Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rovshen Ramazanov Soruşur Yazılma Tarixi:01.06.2015 10:35:24

Salam...ali tehsilliyem leytenant kimi getmey uchun evvelceden kursa yazilmaq lazim idi yoxsa karantin muddetinde soruwulur obarede..birse TTM neche ay olur ve orda maash yazilirlar ya yox?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Digər ixtisaslara malik ali təhsilli vətəndaşların isə qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacaqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədə müvafiqdir.
Nurlan velisov Soruşur Yazılma Tarixi:01.06.2015 09:46:43

Salam men universitet qutarmiwam ve leytinant kimi getmek isdeyirem.onun ucun hara ve ne vaxt muraciet etmeliyem?mene hansi senetler lazimdir?nrce oyrene bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Abdulbagi Abdulov Soruşur Yazılma Tarixi:01.06.2015 00:43:35

Salam mən hara düşdümü örgənmək ücün bütün xanlari dolduram amma axir da sivolu yazmaq mükün olmur

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mina Mehtiyev Soruşur Yazılma Tarixi:31.05.2015 20:49:14

Salam, yeni çıxan qanuna göre xanımlar herbi xidmete çağrılır deye bilirem, bes herbide qalıb xidmet etmekçün hansı kriteryalara cavab vermek lazımdı?ümumiyyetle bununçün hara müraciet etmek lazımdı? Ve bir de herbide işlemekçün hara,kime müraciet etmek lazımdı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər kabineti tərəfindən təsdiq edilmiş hərbi uçot ixtisasə olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşlarıözlrəinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
ferqane Soruşur Yazılma Tarixi:31.05.2015 20:20:50

men isteyirem herbi de calisam bunun ucun hara muraciet etmeliyem. men ali tehsilliyem tarix ixtisasini ferqlenme diplomu ile bitirmisem men isterdim bilim ki leytinan kimi calisa bileremmi? cunki men mulki mudafie fennini universitetde kecmisem cavab versez sevinerdim

Bir daha nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifəlilər üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Azar Alizada Soruşur Yazılma Tarixi:31.05.2015 19:54:46

Salam.men 2013 cu ilde tibb universitetini bitirmisem.hemin ilde rezidentura imtahani vererek ixtisas qazandim ve herbi xidmetden mohlet aldim.hal hazirda ise turkiyede uzmanliq imtahani verdim ve onu da qazandim.qazandigim universitet dovlet programinin siyahisinda var.men burdan imtina edib orda ise basliyacam.tehsilimin seviyesi yene de rwzidentura olaraq qalir.aidiiyati quruma uygun senedi versem mene mohlet verilecekmi

Bildiririk ki, rezidentura təhsilindən imtina etdiyiniz halda möhlət hüququnuzu itirərək həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sizə Ankara Tibb Universitetindən təhsil almanız üçün həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
nurlan Soruşur Yazılma Tarixi:31.05.2015 19:51:15

Salam men tehsilli kimi gedecem esgerliye.men esgerliyi leytinant kimi bawa vurmaq ucun neynemeliyem hansi senetler ve hara muraciet etmeliyem.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Neriman Qaziyev Soruşur Yazılma Tarixi:31.05.2015 18:12:12

salam men iyulun 1 ri herbi xidmete cagirilmisam hansi herbi hisseye dusduyub barede nece melumat ala bilerem??

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Teymur Əhmədov Soruşur Yazılma Tarixi:31.05.2015 09:15:28

Salam. Bilmək istəyirəm, Polşada Dölət Universitetində oxuyan tələbə, 1 ci kursu bitirir, hal hazırda 17 yaşı var sentyabrda 18 olacaq. Təhsilini davam elətdirə bilər yoxsa əsgərliyə getməlidir?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları  idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Həmin  arayışa əsasən onlara təhsil müddəti bitənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Ağayev Elsevər Soruşur Yazılma Tarixi:31.05.2015 00:26:16

Mən 2007-ci ilin iyul ayının 12-sindən 2007-ci ilin oktyabrın 13-nə kimi silahlı qüvvələrin təlim vətədris mərkəzində ehtiyat zabit rütbəsi almaq üçün kursda olmuşam,amma çox təəssüflər olsun ki,bəzi şərtlərə görə rütbə ala bilməmişəm və oradan əsgər olaraq,Tovuz rayonunda yerləşən hərbi hissədə xidmətimi davam etdirərək, 2008-ci ilin iyul ayının 1-də ehtiyyata buraxılmışam.Indi vətəndaş olaraq bilmək istəyirəm ki,mən yenidən ehtiyat zabit rütbəsi ala bilərəm? Almaq üçün hansı quruma müraciət etməliyəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 30.1 maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən  və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Bu Qanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramıüzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə  "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Cədvəldə sətir sayı :14897