer inistutubda hekim kamisiyasibdan kecmiwem ama verilen qerarla razi deyilem.ve tam saqlam olduqumu duwunurem ve yeniden herbi hekim kamisiyasindan kecmek ucun artiq 1aydan coxdu yazili olaraq erize ile sizin idareye muraciet etmiwem.erizeni giriwdeki qutuya atmaqimi gosterdiler ve 1ay erzinde iwe baxilacaqi deyildi ama cvb yoxdu heleki

Şikayət ərizəniz aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmış və Sizə, 23.04.2015-ci il tarixli 2000 nömrəli məktubla cavab verilmişdir.
Elmeddin Mirzeyev Soruşur Yazılma Tarixi:26.05.2015 05:39:09

Salam 23 yasim var orta tehsilliyem qodnu herbi bilet atestat idiman derecesi varimdi herbide kursant olmusam 3 ay mudafie nazirliynde oxuyub arxa cebhe bolgesne xidmete yollanmisam ve orada bas esger manqa komandiri Tkm vezivezini almisam kicik cavus rutbemde var biletimede vurulub hamisi numunevi esger adni almisam xidmeti verqem var bir sozle her barede temizem ve men orta tehsil ile herbinin harasina hansi vezifesne qebul ola bilerem zabitlik gizirlik hansi ve haralara sened vermek olar herbinin nece qolu var men tekce milli ordu serhed qosnu bilirem qalanindan basim cixmir siz etrafli yazardinizda ve men herbici olaraq islemeye getmek istremse hansi senedleri vermeliyem qebullar hacandi ve men cebhe bolgesine islediyim muddetde dusmek istemesem mecbur gonderilirmi cebheye perovod tez tezmi olur heribde xaiw suallarimi duzgun cvblayn mende rahat olum cunki herbiye getmek istrem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələri tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq orqana müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897