Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Terlan Memmedov Soruşur Yazılma Tarixi:26.05.2015 01:58:09

Salam, men iyulda heqiqi herbi xidmete gedecem. Özüm BDU hüquq fakultesini bitirmisem. Bilmek isteyirdim ki ttm oxuyub nikadr zabit olaraq xidmet eliye bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyyə olunur. 
Sadiqzadə Tural Soruşur Yazılma Tarixi:26.05.2015 01:51:37

salam.universiteti bu il bitirdim iyul ayinda cagiris var.men xarici dovlete hans muddet erzinde gedib gele bilerem? tesekkurler

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Vuqar Eliyev Soruşur Yazılma Tarixi:26.05.2015 00:18:18

Salam men Ali mektebde oxuyuram bilmek isterdimki men ali mektebi bitirib esger gedende leytinant kimi gede bilerem?? xidmetin necenci ayinda kursa gonderirler?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Musayev Valid Talib Soruşur Yazılma Tarixi:25.05.2015 23:48:39

salam.men sizin e-mail unvaniniza CV gondermisem.imtahana cagirilib ya cagirilmayacagimi hardan oyrene bilerem?CV me baxilib,baxilmamagina hardan melumat ala bilerem?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.

ceferov vurgun Soruşur Yazılma Tarixi:25.05.2015 22:19:30

Salam men bilmek isdeyiremki Ali tehsilim bitdikden sonra 1-il 9-ay xidmet etmek isdeyirem bununla bagli biraz melumat vermeyinizi isdeyirem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar, və çavuşlar 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Xaliq Qərib Soruşur Yazılma Tarixi:25.05.2015 21:54:03

Mənim oğlum qorxudan epilepsiya xəstəsi olub.Hal hazırda müalicə alır.Ona 3 il möhlət düşürmü?

Tək-tək və nadir epileptik tutmaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Övladınız, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
ziya selim Soruşur Yazılma Tarixi:25.05.2015 21:24:20

salam.menim onurgamda 1 ve 2 dereceli eyrilik varsa men yararli sayiliram?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
orxan xanlarov Soruşur Yazılma Tarixi:25.05.2015 20:59:23

Konulu esger getmek olarmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Subhan Ceferov Soruşur Yazılma Tarixi:25.05.2015 18:05:09

SHXCDX-nin qospitali varmi ve harada yerlesir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası və Tibb müəssisəsi Bakı şəhər, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 138 ünvanında yerləşir.
Quluzadə Babək Soruşur Yazılma Tarixi:25.05.2015 14:24:03

Salam mən Quluzadə Babək Ramiz oğlu 13.01.1995 tarixdə anadan olmuşam. Hazirda İyul Ayının 4 nə hərbi xidmətə çağrılmışam bilmək istəyirımki mən Hərbi xidmətə gizir kimi nece gede bilerem . ve yaxud gedə bilərəmmi ,

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyyə olunur. 
Cədvəldə sətir sayı :14897