Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kənan Soruşur Yazılma Tarixi:23.06.2015 09:39:32

Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölmələri tərəfindən təyin olunduqları hərbi hissələr üzrə əvvəlcədən tərtib olunmuş qrafiki hardan öyrənmək olar? Onların özündən?

Bildiririk ki, Siz təyin olunduğunuz hərbi hissəyə göndəriləcəyiniz tarixi öyrənmək üçün qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət etməlisiniz.
Suleyman Yusifov Soruşur Yazılma Tarixi:23.06.2015 09:23:27

Salam. Menim ikinci derece skoliozum var. Bilmek isterdim men Herbi xidmete yararliyam ya yox? Tibb komissiyasin hele kecmemisem. Qabagcadan cox sagolun..

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Təvəkkül Quliyev Soruşur Yazılma Tarixi:23.06.2015 08:57:23

Salamun ələyküm. İyulun 3ünün çağırçılarının hansı hərbi hisslərə düşdüyü nə zaman bilinəcək? siz hələ Aprel ayını yerləşdirmisiz nə zaman inşəAllah İyul çağırışınada yüklüyəcəksiziniz? bir sualımda var. düşdüyümüz N saylı hərbi hissədə ibadət əhli olan hansı bir əsgərin ibadətlə (namazlarını qılmaq kifayət edər) məşğul olmasına icazə varmı? qabaqcaqdan təşəkkür edirəm ...

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr  tarixlərində aktivləşir.
Qeyd etdiyiniz məsələ ilə bağlı tədbirlər xidmətdə olacağınız hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirilir.
Ayaz Bayramli Soruşur Yazılma Tarixi:23.06.2015 06:17:46

salam men men bu il universeti bitirdim ve magisturaturaya qbul oldum. magistirlara elmi derece almaq ucun mihlet verilir ??

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Mustafayev Məmməd Soruşur Yazılma Tarixi:23.06.2015 03:29:51

Salam. Hərbidə olarkən Namaz qilinasına icazə verilirmi? Verilmirse hansı əsasla verilmir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı tədbirlər xidmətdə olacağınız hərbi hissənin daxili nizam qaydalarına uyğun olaraq həyata keçirilir.
Emin Mehtiyev Soruşur Yazılma Tarixi:23.06.2015 02:22:27

Nikadr leytenant haqda melumat bilmek isterdim

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.4-cü maddəsinə əsasən Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu Qanunun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:
38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma bitdikdən əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - 3 ilədək (
bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).
Rafael Mürvətov Soruşur Yazılma Tarixi:23.06.2015 01:46:04

Salam aleykum Men oyrenmek isteyremki men hacan gedicem cunki men butun senedleri tehvil vermişem menim paveskami vermeyibler men iyul da getmeliyem. Diqqetinize gore teşekkur

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cəfər Nəcəfov Soruşur Yazılma Tarixi:23.06.2015 00:54:45

Salam. Mən Salyan şəh, qeydiyyatındayam. mene Herbi çağırış olunmadıqı və birəz problemlərim olduqu üçün 2 ildir gec qalmışdım və yenicə əsgər getməyi düşünərkən ağ ciyarımda xəstəlik olduqu aşkarlandı Qara qarayevdə ağ ciyar unverstetinde yatdım və ağ ciyarımda su çekdiler. ordan aldığım kağızı isə Salyan ray. vaenkomatıma verdim mənə dedilər bir aydan sonra gəl 1 ay keçdi yene getdim mənə heç əhəmiyyət qoymayaraq ged 2 -3 aydan sonra gel dediler. və mən mualicəmi davam etdirmək üçün başqa dövətə getməliyəm. çox xaiş edirəm bununla bağlı mənə bir məsıəhət verərdiniz.

Nəzərinizə çatdırıram ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Bu səbəbdən Siz, Xidmətin Salyan rayon şöbəsinə müraciət etməlisisniz.
Rustem Tagiyev Soruşur Yazılma Tarixi:23.06.2015 00:01:19

Salam men Sumqayit Daxili qoshunlarinda 2 il mudtetden artiq xidmet elemishem.Xidmete uygunsuzluqla silahli quvvelere ehtiyata buraxilmisham men yeniden silahli quvvelere qayida bilerem?? Teshekkur edirem

Bildiririk ki, xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri müvafiq orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
eldar nuriyev Soruşur Yazılma Tarixi:22.06.2015 21:22:49

salam. dostum 1 il müddətinə azadlıqdan məhrum edilib. onu hərbiyə çağıracaqlar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli  Qanununun 22.1.2-ci maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu  ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar.
Cədvəldə sətir sayı :14897