Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yunis Memmedov Soruşur Yazılma Tarixi:13.06.2015 15:56:49

Salam. Memmedov Yunis Arif oglu suraxani rayon herbi komissarlig mene mohlet verib men ne vaxt cagirilacam mene mohlet verilmeyle bagli kagiz verilecekmi

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışında razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunacaqsınız.
Müayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
nazim hesenli Soruşur Yazılma Tarixi:13.06.2015 14:27:19

salam eger meni esgerliye yararsisamsa niye yararsiz biletini vermek istemirler

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
tehmasib hemidzade Soruşur Yazılma Tarixi:13.06.2015 12:40:33

menim ureyime ve ayaqlarima gore xestelik aktlari tertib olunub ve b kateqoriyasi uzre siradankenar herbi xidmete yararli hesab olunmusham. bilmek iserdim bele veziyyetde men hansi qoshun novunde herbi xidmet keche bilerem ve ya hansi qoshun novunde xidmete gonderileceyem?

Bildiririk ki, Siz Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmət keçə bilərsiniz.
Rüstəm Nəzərov Soruşur Yazılma Tarixi:13.06.2015 12:04:07

Salam. Mən bilmək istərdim Şəhidlər bölməsində nəyə görə bütün şəhidlərimizin adı yoxdur? Vətən yolunda, Allah yolunda Şəhid olanların adı əbədi olaraq Şəhidlər dəftərinə yazılıb, sadəcə istərdim burda da adları olsun.

Bildiririk ki, Xidmətin rəsmi internet saytının "Veteranlar və Şəhidlər" bölümündə Azərbaycan Respublikasının ərazi bütövlüyü  uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan şəxslərin siyahısı qeyd edilmişdir.
Nəzərinizə çatdırırıq ki, müraciətinizdə adları qeyd olunmayan şəxslər barədə konkret məlumatlar (soyadı, adı, atasının adı, təvəllüdü, nə vaxt və haradan hərbi xidmətə çağırılıb) verildiyi təqdirdə barələrində ətraflı araşdırma aparmaq mümkün olacaqdır.
Aydın Abdıyev Soruşur Yazılma Tarixi:13.06.2015 11:12:50

Salam.02.07.2015-də hərbi xidçətə gedirəm. Amma mən şəxsiyyət vəsiqəmi itirmişəm təzəlikcə.Şəxsiyyət vəsiqəmi əsgər gedib gəldikdən sonra ala bilərəm?Çünki vaxt az qalıb

Bildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən gğndəriləcəksiniz.
Yeni şəxsiyyət vəsiqəsinin alınması üçün xidmətə göndəriləcəyiniz vaxtadək  aidiyyəti üzrə müraciət edə bilərsiniz.
Qedir Müslümov Soruşur Yazılma Tarixi:13.06.2015 01:26:16

Salam men İstanbulda qalıram bu il İstanbul universitetinde qiyabi tehsil almaq fikrim var burdan aldığım senedle esgerlikden möhlet verilecek ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında  təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Abuzer Agayev Soruşur Yazılma Tarixi:13.06.2015 00:46:27

Diplom almamis esger getsem 1 il 6aydi hee? Men istiyirem ki . Cavus kimi olar hele.? Xahis cavab verim nolar

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra, əks halda 1 il 6 aydan sonra ordu sıralarından tərxis olunurlar.
Çavuş kimi xidmət keçmək istəyinizlə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
hesim hesimli Soruşur Yazılma Tarixi:13.06.2015 00:04:11

salam 97 teveludem peşe mektebinde oxuram 1 ilim qalib herbiden mohlet huququ verilmelidirmi ,

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ali Soruşur Yazılma Tarixi:12.06.2015 20:49:38

Salam.mohlet hakkinda qanunun 21.1.5 ci maddesine esasen xaricde rezidetura tehsili alanlara mohlet huququ verilmelidi,menim 21.1.4 e gore mohlet huququm var ama burdan imtina edib turkiyede tehsilimi davam etdirecem.niye yazmisiz ki tekrari mohlet verilmir deye.axi men 1 maddeye gore huqqumdan bir defe istifade edirem.indi menim 21.1.5 egore huququm chatir bir defe mohlet istemeye.xahis edirem bun aydinlasdirin.bele chixir ki Azerbaycanda Turkiye kimi bir yerde ixtisas kechib gelmwye icaze verilmir?bes onda dovlet programi niye var.niye Chox Hormetli Prezidentimiz Ilham Eliyev cenablari azerbaycan genclerinin xaricde tehsili ucun dovlet programi serencami verib.xahis edirem bu meseleni deqiqlesdirin

Bildiririk ki, Sizin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən rezidenturada təhsil almaq hüququnuz var. Xarici ölkənin təhsil müəssisəsində təhsilinizi davam etdirmək üçün göstərilən qanunun 21.1.5-ci maddəsinə əsasən Sizə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
veli Soruşur Yazılma Tarixi:12.06.2015 20:10:14

salam xestelendiyi ucun herbi xidmete muveqqeti yararsiz olan adam iyul cagirisna qeder erize verse iyul cagirisinda esgerliye cagirilacaq?

Vətəndaşın vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14891