Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Boran Əliyev Soruşur Yazılma Tarixi:06.06.2015 09:15:22

Mən böyrəyimdə olan 9mm daşla qanunu yararsızam özümdə hərbi xidmətə getmək istəyirəm müalicə hospitalda aparılırmı?Xahiş edirəm cavab yazın

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibbi müəssisələrinə həvalə olunmuşdur.
Çingiz Mirzeyev Soruşur Yazılma Tarixi:06.06.2015 03:06:13

Xahiş edirem sualımı cavablandırasız. Ali tehsilli müddetli herbi xidmete çağrılan ve nikadr zabit kimi qulluq etmek isteyen şexslerin xidmet müddeti ne qederdir? 1il 9ay deye bilirdim. Lakin deyilene göre 2il 3aya qeder uzadıblar müddeti. Bunu deqiqleşdirmek isterdim.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən ali təhsilli müddətli həqiqi həbi xidmət hərbi qulluqçuları 1 il həqiqi hərbi xidmət keçirlər.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
haci hacili Soruşur Yazılma Tarixi:06.06.2015 01:29:31

hərbi xidmətimi xidmətimi leytinant kimi kecirmək istiyirəm. Bunun ücün nə etməliyəm?

  Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cavad Qəniyev Soruşur Yazılma Tarixi:06.06.2015 00:22:12

çağırışçı qeydiyyatda olduğu ünvandan neçə km məsafədə xidmə etməlidir.?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və ya bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Elnur Memmedov Soruşur Yazılma Tarixi:05.06.2015 19:34:08

men rusiyada ali tehsil aliram ve bu il tehsilimi basa vururam. iyulun 2 -si herbi xidmete cagrilmisam. bilmek isderdim ki, menim herbi xidmetim 1 -il olmasi ucun diplomu azerbaycanda tesdiq etmeliyemmi? yoxsa tercume bes edermi?

Bildiririk ki, Siz təhsil müəssisəsindən verilmiş diplomun tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş kserosurətini Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
Elvin Abbasov Soruşur Yazılma Tarixi:05.06.2015 17:47:29

Salam. Mən 02.07. 2015 tarixində həqiqi hərbi xidmətə yola düşməliyəm. Han yerdə xidmət keçəcəyimi nə vaxt öyrənə bilərəm ?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Samir Memmedov Soruşur Yazılma Tarixi:05.06.2015 16:06:40

Salam men iyul cagriscisiyam ve ali tehsilliyem.1 ci sualim Fovqelade hallar nazirliyinin ve Edliyye nazirliyinin herbi hisselerine dussem orda leytinant kimi qulluq ede bileremmi? 2ci sualim leytinant kimi qulluq elesem TTM de nece ay muddetine oxuyacam ve oxumaqda daxil olmaqla nece ay xidmet edecem.

  Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Xalid Soruşur Yazılma Tarixi:05.06.2015 15:29:14

Salam.mene kamisiyadan yanvara qeder mohlet veribler.Men tez mualice olunsam sentyabrda gede bilerem?

Bildiririk ki, Siz möhlət hüququnuz bitdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Nicat Daniskar Soruşur Yazılma Tarixi:05.06.2015 14:21:50

Salam.Menim sualim Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmeti ne ise qebulla baglidir.Men Quba rayon herbi komissarlignda qeydiyyatdayam,ali tehsilliyem,2012-2013-cu illerde heqiqi herbi xidmetde olmusam,25 yasim var.Sizden xahisim ise qebul ucun hansi senedler ve hara muraciet etmek barededir

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Amal Meherremov Soruşur Yazılma Tarixi:05.06.2015 12:29:36

salam. Menim her iki ayagimda 2 dereceli yastipencelik var. Bilmek isteyirem herbi xidmete cagrilmaliyam?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə  əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897