Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sevil xanim Soruşur Yazılma Tarixi:30.05.2015 22:52:51

menim oglum ukraynada tehsil alir ona caqiris gelib ancag iyunun 17 de zasita imtahani olacag ayin axirida diplomun alacag buna gore sizden meslehet isteyirem ki birde cagiris olsa men ne cavab vermeliyem men ne etmeliyem

Bildiririk ki, təhsilə görə möhlət hüququ bitdikdən sonra bütün vətəndaşlar həqiqi hərbi xidmətə çağırışa cəlb edilirlər. Növbəti çağırış ayında həqiqi hərbi xidmətə göndərilməsi üçün müəyyən olunmuş vaxtda tibbi şəhadətləndirilərək rayon çağırış komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edildikdən sonra adları hərbi hissəyə təyin olunması məqsədi ilə Sərəncam siyahısına daxil edilir.
Cavid Eliyev Soruşur Yazılma Tarixi:30.05.2015 21:53:44

Salam, menim 17 yashim var. Hal-hazirda Polsha Respublikasinda tehsil aliram ve 1-ci kursu bitirmek uzreyem. Sentyabrda 18 yasim tamam olur.Esgerliyimi cekib qayitmaliyam yoxsa gelib bitire bilerem? Tessekkurler.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları  idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Həmin  arayışa əsasən onlara təhsil müddəti bitənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Tural Soruşur Yazılma Tarixi:30.05.2015 21:11:38

Salam menim ad gunum noyabr 16si 18yaw tamam olur herbi xidmete ne vaxt cagiriw olacaq bilmek isteyirem.

Bildiririk ki, 16 noyabr 2015-ci il tarixdə 18 yaşınız tamam olduqdan sonra 2016-cı ilin yanvar çağırışına cəlb ediləcəksiniz.
Quliyev Elcin Soruşur Yazılma Tarixi:30.05.2015 19:44:20

Salam men hal-hazirda gizir kimi xidmetdetem sulhmeramli olmaq isteyirem konullu bunun ucun ne etmeliyem dogum tarixim 18.03.1994 boy 195 ceki 90

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar adiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanlarının rəhbərliyinə müraciət etməlisiniz.
Qafar Rüstəmov Soruşur Yazılma Tarixi:30.05.2015 12:41:56

Salam, Epididimit xəstəliyi olan çağırışçı Hərbi xidmətə yaralı sayılırmı?

Kişi cinsiyyət orqanlarının xəstəliklərinə görə tibbi göndərişlər üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə şəhadətləndirilmə funksional pozulmaların dərəcəsindən asılı olaraq keçirilir.
afina mansurova Soruşur Yazılma Tarixi:30.05.2015 10:00:40

Salam.Bilmək isteyirəm Dokturanturada təhsil alanlar hərbi xidmətə çağırılırmı

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə doktoranturada təhsil alanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Mahir Ferzeliev Soruşur Yazılma Tarixi:30.05.2015 09:34:52

Salam bilmek isdeyirem ki tehsil aldigin 4 il muddetim bitib ama mueyyen sebebe gore universtetim uzanib ili mene cagiris gelib kamsiarligdan ve universtetden oxudugum hagda arayis vermisem qebul olunmur Qanunda nece oldugun bilmek isdiyirem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə təhsilə görə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Ferid semedzade Soruşur Yazılma Tarixi:29.05.2015 23:00:55

salam men 01.07.2015ci ilde esger gedecem hara dusduyumu ne vaxt ve nece bilerem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
selimov ruslan Soruşur Yazılma Tarixi:29.05.2015 14:56:47

Müayyinə nəticəsində, 1-ci dərəcəli skalioz və 2-ci dərəcəli kifoz aşkar olunubsa, hərbi xidmətə yararlıyam?

Fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox  fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Huseynov Suleyman Soruşur Yazılma Tarixi:29.05.2015 14:02:08

Salam,bu il mayda tibbi muayine zamani mene 3cu defe ureyimde olan taxikardiya ve miokard prolapsina gore 6 ay mohlet huququ verildi.Esger getmek isteyime baxmayaraq yeniden mohlet huququ verildi.Her il cagirilib muayineden kecib esger aparilmamagim meni cox narahat edir .Yararsiz herbi bilet nece defe mohlet huququ verildikden sonra verilmelidir?

Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1  ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yarasız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Cədvəldə sətir sayı :14897