Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamran Suleymanov Soruşur Yazılma Tarixi:25.06.2015 16:04:05

Salam men iyul ayinda herbiye cagrilmisam.Iyulun 1-i yazilig paveskada men isimle elaqedar ayin 10-dan sonra getsem olar ? bir problem yaranmaz ki ? onceden tesekkur.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Sahavat Aliyev Soruşur Yazılma Tarixi:25.06.2015 13:02:40

Salam. Bacım oğlu baloniya sistemli üniversitenin 4-cü kursunu kesirle bitirib. Universitet telebenin kesiri barede mektub verib. Sizin müvafiq rayon şöbesinde deyiller ki, baloniya sistemi olsa da bele esger getmelidir. Indi Getmelidir, yoksa kesirlerini verdikten sonra getmelidir?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Bacınız oğlu müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirə bilər.
Kerimova Gulare Soruşur Yazılma Tarixi:25.06.2015 12:51:16

Salam.Uşaqda görmə qabiliyyəti -4 eynək taxır.Bu halda əsgər getməlidirmi?

Hər gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi  və ya hər hansı gözün meridianlardan birində  6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 34-cü maddəsinin "ç" bəndinin tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Məhərrəmov Orxan Soruşur Yazılma Tarixi:25.06.2015 11:49:50

Salam. men ikinci dərəcə skalioz olan xəstələrin hərbi xidmətə yararlı olub olmaçası barədə məlumat almaq istərdim

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Fərid Əbilov Soruşur Yazılma Tarixi:25.06.2015 11:18:43

salam.mən ali təhsilliyəm və ayin 2si hərbi xidmətə cağırılmışam.bildiyimə gorə ali təhsillilər nikadr leytenant kimi gedə bilərlər.bəs nə qədər hərbi qulluq etdikdən sonra məni leytenantliq oxumağa göndərəcəklər?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Samiq Mirzayev Soruşur Yazılma Tarixi:25.06.2015 08:59:27

Salam Man herbida Muddaten Artık Heqqiqi Harbi quluqcu olmuşa 3 üc il Milli orduda xidmet Elamisam sonra. Ordu sıralarinda texris olmuşam bir kusrum olmyub indi Daxili Qosunlara gedmak istiram bunucun hara muraycyet edim va na sanat lazım olacek bu barada malumat vererdiz .öncedan tesakurlar ?

Bildiririk ki, yenidən hərbi xidmətə çağırılaraq Daxili Qoşunlarda xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Daxili Qoşunların Komandanlığına müraciət edə bilərsiniz.
Süleymanov Anar Soruşur Yazılma Tarixi:25.06.2015 05:22:04

Salam. Mənim həqiqi hərbi xidmət kecirdiyim müddət əmək stajı kimi qiymətləndirmək olar?

"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən, vətəndaşların həqiqi hərbi xidmət, bağlama üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir.Hərbi qulluqçuları xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir.
Süleymanov Anar Soruşur Yazılma Tarixi:25.06.2015 04:56:54

Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürüləcək. Sualım bundan ibarətdir ki, mən hardan istifadə etmədiyim məzuniyyət günləri barəsində məlumat və ya arayış ala bilərəm. Və bununla baglı necə məlumat alaraq hara muraciyyət etməliyəm. Təşəkkür edirəm.

Bildiririk ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Qərarlarına əsasən həyata keçirilir. Keçmiş hərbi qulluqçulara istifadə etmədiyi növbəti məzuniyyət günləri barədə arayış hərbi xidmət keçdikləri sonuncu müvafiq dövlət orqanının sorğusu əsasında hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələri tərəfindən verilir.
Odur ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanmasına dair hərbi xidmət keçdiyiniz sonuncu müvafiq dövlət orqanlarının nəzdində fəaliyyət göstərən komissiyaya müraiət etməlisiniz.
Sərxan Şükürlü Soruşur Yazılma Tarixi:25.06.2015 03:41:15

Salam, Mən Azərbaycan Tibb Universitetini bu il bitirmişəm. Rezidentura imtahanı verib ilk mərhələni keçdiyim üçün mənə iyul çagırışı üçün komissarlıqdan göndəriş gəlməyib. Uygun olaraq bir cagırış möhlət hüququ veilib. Mən az bal topladıgım üçün 2-ci etapda iştirak etmək istəmirəm. Bilmək istərdim bu halda mən nə vaxt komissarlıga çagırılacam? Qeyd edim ki, 2-ci imtahan iyul ayının 8-i olacaq. Öncədən minnətdaram.

Bildiririk ki, Siz 2015-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Vüsal Əhmədov Soruşur Yazılma Tarixi:24.06.2015 22:53:22

Salam. Mən bu il Magistraturaya qebul olmuşam. Və qeydiyyatımm 29 iyundan 10 iyula kimidr..Herbi Vkamatdan ise cagiris vərəqəm 2 iyul yazilib..Mən nə təqdim edimki vykmata mənə möhlət versinlər 10 a kimi qeydiyyatimi basa vurum ?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897