Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Əhədzadə Soruşur Yazılma Tarixi:29.05.2015 13:38:43

salam men verem xesdesiyem herbi ucotdan cixarilmali oldugum halda herbi bileti elde ede bilmirem men Lenkeran ucotundayam bu meseleyle bagli men hansi mehkemeye muraciet ede bilerem.

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən "Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yarasızdır" hesab edilmisiniz.
Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməlisiniz. 
Vuqar Soruşur Yazılma Tarixi:29.05.2015 01:38:12

Salam. Men oten ilin dekabrinda texris plunmagima 6ay qalmish xesteliye gore herbiden azad edildim. Cox istedim ki, tam xidmetimi basha vurum ama alinmadi. Xesteliyim irsi olduguna gore meni tamamile azad etdiler. Men konullu olaraq xidmetimin qalanini davam etmek isteyirem. Bu mumkundumu? Ali tehsilliyem. Indiden teshekkur edirem.

Bildiririk ki, rayon çağırış komissiyasının qərarı ilə yalnız hərbi xidmətə yararlı hesaqb edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə cəlb edilirlər.
Xetai Bayramov Soruşur Yazılma Tarixi:29.05.2015 01:24:10

Salam.men bir defe bu barede size müraciet etmisem.men Ali mektebi bu il bitirirem ve leytnat kimi xidmet etmek isteyirem.siz cavab yazdiz ki,TTM ücûn plan yerleri ancaq hekim ixtisasini bitirenlere ayrilib.indi ise baxiram bu haqda diger sexslere ferqli cavab verirsiz.men Regionsünasligi bitirirem.herbi xidmeti leytnat kimi ede bileremmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
rauf kerimov Soruşur Yazılma Tarixi:28.05.2015 23:14:12

Salam. Tibb uzre felsefe doktoru elmi adini almisam. Herbi xidmete cagirilacam ya bu meni herbi xidmetden azad edir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Veliyev Rovsen Soruşur Yazılma Tarixi:28.05.2015 21:44:04

salam.sualimi cavablandirdiginiz ucun ilk onceden tesekkur edirem. bir iki hefte bundan evvel size bu il univeristeti bitiren telebeler ehtiyyat zabit olmaq istediklerini ve bu haqd sizden melumat istediler,Siz ise olara mudafie nazirliyinden verilen sifarise esasen ancaq hekim ixtisasli telebeler ehtiyyat zabitlik kursuna daxil ola bilerler cavabini verirdiniz.,ancaq 2 3 gundu bu cavabi verirsiz ,,Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyyə olunur,, cavabinizin e ucun deyisdiyni yazsaniz sevinerem.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Digər ixtisasla malik ali təhsilli vətəndaşların isə qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacaqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədə müvafiqdir.
tural sadiqzade Soruşur Yazılma Tarixi:28.05.2015 19:56:27

Ayaq pencemde duzluk var yararsizdi men nece gederem bilerem herbi xidmete.herbi qulluq elemeyi cox istiyirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Hüseynov Dəyanət Soruşur Yazılma Tarixi:28.05.2015 10:54:45

Salam. Hərbi xidmətin müddəti haqqında məlumat verə bilərsinizmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
sahveliyev rahib Soruşur Yazılma Tarixi:28.05.2015 10:24:35

sorusmaq isyeyirem ki hani sayta girmek lazimdir i esgerlikde hara dusmusem.

www.seferberlik.gov.az
Hafiz Haciyev Soruşur Yazılma Tarixi:28.05.2015 04:23:16

Salam men qardawimin herbi bileti ile maraqlanmaq isdeyirdim herbi biletin seriyasin desem baxa bilersizmi? pulla duzeltdirmiwem bilmek isdeyirem saxtadi yoxsa dogru

Bildiririk ki, müraciətinizdə qardaşınız haqqında məlumat (soyadı, adı, atasının adı, təvəllüdü, hərbi qeydiyyatda olduğu yer) qeyd etmədiyiniz üçün barəsində ətraflı araşdırma aparmaq mümkün deyil.
Yuxarıda qeyd edilən məlumatlar Xidmətin saytına ediləcək təkrar  müraciətinizdə qeyd edildiyi təqdirdə barəsində araşdırma aparılaraq Sizə ətraflı məlumat veriləcəkdir.
Araz Soruşur Yazılma Tarixi:28.05.2015 02:34:16

Salam,men qipatit b xesdesiyem,6 il univer oxumusam ve esger getmek isdeyirem,bilmek isderdim,qipatit b, xesdesi olani aparilir herbiye?

B virusu hepatiti səthi antigenin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897