Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Çingiz Mirzeyev Soruşur Yazılma Tarixi:03.06.2015 15:18:22

Ali mektebi bitirib nikadr zabit kimi xidmet keçenler neçe il xidmet edirler?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
israfil heybetov Soruşur Yazılma Tarixi:03.06.2015 14:07:13

salam.iyul cagiriwcilarinin melumatlari ne zaman yuklenecek?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Sahid Ceferli Soruşur Yazılma Tarixi:03.06.2015 12:14:55

Salam.Men bilmek istiyerdim ki,iyulun 6 i herbi xidmete gedecem hansi herbi hisseye duwmeyim barede en tez nevaxtacan melumat ala bilerem ? Bu iyunun 30an tez mumkundurmu ?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Terlan Eliyev Soruşur Yazılma Tarixi:03.06.2015 11:31:13

Salam, men 2015ci ilin iyul ayinda tehris olub ehtiyyata buraxilmaliyam, ewitdimki bizi olimpiyadaya gore tez buraxacaqlar yani iyunun 11-i bu duz sohbetdi?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
nermin babayeva Soruşur Yazılma Tarixi:03.06.2015 08:57:40

qardawim herbi xidmete gedib ve deyibler ki,problemin var,yenede gedib deyrler ki,yararlisan?esgerliye gedecekmi?cox xaiw cavab verin

Sualınızın cavablandırırlması üçün qardaşınızın qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməyə müraciət etməyiniz məqsədə uyğundur.
Soltanov Sebuhi Soruşur Yazılma Tarixi:03.06.2015 06:55:17

Salam.menim atam rehmete gedib,anam yatag xestesidir,evin tek uwagiyam,anamla kiraye evde qaliram,hal hazirda ishleyirem evede men baxiram,bu halda men herbi xidmete gedmeliyem?

Sizin ünvanladığınız suala  cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
Emil Aliyev Soruşur Yazılma Tarixi:03.06.2015 03:01:52

Salam bilmey isterdim mohlet huqququ oktyabrda biten shexs herbi xidmete iyul ayinda gede biler?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlar möhlət hüququları bitdikdən sonra həqiqi hərbi xidmətə cəlb olunurlar.
Ibrahim Sultanov Soruşur Yazılma Tarixi:03.06.2015 00:30:07

Salam men bilmek isteyiremki hara duwmuwem iyulun 1 i sagiriw gelib mene .. Birdeki iyulun 1 i deqiq gedirem yoxsa gedib hara duweceyimi oyrenirem ondan sora nece gun sora gedirem.? Cunki mene Vayinkamatdan deyildiki iyulun 1 i gelirsen qol cekirsen hara duwduyuvu oyrenirsen ve nevaxt gedeceyivi oyrenirsen. Zehmet olmasa deqiq cvb deye biersiniz.? Sualimi cvblandirdiginiz ucun twk elyirem

Bildiririk ki, vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rəsmi internet saytında "Elektron bölməsinə daxil olaraq orada özləri haqqında informasiyaları yazmaqla xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsində çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixlərində aktivləşir.
İsmayılov Bəxtiyar Soruşur Yazılma Tarixi:02.06.2015 23:05:50

Əvvəlcə salam. 8 iyundan etibarən Magistatura bölməsinə müraciət başlayacaq mən isə müracət edə bilmrəm çünki bilmirəm əsgərliyə gedəcəm yoxsa yox çün mən Univeristetə bunu deməliyəm ki Bu il yoxsa bir ildən sonra Mən təhsil alacağam. Komisarlığdan xəbər ətər yoxdu mənə zaman vacibdi. Xaiş edirəm köməklik göstərəsiniz. Mən məlumatı necə əldə edə bilərəm?

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışında razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunacaqsınız.
Müayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
isa isayev Soruşur Yazılma Tarixi:02.06.2015 21:48:11

Herbi xidmete yararsiz olanlar yoxlanis uchun ne vaxt cagilirlar ?

Bildiririk ki, səhhətinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar təkrar tibbi müayinəyə möhlət hüquqları bitdikdən sonra cəlb olunurlar.
Cədvəldə sətir sayı :14897