Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
zaur abdulov Soruşur Yazılma Tarixi:09.06.2015 23:34:14

Bronxial astmaym iyul privizivine dusurem helede muayineye cagirilmamisham ,ne vaxt cagrilacam ,

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
memmedova esmer Soruşur Yazılma Tarixi:09.06.2015 21:45:05

salam oglum 3 il bundan qabaq herbi xidmete cagrilib. onun basinda iflic oldugu ucun qulaginin 1 i esitmir ve beyinin sag terefinde quruma gedir hekim komisiyasi bakiya 4 sayli xestexanaya ,papaline bu 3 il erzinde defelerle gonderib her defede onun xeste oldugu haqqinda arayislar verilib axirinci cagrisda usad bakida olub cagrisa gele bilmeyib . prakror usagi cagirib ve usag ora gedende onu heps edibler sorusanda niye tutmusuz deyirki subheli sexs kimi tutmusuq. onun xeste olmasi ucun onu meyer heps etmelidirlermi

Bildiririk ki, sualınızın cavablandırılması üçün oğlunuzun soyadını, adını, atasının adını, doğum tarixini və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Elmin Səfərov Soruşur Yazılma Tarixi:09.06.2015 20:03:06

Salam. Men Hepotit b virusu daşıcısıyam. Bilmek isteyirem bu məni hərbi xidmətdən azad edir ya möhlət hüququ verir?

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna  edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.  
Sadiq Memmedzade Soruşur Yazılma Tarixi:09.06.2015 18:53:11

Salam mende Od kisesi eyridir Medemde xroniki qastrit var. evvelle xora olub ama mualice elemiwem hekim deyib yene ola biler omurluk pehriz saxlamagmi isteyir. men herbi xidmete yararliyam?

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən  asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Rəşidov Ali Soruşur Yazılma Tarixi:09.06.2015 18:43:15

Salam Əleyküm.Mən bilmey isdiyirəm ki, iyul 2 sinə cağirişim var həmin gün aparacaqlar əsgərliyə yoxsa 1 -2 günənən sonra ?

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndəriləcəkdir.
seyfaddin rzayev Soruşur Yazılma Tarixi:09.06.2015 16:55:50

Salam. Fəlsəfə elmiləri namizədi hərbi xidmətdən azaddir

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinə  əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
SAQIF Melikzade Soruşur Yazılma Tarixi:09.06.2015 16:51:49

Sinperci olmaq isdeyirem

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq yalnız çağırışçılar üçün təşkil edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Yuxarıda qeyd olunan şərtlər daxilində çağırışçı hesab edilirsinizsə, kurslara cəlb olunmaq üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Hal-hazırsa bu ixtisas üzrə çağırışçı olmayan vətəndaşlar üçün ödənişli kurslar təşkil edilmir.
SAQIF Soruşur Yazılma Tarixi:09.06.2015 16:47:57

Menim Sualim Budur ki men Xayamin biri anadan gelme sol xayam yuxarda idi bir 2 il zad olar o ozun asaqi dusdu indi isi o yuxara qalan o birirsine baxanda balacadi ona gore esgerliye edirem ya yox

Çağırışçıların sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 71-78-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Vugar İbrahimov Soruşur Yazılma Tarixi:09.06.2015 10:37:37

Salam. Deməli, məni belə bir sualım var - 18 yaşına çatmış, hərbi xidmət keçməmiş Azərbaycan vətəndaşı xaricdə təhsil alır. Ata və ana Rusiya vətəndaşıdırlar. İndi uşağı da Azərbaycan vətəndaşlığından çıxarmaq istəyirlər. Miqrasiya xidməti, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən arayış tələb etdi. Bununçün hansı sənədlər tələb olunur və qəbul günləri hansılardır? Mümkünsə ətraflı məlumat verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Günel Aliyeva Soruşur Yazılma Tarixi:09.06.2015 02:41:34

Salam. Magistraturaya qebul olmuş bir şexs zabit kimi 21 ay müddetinde herbi xidmete gede bilermi yoxsa magistr möhleto cemi bir ildirmi?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Qeyd etdiyiniz digər məsələ ilə bağlı çağırışçıların xidmətdə olacaqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897