Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aydın Abdıyev Soruşur Yazılma Tarixi:13.06.2015 11:12:50

Salam.02.07.2015-də hərbi xidçətə gedirəm. Amma mən şəxsiyyət vəsiqəmi itirmişəm təzəlikcə.Şəxsiyyət vəsiqəmi əsgər gedib gəldikdən sonra ala bilərəm?Çünki vaxt az qalıb

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən gğndəriləcəksiniz.
Yeni şəxsiyyət vəsiqəsinin alınması üçün xidmətə göndəriləcəyiniz vaxtadək  aidiyyəti üzrə müraciət edə bilərsiniz.
Qedir Müslümov Soruşur Yazılma Tarixi:13.06.2015 01:26:16

Salam men İstanbulda qalıram bu il İstanbul universitetinde qiyabi tehsil almaq fikrim var burdan aldığım senedle esgerlikden möhlet verilecek ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında  təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Abuzer Agayev Soruşur Yazılma Tarixi:13.06.2015 00:46:27

Diplom almamis esger getsem 1 il 6aydi hee? Men istiyirem ki . Cavus kimi olar hele.? Xahis cavab verim nolar

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra, əks halda 1 il 6 aydan sonra ordu sıralarından tərxis olunurlar.
Çavuş kimi xidmət keçmək istəyinizlə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
hesim hesimli Soruşur Yazılma Tarixi:13.06.2015 00:04:11

salam 97 teveludem peşe mektebinde oxuram 1 ilim qalib herbiden mohlet huququ verilmelidirmi ,

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ali Soruşur Yazılma Tarixi:12.06.2015 20:49:38

Salam.mohlet hakkinda qanunun 21.1.5 ci maddesine esasen xaricde rezidetura tehsili alanlara mohlet huququ verilmelidi,menim 21.1.4 e gore mohlet huququm var ama burdan imtina edib turkiyede tehsilimi davam etdirecem.niye yazmisiz ki tekrari mohlet verilmir deye.axi men 1 maddeye gore huqqumdan bir defe istifade edirem.indi menim 21.1.5 egore huququm chatir bir defe mohlet istemeye.xahis edirem bun aydinlasdirin.bele chixir ki Azerbaycanda Turkiye kimi bir yerde ixtisas kechib gelmwye icaze verilmir?bes onda dovlet programi niye var.niye Chox Hormetli Prezidentimiz Ilham Eliyev cenablari azerbaycan genclerinin xaricde tehsili ucun dovlet programi serencami verib.xahis edirem bu meseleni deqiqlesdirin

Bildiririk ki, Sizin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən rezidenturada təhsil almaq hüququnuz var. Xarici ölkənin təhsil müəssisəsində təhsilinizi davam etdirmək üçün göstərilən qanunun 21.1.5-ci maddəsinə əsasən Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
veli Soruşur Yazılma Tarixi:12.06.2015 20:10:14

salam xestelendiyi ucun herbi xidmete muveqqeti yararsiz olan adam iyul cagirisna qeder erize verse iyul cagirisinda esgerliye cagirilacaq?

Vətəndaşın vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Suleyman Memmedov Soruşur Yazılma Tarixi:12.06.2015 17:57:39

Salam men 2010-cu ilde Rusiya seherlerinin birinde universitete qebul olundum ve hemin universitetden,qeydiyyatda oldugum Masalli rayon herbi komissarliqina 5-illik muddetine 2010-2015-ci iledek caqirisaqederki vaxtin uzadilmasi barede arayis getirdim.Lakin 3 ilden sonra melum oldu ki,sozugeden universitetin diplomu Azerbaycan respublikasinda taninmir.Ele hemini il 2013-cu ilde men Azerbaycan respublikasi Dovlet beden terbiyesi ve Idman Akademiyasina qebul olundum halhazirda 2-ci kursu bitirmisem ve bir nece gun bundan evvel mene Masalli rayon herbi komissarligindan mene caqiris geldi men de AzDBIA-nin tekmubarizlik fakultesinden arayis alib Masalli rayon SHCDX-ne teqdim etdim.Bununla razilasmayan herbi komissar,menim iyul ayinda mecburi herbi xidmete cagirilacagimi bildirdi,ve 16.06. 2015 -de komissiyadan kecmesen senin barende axtaris vereceyik.Xahis edirem bu barede mene bir aciqlama veresiniz .Diqqetinize gore cox saq olun

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Siz müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz.
Eli Aliyev Soruşur Yazılma Tarixi:12.06.2015 16:05:09

Men iyulun 1i herbi xidmete cagirilmisam. Ali tehsilliyem iyulun 1ne qeder mohlet huququmda var. Bilmek isderdimki iyulun 1ne qeder Turkiyeye gedib qayida bilerem?

Siz 2015-ci ilin iyul çağırışına cəlb edildiyiniz və çağırış ayının başlanmasına az müddət qaldığı üçün respublika ərazisini tərk etməməyiniz daha qənaətbəxş hesab olunur.
Anar Ismayilzade Soruşur Yazılma Tarixi:12.06.2015 15:51:46

Salam herbi xidmete yollanan zaman universitet bitirin cagirishcilar universitetden diplom evezi arayish aparmalidilar ?

Bildiririk ki, təhsilinizi başa vurmağınız haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
Haldun Elili Soruşur Yazılma Tarixi:12.06.2015 13:22:38

Salam.onurgada ikinci dereceli skalioz problemli şexslerin herbi cagirisi barede ne deye bilersiz?yararlidirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Cədvəldə sətir sayı :14897