Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xetai Suleymanov Soruşur Yazılma Tarixi:24.06.2015 22:27:31

Salam. Menim qardaşim herbi xidmetdedi. Mene maraqlidi ki, 01.07.2015 tarixində ehtiyyata buraxilacaqmi? Telim seferberliyin və olimpiadanin onlarin texris olmaqlarina maneçiliyi yoxdur?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Azad Səfərov Soruşur Yazılma Tarixi:24.06.2015 19:01:13

Salam.Mən Azərbaycan Texniki Universietini bitirdim. Ali təhsilli olduğum üçün nikadır zabit qalmaq istəyirəm... gözümdə zəif miapiya var lakin mənə çağırış gəlibdir və Tam yararlıyam.mən TTM kursıarına qatıla bilərəm? çox sağolun...

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
cahandar quliyev Soruşur Yazılma Tarixi:24.06.2015 14:04:15

Salam Men bu il Playner uzre avya mexanikliyi qurtarmisam ve oxudum yerden arayisde vermisem oz ixdisasma gore duse bilerem?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Veliyev Rovsen Soruşur Yazılma Tarixi:24.06.2015 13:57:44

salam bu sualimida cavablandirsaniz ucun tesekkur edirem. Insaalah iyulda xidmet etdiyimiz cast bizi ne ile temin etmelidir? esgerin huquq ve vezifelerini hazirda nece oyrene bilerem?

Bildiririk ki, qeyd etdiyiniz məsələlər barədə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun Nizamnamələri"ndə ətraflı məlumat verilmişdir.
Veliyev Rovsen Soruşur Yazılma Tarixi:24.06.2015 13:54:26

Salam.onceden cavabladiginiz ucun tesekkur.Men bilmek isteyirmeki iyunun 30 da cagiriscilarin daimi yoxsa muveqqeti ( qarantin ) yeri cixacaq intrnet saytinizda?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə təyin olunmuş çağırışçılar haqqında məlumatlar SHXÇDX-nin internet saytında 30 iyun 2015-ci il tarixdə aktivləşdiriləcəkdir.
Həsənzadə Elnur Soruşur Yazılma Tarixi:24.06.2015 13:48:28

salam,men bu il universiteti bitirmisem ve iyul ayinda herbi xidmete yola duwurem,herbi komissarligda meni orta tehsilli kimi geyd edibler diplomu aldigdan sora herbi hisseye teqdim etmekle xidmeti 1illik etmek mumkundu?zehmet olmasa cavablandirardiz

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisələrindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdən sonra onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Həsənli Təbriz Soruşur Yazılma Tarixi:24.06.2015 13:28:58

Deyirlər ki təxlis dayanıb Iyulun biri buraxılmayacaq müddətli hərbi qulluqçular bu düzdür.

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktı əsasında ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
emrahov ziya Soruşur Yazılma Tarixi:24.06.2015 13:06:53

salam men bilmek isdeyirem ki bu il xaricde ukranyada eyani tehsil alan telebeler herbi xidmete mohlet verilir ya yox

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Həmin arayışa əsasən onlara təhsil müddəti bitənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Amid Gülverdiyev Soruşur Yazılma Tarixi:24.06.2015 11:12:35

Salam. Mən ali təhsilliyəm iyulun 1i əsgərə gedirəm. Mən diplomu təsdiq edən sənədi məzuniyyətə gələndən sonra özüm hərbi hissəyə təqdim edə bilərəm

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri müddətdə hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Haqverdi Mensimov Soruşur Yazılma Tarixi:24.06.2015 09:03:27

menim boyum 1m92sm hansi qosun novynde xidmet ede bilerem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı ilə bölündüyü üçün Siz həmin proqramda nəzərdə tutulmuş qaydalara əsasən qoşun növünə xidmətə göndərilə bilərsiniz.
Cədvəldə sətir sayı :14897