Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qocayev Rəşad Rəhim Soruşur Yazılma Tarixi:17.06.2015 23:43:35

Şikayətlərimizi.kimə.deyək.müdafiə nazirliyinin qaynar xətlərinin heçbiri cavab vermir şəmkir korpusuna müraciət edirik omikin rəisi Firuz məllim imkan vermir maxe düzəlmək üçün üçmin manat istəyir sənədləri vermişik pulvermirik deyə omikin rəisi palkovnik leytenant Firuz cənabları əmri verdirmir xaiş edirik köməklik edəsiniz

Məlumat üçün bildiririk ki, qeyd etdiyiniz məsələlər saəlahiyyətlərimiz xaricində olduğu üçün müraciətiniz aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinə göndərilmişdir.
umid ehmedov Soruşur Yazılma Tarixi:17.06.2015 20:04:54

salam 30.08.1992 tevelludem ..ali tehsilim bu il basa catir xaircde oxuyuram.Men bilmek isdeyirem nikadr leytinant kimi getmey ucun hara muraciet etmnek lazimdi ne lazimdi?men diplomum nazirlikde tesdiq olunana kimi men gede bilerem herbiye ?muddeti ne qederdi ?yasadigim seherde qulluq elemek olur ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərb xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Birləşmələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Akif Kosayev Soruşur Yazılma Tarixi:17.06.2015 19:52:29

Salam,men bilmek istedim ki, iyul ayi ucun çağırışçılarin müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat ne vaxt bilinəcək.ve birdə sinayper kurslarinda necə istirak edə bilərəm.əvvəlcədən təşşəkur

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Qeyd etdiyini zixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan 
"Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
Qeyd edilən ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri və kursların başlanma vaxtının dəqiqləşdirilməsi ilə əlaqədar hərbi  qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Tahir İsmayılov Soruşur Yazılma Tarixi:17.06.2015 19:01:03

V qrupa sənəd verən abituriyent qabiliyyət imtahanına buraxılmayıb (riyaziyyatdan keçid balı yığa bilmədiyinə görə). 18 yaşı tamam olub, ona çağırış vərəqi nə vaxt göndərilə bilər?

Bildiririk ki, 2014/2015-ci tədris ili üçün respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən, lakin keçid balını yığa bilməyən 18 yaşı tamam olmuş çağırışçılar oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Mürsəl Məhərrəmov Soruşur Yazılma Tarixi:17.06.2015 18:05:56

Salam. Mən 02.07.2015-ci il çağırışçısıyam.Ailənin tək övladıyam.Valideynlərim ayrılıb, Hazırda anamla tək yaşayıram. Ali təhsilimi bu il başa vurmuşam.Ailə vəziyyətinə uyğun olaraq mən həqiqi hərbi xidmətdən azad olmalıyam ya yox?Təşəkkürlər.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir.
Nicat Mənsimov Soruşur Yazılma Tarixi:17.06.2015 14:15:38

Salam.Bildiyimə görə müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.Əks ərazi prinsipi dedikdə nə nəzərdə tutulur,və əgər valideyinlərdən biri şəhərdə digəri isə rayonda qeydiyyatdadirsa bu zaman çagirişçinin şəhərdə qulluq etməsi mümkündürmü?Xahiş edirəm cavab yazasiniz...

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq  yaradılmış digər silahlı birləşmələrdə əks ərazi prinsipi  nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan  qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmətin keçməsi nəzərdə tutulur.
Musayev K enan Soruşur Yazılma Tarixi:17.06.2015 13:32:47

salam men musayev kenan sefer oglu 1993 cu ilde zaqatala rayonin asagi tala kendinden anadan olmusam 22 yasim var meni herbi xidmete aparmilar 2015 ci ilin aprel ayinda tekrar konullu HERBI XIDMETE ERIZE VERDIM .meni BAKI siti hosbitalina muatineye gonderdiler ve men saglam cixdim iki gunen tekrar meni BAKI ag ciyer inusdutuna gonderdiler ve ordanda saglam cixdim menim senedelerim siti hosbitalina gonderdiler ve mene iki aydi hec bir xeber demiler ZAQATALA RAYONUN HERBI CAGRI. menteqeside bildirir ki menim senedlerim siti hosbitalindadi olar senedleri gondermiler ve meni niye HERBI XITMETE APARMILAR xai. edirem mene komeklik edesiniz

Siz, 29.05.2015-ci il tarixdə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 56-cı maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilmisiniz.
Lale Qasımova Soruşur Yazılma Tarixi:17.06.2015 12:01:17

Salam. Bacım oğlu bu il təhsiliNi zamanında tamamlaya bilmədi və kusrda qaldı. Universitetdən kusrda qalması ilə bağlı aldığımız sənədi müvafiq orqana təqdim etməyimizə baxmayaraq tələbənin əsgər getməli olduğu deyilir. Bizdə olan məlumata görə tələbə kursda qalarsa, onun oxumaq haqqı var. bu belə deyil?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Tələbə kursda qalarsa, ona təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Nurlan Memmedov Soruşur Yazılma Tarixi:17.06.2015 01:43:15

Salam men ali tehsiliyem 3 iyul esger gedirem men voenkomatda cebhe bolgesine dusmeyimle bagli erize yazsam cebhe bolgesine salallar meni?Nerimanov voenkomatiyam

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
EDIK Aslanov Soruşur Yazılma Tarixi:16.06.2015 20:20:28

menim oglum moskvada madi telebesidir. bu il 2015 ci il iunversiteti bitirmeli idi.kesri oldugu ucun tehsilin muddetini bir il uzadiblar.unversitetden onunla elaqrdar voenkomata teqdim etmek ucun arayis da verilib.Bugun esitdim ki oz hesabina xaricde tehsil alan telebelere mohlet huququ verilmir.Bu melumat heqiqete uygundurmu? xahis edirem mene bu barede melumat veresiniz.qabaqcadan tesekkur edirem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Övladınızın akademik borcu olduğu üçün təhsilə görə möhlət verilməsinə qanuni əsas yoxdur.
Cədvəldə sətir sayı :14897