Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəyal Isa Soruşur Yazılma Tarixi:22.06.2015 20:32:50

Salam, mən ali təhsilimi ingilis dilində almışam Əfqanistanda xidmət keçmək üçün könüllü olmaq mümkündürmü? Əgər mümkündürsə necə müraciət edə bilərəm?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeçiliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur
Vasif Rehimli Soruşur Yazılma Tarixi:22.06.2015 15:57:38

Salam menim urek doyuntum cox oldugu meni kardiologiya institutuna gonderdiler ordan akt getirdim lakin şikayetimin olmadigini bildirdim, herbi xidmete getmek isteyirem, mene dediler ki avqustda herbi hospitalda yoxlanis olacaq ve mualice alacam orada, bu muddet de herbi xidmete daxildir, bu deyilenler duzgundurmu?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Fərzizadə Balaş Soruşur Yazılma Tarixi:22.06.2015 15:36:56

Salam.Mənə cağiriş 01.07 tarixində yazilib cagiriş kagizina. Həmin günü mən vayenkomata gedəcəm ola bilər ki, gedim desinlər ki, ged filan vaxda gəl? Yoxsa 1i yazilibsa elə 1i gedəcəm? Birdə ki, mən universitet bitirdim amma kəsirim oldu deyə 1il 6aylig gedirəm xidmətə.Mən bilmək isdəyirdim ki, Leytenant rütbəsində həm xidmət edib , həm də qalib iwləyə bilərəmmi? öncədən təşəkkürümü bildirirəm.

ildiririk ki, Siz həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndəriləcəksiniz.
Ali təhsil müəssisələrində təhsil alan, lakin kredit borcu olduğu üçün təhsilini tamamlamayan çağırışçılar təhsilə görə verilmiş möhlət müddətləri bitdikdən sonra həqiqi hərbi xidmətə çağırılaraq, təqvim hesabə ilə 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Zabit kimi xidmət keçmək istəyinizlə bağlı isə xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Ülvi Mərdəliyev Soruşur Yazılma Tarixi:22.06.2015 15:11:26

Salam. 2014-cü ilin iyun ayında Abşeron rayonu Hərbi Komissarlığına hərbi xidmət keçmək üçün çağırılmışam. Hərbi Komissarlıqdan göndəriş əsasında bir neçə xəstəxanalardan müayinədən keçmişəm, lakin mən xidmətə göndərilmədim, səbəb kimi isə mənə heç bir məlumat vermədilər. Keçən ilin çağırışından 1 il keçməsinə baxmayaraq, mənim nə hərbi biletim verilməyib, nə də Komissarlığa çağırılmıram. Zəhmət olmasa bildirərdiniz ki, komissarlığa nə vaxt çağırılacam və hərbi biletim nə zaman veriləcək ?

Bildiririk ki, Siz Xidmətin Abşeron rayon şöbəsi tərəfindən səhhətinizlə əlaqədar tibb müəssisəsinə  müəyinəyə göndərilmisiniz və tibb müəssisəsindən daxil olmuş müayinə aktına  əsasən şəxsi işinizlə birlikdə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Elvin Mirzəzadə Soruşur Yazılma Tarixi:22.06.2015 12:53:09

Salam. And icmeden sonra bolunme zamani XTD-e dusmesem, dusduyum herbi hissede XTD-nin normalarini yerine yetirerek ora daxil ola bileremmi?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, çağırışçıların sonradan müraciət etməklə təyin olunduqları qoşun növünü dəyişdirməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Namidar Camalov Soruşur Yazılma Tarixi:22.06.2015 02:18:44

Salam men Gurcustan dovletinde ali tehsil almisham.Iyul cagirishinda Heqiqi Herbi Xidmete gedecem.Sualim odurki menim Heqiqi Herbi Xidmetim 1il olacaq yoxsa 1il 6ay?Menden evvel ali tehsilini bitirib geden yoldashlarim arasinda 1il xidmet edende var 1il 6ayda bu ne derecede duzgundur?Deyilene gore bu il qanun quvveye minmishdirki Xaricde tehsil alan telebeler 1il 6ay Heqiqi Herbi Xidmetde olacaqlar Xaish edirem bu haqda etrafli melumat veresiz.Indiden tesekkurler

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Ali təhsil müəssisələrində təhsil alan, lakin kredit borcu olduğu üçün təhsilini tamamlamayan çağırışçılar təhsilə görə verilmiş möhlət müddətləri bitdikdən sonra həqiqi hərbi xidmətə çağırılaraq, təqvim hesabı ilə 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, Siz təhsil müəssisəsindən verilmiş diplomun tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş kserosurətini Xidmətin qeydiyyatd aolduöunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
Haciqulu Quluzade Soruşur Yazılma Tarixi:22.06.2015 01:05:43

Quluzade Haciqulu Elman oglu. 25.06.1997 tevellud Sabuncu qeydiyyatindayam. Mene heleki cagiris vereqesi gelmeyib. Sebebi nedir ve ya ne zaman gelmelidir? Novbeti cagirisa (Dekabr) qalma ehtimalim var?

Bildiririk ki, Siz Xidmətin Sabunçu rayon idarəsi tərəfindən 22.06.2015-ci il tarixdə tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz və müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fuad Talibli Soruşur Yazılma Tarixi:22.06.2015 00:37:14

Salam.Men bu il ali mektebi bitirmişem ve herbi xidmete çağrılmışam.Menim emeliyyatım olduğu üçün mehdud yararlı yazıblar ama paveska veriblerki gedessen xidmete.Men indi öyrenmek isteyirem yararlı ve mehdud yararlı xidmet arasında ne ferq var?Esgerlikden gelennen sora men dovlet işinde ve ya huquq muhafize orqanlarında işleye bilecem?Zehmet olmasa cavablandırardız sualımı.Teşekkürler

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. İşə düzəlmək işə götürən dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Elvin Mirzəzadə Soruşur Yazılma Tarixi:22.06.2015 00:16:47

Salam, bilmek istərdim ki mən herbi xidmət de xususi təyinatlı desteye birbaşa dusmesem, sonradan ora müraciətlə qatila bilərəmmi?

Bildiririk ki, çağırışçıların sonradan müraciət etməklə təyin olunduqları qoşun növünü dəyişdirməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Sübhan Soruşur Yazılma Tarixi:21.06.2015 23:57:16

Salam. Hər vaxtınız xeyir. Mən bilmək istəyirəm ki,nikadr zabit olmaq üçün əvvəlcədən 9 ay əsgər kimi xidmət etdikdən sonra qalan 3 ayda olmaq olurmu? Həmçinin deyilənlərə görə xidmətə gedəndə müraciət edirsən,45 günlük kursdan sonra olursan. Cəmi 1il 9 ay zabit olursan. Bu qaydada dəyişiklik edilibmi? Çünki bu yaxınlarda dedilər 9 ay əsgərlik çəkəndən sonra 1 il 6 ay zabit olmaq olur. Xahiş edirəm suallara aydınlıq gətirərdiniz. Əvvəlcədən təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897