Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xalid Askerov Soruşur Yazılma Tarixi:27.05.2015 20:11:47

Salam.Men bir defeliy niqodnu herbi bileti olur ? yeni 3 ilden bir yoxda hemiselik.Yeni birde 3 ilden bir gedilmir kamisiyyadan kecmeye

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmiş şəxslər 3 ildən bir təkrar tibbi müayinəyə cəlb olunurlar.
Həmin Əsasnaməyə əsasən "Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız" hesab edilmiş şəxslər isə təkrar tibbi müayinəyə cəlb edilmirlər.
Tamerlan İslamov Soruşur Yazılma Tarixi:27.05.2015 18:05:15

Salam.Sizə iki qardaşın eyni hərbi hissədə xidmət keçə bilməsi barədə müraciət etmişdim. Mənə verilən cavabda iki qardaşın eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılması əsasında onların bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərdiyini göstərmisiniz. Bilmək istəyirəm ki, buna dair müddəalar qanunvericilkdə mövcuddurmu, mövcuddursa, qanunvericilikyin hansı normasında olduğunu qeyd etməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, "Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında müvəqqəti Təlimat"ın 47-ci bəndinin 2-ci abzasında göstərilmişdir ki, qardaşlar eyni vaxtda, eyni çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılırlarsa, bir qayda olaraq həqiqi hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilməlidirlər.

Anar Aliyev Soruşur Yazılma Tarixi:27.05.2015 17:53:40

Salam. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətine test verib ise qebul olmaq isteyirem. Men hansi fenler uzre hazirlasim.

Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqəninn (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Sahil Alizamanli Soruşur Yazılma Tarixi:27.05.2015 16:43:50

Salam. Size bele bir sualim var. Zehmet olmasa deyin, men xaricde tehsil aliram, ve bu il 4 kursu bitirib,magistr pillesine qebul olmag isteyirem. Nazirler Kabinetinin qerari ile men artiq magistraturada tehsilimi davam etdirib, sonra herbi xidmete yollana bilerem. Bu duz melumatdir ?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
samxal quliyev Soruşur Yazılma Tarixi:27.05.2015 16:18:13

Salam.menim ayagimin alti duzdur herbi xidmete yararli deyil.universiteti bu il bitirmisem herbi xidmete nece gede bilerem getmek istiyirem konullu yazilib getmek olar.Tesekkurler

Bildiririk ki, rayon çağırış komissiyasının qərarı ilə yalnız hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.
Elxan Abbasov Soruşur Yazılma Tarixi:27.05.2015 08:10:20

Salam, mənim oğlum 1988-ci ildə anadan olub , ona 2009-cu ildə müddətsiz üçüncü qrup əlilik təyin edilmiş və pensiya kəsilmişdir. Onu 2012-ci ildə Səfərbərlik idarəsi təkrar müayinəyə cağırmış və yenidən üç illik möhlət vermiş, 2015-cildə yenidən müayinəyə çağırırlar.Əgər ömürlük əlilik varsa komissiyaya çağrılılmalıdırmı?

Nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bit təkrar tibbi müayinədən keçirilirlər.
MURAD CEFEROV Soruşur Yazılma Tarixi:27.05.2015 00:36:44

salam men yoxlanisdan kecmisem mene cagris 04.07.2015 verlib.men hara duduymu ayin necesi oyrene bilerem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Oqtay Hacızadə Soruşur Yazılma Tarixi:26.05.2015 22:40:26

Salam, bu ərəflər çağırış ayının neçəsinə kimi olur? İyun ayına da keçir çağırış yoxsa təkcə may ayı? Dəqiq tarixi yazsaydınız sevinərdim. Öncədən təşəkkür

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Seyran Cəərçiyev Soruşur Yazılma Tarixi:26.05.2015 22:33:08

Salam. Mən Rusiya Federasiyasında təhsil alıram. Daxil olduğum il universitet 5 illik idi lakin sonradan 4 illik oldu və bu il universiteti bitirirəm. Ancaq mənim gələn yaya qədəq möhlətim olduğu üçün çağırış gəlməyib. Bu halda mən müraciət edərək iyul ayına çağırış ala bilərəm? Yəni bilmək istədiyim əsas odurki bu günlərdə müraciət etsəm sırf iyul ayına gedə bilərəm hərbi qulluğa?

Bildiririk ki, Siz təhsil müəssisəsini bitirməyiniz haqqında arayış Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra müvafiq qaydada həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.
Memmedov Yunus Soruşur Yazılma Tarixi:26.05.2015 21:24:14

Salam men Memmedov Yunus Arif oglu Mende mede 12 barmag bagirsagin xora xesteliyi capiglari var. Bilmek isterdim yararliyam?

Onikibarmaq bağırsağın xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Əlavə olaraq bildiririk ki,  
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897